AzTV-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun ailə həyatında da problemlər yaşanmağa başlayıb. Mətbuatda məlumatlar gedib ki, A.Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb. Bildirilir ki, bu ayrılıq prosesi Alışanovun işdən çıxarılmasından bir qədər öncə baş tutub.
Mehriban Alışanova hazırda Hesablama Palatasının 5 auditorundan biridir. Onların bu evlilikdən 3 övladı var.
Qeyd edək ki, boşanmaya səbəb kimi maraqlı versiyalar səslənir. Məlumatlardan birində qeyd edilir ki, Arif Alışanovun həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olub.
Keçmiş sədr həmçinin bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi ittihamlar səslənmişdi.
Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı. Maklerlik fəaliyyəti göstərən Ş.Əkbərov demişdi ki, Arif Alışanov Şamaxıya torpaq almağa gəzdiyi bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi.

A.Alışanovun boşanması ilə bağlı xəbərlər yayılan gündən daha çox müzakirə olunan məsələ isə bunun saxta boşanma olmasıdır. Neyçün ki, dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda imkanlı şəxslər əmlaklarının müsadirə olunacağı ehtimalı olanda dərhal boşanma variantına əl atırlar. Bu halda əmlak həyat yoldaşının adına keçirilir və bu zaman onları sığortalamış olurlar. Məhkəmə eks-həyat yoldaşının adına keçirilmiş əmlaklara əl qoyulması ilə bağlı qərar verə bilmir.
Amma adının çəkilməsini istəməyən vəkil “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, saxta boşanma bütün hallarda əmlak məsələsinə görə baş verir. Amma müsahibimizin sözlərinə görə, bəzən hökmlərlə hətta müttəhimin qardaşının, əmisi oğlunun adına olan əmlakı da əlindən alırlar.
Konkret eks ər-arvad məsələsinə gəlincə, birgə yaşayış dövründə əldə edilmiş əmlak ümumi sayılır. Kimin adına olmasından asılı olmayaraq, əmlak birgə yaşayış dövründə əldə edilibsə, bu, ümumidir: “Bəzi adamlar elə düşünürlər ki, bu addım onları sığortalayır. Amma əslində boşanmaqla məhkəmələri aldatmaq olmur”.
Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Belə aydın olur ki, Alışanov başına gələcəklərdən xeyli öncə xəbərdar imiş, hələ səd vəzifəsində olarkən boşanmağa qərar verib.

Şərhlər
Məqalədə təsvir edilən xanımın qardaşıoğlu AzTV-nin Almaniya bürosunun rəhbəridir., özü də də Almaniyada tam azərbaycansayağı işləyir.
Bu metod çoxdan mövcuddur.Bakı Şəhərindəki R İ H Başçılarından birinin müavini Başçıyla bacanaq olduğu üçün neçə illərdi ki arvadıyla deyuri boşanıb.``Bir gülləyə iki Dovşan vurub`` həm oğurladıqlarını həm də Bacanağını qorumuş olub.Ancaq zamanı gələndə hər kəs etdiyinə cavab verəcəkArvadını başqasının adına keçirtsə də cinayəti öz adında qalacaq
A qadan alım bu əlindəkilərin hamısı alınmasın deyə, xod konyom edərək "guya yoldaşı ilə boşanıb" utkasını buraxaraq, pullarını, var-dövlətini onun adına keçirir. Ni fiqa. Hacı Məmmədov ölüb, NKVD yerindədir!!
Alışanovlar, Məmmədovlar, Mahmudovlar və daha zırıltı klanlar!! Hərdən bi heç olmasa açın Meydan TV-dəki bədbəxt millətin günü-güzəranı haqqındakı yazıları oxuyun. Sizlər Allahdan heç qorxmursunuzmu?? Deyəsən heç qorxmursunuz. Çünki Allah və aranızda köhnə KQB-nik, Çexiyada Mandaloşkası, Məkkədə otelləri, cəhənnəmdə satlıq yerləri, Dəvəçi rayonunda 2-3 min hektar torpaq sahəsi olan... dayanır.