Menu

RESTORANDA DAVA SALAN DEPUTAT CƏZALANDIRILDI - Komissiyadan uzaqlaşdırılıb

01.02.2019, 15:36
RESTORANDA DAVA SALAN DEPUTAT CƏZALANDIRILDI - Komissiyadan uzaqlaşdırılıb

Milli Məclisin İntizam Komissiyasının tərkibi dəyişdirilib.

BakuPost xəbər verir ki, bu barədə qərar bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında verilib.

İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

Deputat Kamran Nəbizadə komissiyanın tərkibinə daxil edilməyib.

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam Komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakıda restoranlardan birində sərxoş halda dava salması ilə gündəmə gəlmişdi. Bildirilirdi ki, anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

Deputatı maşına oturdub, evə aparıblar.

Digər bir xəbərdə isə deyilirdi ki, deputat jurnalist Eynulla Fətullayevlə dava edib. Belə ki, birlikdə yeyib içən tərəflər mübahisə etməyə başlayıb, sonradan əlbəyaxa davaya keçiblər.

Deputat isə yayılan xəbərləri təkzib etmişdi.

Bu xəbərlərdən sonra Kamran Nəbizadə ilə bağlı Milli Məclisin İntizam Komissiyasına şikayət ediləcəyi bildirilirdi.

Şərhlər

miri 2019-02-01 15:36:15

Çıxarılması çox səhv qərardır. Bizim məmləkət analoqsuz dur. Ən imansız din işlərinə , ən mədəniyyətsiz mədənuyyət işlərinə, ən ədalətsiz ədalət işlərinə.... və s. rəhbərlik etməlidir. Ona görə bu cür deputatxana işçisi intizam komissiyasından çıxarmaq yox, komissiyaya rəhbər qoymaq LAZIM dir.

shehriyar 2019-02-01 15:36:15

kelem Hesenovun obyektlerinin xususen de Azeraluminium ASC-nin ve DET-AL MMC-nin Kamran Nebizadenin tabeciliyne kecmesi coxlarini narahat edir komissiyaya Kelemin qardawinin yeni malik hesenivun daxil edilmesi buna eyani subutdur. kiminse haradasa icmesi yaxud dava salmasi MM-ni niye bu qeder narahat edir. niye nazirlerin memurlarin keyf meclisinden milyardlar yemesinden narahat olmurlar

buzlaq 2019-02-01 15:36:15

Guya ki, bir komissiyaya mıyı salmayıblar. Mıyı deputatlığa kim təyin edibsə onun qorxusundan bir müddət sonra sakitcə digər komissiyaya dürtəcəklər. Əgər duxlu ceyillərdinizsə, onun xoruzunu vurardınız qoltuğuna göndərərdiniz restoranlarda dalşe dalaşmağa. Edə bilmirsiniz. Çünki, bu xaraba çoxdandır bir pıncərə sisteminə keçib.

oxucu 2019-02-01 15:36:15

BU DA BİZİM DEPUTATIMIZ. XOŞ HALIMIZA,BƏXTƏVƏR BAŞIMIZA. BUNLARDAN BİZ NƏ GÖZLƏYƏK

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol