DEPUTATIN DƏBDƏBƏLİ RESTORANINDA VERGİ YOXLAMALARI BAŞLAYIB - FOTO

Deputat və şəriki vergi müfəttişləri ilə  birgə nahar ediblər...

Bakının Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yanında yerləşən “Atlantis” şadlıq sarayında vergi yoxlaması aparılıb.

"AzPolitika" "AzEuroNews.com" saytına istinadla xəbər verir ki, restorana gələn vergi müfəttişləri restoranda yoxlama aparan zaman obyektin sahibi, Salyanın deputatı Əliağa Hüseynov da məkana gəlib.

Deputat və şəriki vergi müfəttişləri ilə təxminən iki saat söhbət etdikdən sonra birgə nahar ediblər.

Saytın əldə etdiyi məlumatda deyilir ki, iddialara görə, “Atlantis” şadlıq sarayının külli miqdarda vergidən yayınması ilə bağlı iddiaları var. Vergi müfəttişlərinin yoxlama üçün restorana gəlməsi, bundan xəbər tutan deputat və şərikinin onlarla iki saata yaxın söhbət etməsi əslində bu iddiaların doğru olduğuna aid şübəhləri bir qədər də artırır.

Məlumat üçün qeyd edək ki, Əliağa Hüseynov “Atlantis” şadlıq sarayının açlışını 2013-cü ildə edib. Açılışdan bir neçə gün əvvəl 80-ə yaxın şəxsə Milli Məclisin xüsusi zərflərində dəvətnamə göndərilib. Açılış mərasiminə dəvət olunanlar arasında Milli Məclisin rəhbərliyi, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurları, deputatlar və iş adamları olub. Dəvətlilərin əksəriyyəti açılışa qatılıb.

2014-cü ildə deputat öz restoranında İzzət adlı oğluna təmtəraqlı toy edib.

Qeyd edək ki, uzun müddətdir  susqun olan Ə.Hüseynovun dünən qəfildən mətbuata çıxıb Salyanda ümumiyyətlə  müxalifətin olmaması barədə qəribə açıqlama ilə çıxış etmsinin səbəbinin də bu vergi yoxlaması ilə bağlı olduğu istisna edilmir. Ola bilsin, obyektinə vergi əməkdaşlarının daxil olması deputatı o qədər narahat edib ki, bəyanatının "dozasını" maksimum yüksək edib.  Deyəsən, xeyrini də görüb... 

Xatırladaq ki, deputat açıqlamasında bildirib ki, Salyanda müxalifətçi olmayıb və bundan sonra da olmayacaq: “Mən hər gün Salyanla əlaqə saxlayıram. Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Ümumiyyətlə, Salyanda həyatı boyu müxalifət olmayıb”.

635x100

Şərhlər

rəşad 2019-01-27 15:21:45

Yoxlamalardan biridə Şəki-Bazar ASC-də aparılmalıdır,çünki uzun illlərdir ki,Cahangir Hacıyevdən aidiyyatı qurumlar qorxaraq Şəki bazarında vergidən yayınma hallarına göz yumurlar... İldə ən azı 700,0 min manat vergidən yayınma hallarına göz yumurlar,Şəkinin məmurlarıda bu qanunsuzluqlara göz yumurlar..? Cahangir Hacıyev həbsdə olmasına baxmayaraq onun obyektlərini "Mollalar" icra edirlər? Dövlətimizin mənafeyi naminə Şəki Bazartında köklü yoxlamalar aparılmalıdır..Təqribən SC olduğu dövrdən 1 mil. V.yayın

Filosof 2019-01-27 15:21:45

Maa bele gelir ki, "hem de" nahar edibler yazilsaydi daha duz olardi

Azeri 2019-01-27 15:21:45

Salam,siz bu doş boş melumatlari niye gündeme verirsiz?onsuzda bilir hami kim nece va harada,ne esir ve nei var.var var da.hecne deişen deil.biz koleik!!

tapdiq 2019-01-27 15:21:45

azpolitika size halal olsun- vetetndaslar ancaq sizin cesaretinize guvenir. esq olsun sizlere...

rashad haciyev 2019-01-27 15:21:45

Tebii ku Muxalifet olmayacaq niy e de olsun cunki Salyanda adam qalmayib hamsi corekdalinca cixib gedib Eliaga m cox boyuk hormetim var .Bu deputatlarin yaninda bir normal adam var biri de odur

PATRIOT 2019-01-27 15:21:45

YAZIRKI IKI SAAT CEKEN SOHBETDEN SONRA KISILER NAHAR EDIBLER! BASA DUSDUNUZDE! AZERBAYCANSAYAGI NAHAR ELIAGA VE VERGI MUFETTISLERI DOVLETDEN GIZLEDILEN KULLI.MIQDARDA VERGI TESEVVUR EDINKI ARTIQ HOKUMETIN CIBINDEDI AY-HAY P.S-BELE INSANLARIN BIR HAKIMI VAR ODA ALLAHLARI!GEC,TEZ MESELESI VAR O KISIYE TAPSIRIRIQ NECE MESLEHETDI ELEDE ETSIN! AMIN!

Alı 2019-01-27 15:21:45

Bunlara TATUPED(DEPUTAT özünün tərsi) desəniz daha uygun gələr.Anlamadınızsa ilk 4 hərfi ataraq yerdə qalan 3 hərfə istədiyiniz uygun gələn əlavəni edə bilərsiniz.

İRADƏ 2019-01-27 15:21:45

Bunun kimliyi aurasına həkk olunub.Araşdırma aparmağa ehtiyac yoxdur.

EJDER 2019-01-27 15:21:45

ESAS ANALOQU OLMAYAN INKIWAFDU...BRAVO.MOLODES...GENERAL SELYANSKI...YAVAWDAMAQ OLMAZ...NE VAR KI,...

Əjdər 2019-01-27 15:21:45

Adam kasıblıqdan müzalıfətçi olur.İş ver pul qazanmağa şərait yaratsanız bir nəfər də müxalıfətçi qalmaz.İşsiz pulsuz yalnız nümayişə getmək olur çünki ora pul lazım olmur qalan hər yerdə burnunu göstərən kimi pul istəyirlər

Veteran 2019-01-27 15:21:45

Bu teze xeber deyil ki, vergi ancaq kasib-kusuba aiddir! Bunun kimiler hec icerisinde yawadiqlari villalarinin kommunal haqqini vermek istemirler siz de vergiden daniwirsiniz

Vətəndaş 2019-01-27 15:21:45

Səlyan rayonundan olan deputatın Yasamal rayonunda şadlıq evi necə,hansı pulla və əsasla mövcuddur? Onun Salyanda nə qədər obyekti var? Bunlarla kim və nə zaman məşğul olacaq? Deputat qanunvericiliklə məşğul olur.yoxsa obyektlər mənimsəyir.tidirir,,bizneslə məşğul olur? Bu ölkədə qanunlar nə zaman işləyəcək? Milli Məclis,Orqanlar niyə belə qanunsuzluqlara göz yumur?

Qabil 2019-01-27 15:21:45

BUNLAR DEPUTAT YOX ...

GM 2019-01-27 15:21:45

Bu Ə Hüseyinov .... Və nə vaxtsa 11 il ərzində Hərbi Komisarlıqda aldığı ... məbləğini açıqlayan olacaq... Xalqa vurduğu ziyanın bədəlini ödəməkdə yardımçısı olacaq...

Həsənbala 2019-01-27 15:21:45

Bu generalın təkcə Badamdar qəsəbəsində bir birinin içindən keçən 5 arakəsməli qapıları olan 5 milyon dəyərindəki möhtəşəm villasını görəsən hansı pulla aldığını deyə bilərmi? Bu arakəsməli qapıları olan möcüzəli villanən sirri tam başqadır..... Bu general bildirmək istəyir ki, o aldığı 1550 AZN pulla villa tikdirib. Evinə çörək apara bilməyən işsiz insanları da "müxalifət" adıyla qaralayırlar.

Son yazılar