DEPUTAT ŞİRKƏTLƏRİNDƏN BİRİNİ LƏĞV ETDİ - Daha iki şirkətə rəhbərlik edir

"Xəzər-XXI Əsr" MMC könüllü ləğv olunduğunu elan edib. “Turan” agentliyi xəbər verir ki, bu şirkətin direktoru Milli Məclisin deputatı Elxan Süleymanovdur.

"Xəzər-XXI Əsr" MMC (VÖEN 1800026701) 2003-cü ildə yaradılıb.

Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, Elxan Süleymanov daha iki şirkətə rəhbərlik edir: Azərbaycan-Bolqarıstan birgə müəssisəsi "Azbol" (VÖEN 1600387231) və "Aqroinkişaf" MMC (VÖEN 1800003871).

Maraqlıdır ki, bu şirkətlərin fəaliyyət növü barədə məlumat verilmir.

Qeyd edək ki, Elxan Süleymanov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, parlamentə 85 saylı Şamaxı seçki dairəsindən seçilib. Uzun illər AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olub və bir il əvvəl bu heyətdən çıxarılıb.

Qeyd edək ki, ölkə qanunveriçiliyi deputatın biznes fəaliyyət ilə məşğul olmasını qadağan edir.

635x100

Şərhlər

Moshu 2019-02-02 17:20:32

Ölkə başçısı dəfələrlə qeyd etmişdir ki, köməkçiləri ölkədə baş verən hadisələrlə onu məlumatlandırmırlar. O,məlumatları internet səhifəsindən əldə edir. Azpolitika gözəl bir ənənənin əsasını qoyub. Azpolitika bütün belə bir biabırçılıqları, cinayət hadisələrini analiz edib bir toplu şəklində ölkə başçısına, Baş Nazirə, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə ünvanlasa, güman edirəm ki, bunun çox gözəl nəticəsi olar. "Görüş yerini dəyişmək olmaz" sovet filmində mayor Jeqlov demişkən Oğru türmədə olmalıdır

Tolik 2019-02-02 17:20:32

malisef bizde ancaq deputatlar sefirler.ve saire dovlet memurlari biznesnen mesquldur....sade adami yaxin biraxmazlar biznesle mesqul olsun ..,

Moshu 2019-02-02 17:20:32

İlk növbədə "Azpolitika"ya və araşdırmaçı jurnalist Cavanşir Həsənli kimi qeyrətli insanlara dərin təşəkkürümü bildirirəm. Bir kəndin ağızdan avara bi sakini olur, qarşısına çıxanın ağzını-üzünü yağlayarmış. Əhali kəndxudaya müraciət edir ki, bu ağızdan avaranın qarşısını alsın. Kədnxuda həmin sakini dəvət edir və iradını bildirir və çuxasını çıxarıb ona bağışlayır və deyir bu gündən biz qardaşıq, sən kəndxudanın dostu kimi söyüşlərə son qoyursan. Bunlar bütünməclislərdə bir yerdə olurlar. Bir müddət bu insan söyüşü tərgidir, kəndxuda ilə oturub-durur, məclislərə bir yerdə gedirlər, xeyir-şərdə bir yerdə olurlar, camaatın da canı söyüşlərdən qurtarır. Qış aylarının birində çaxtalı gündə söyüşkənlə kəndxuda kəndə nəzarət etmək üçün kənd yuxarı gəzişirmişlər. Onlarla üz-üzə həmin kənddən olan bir başqası gəlirmiş. Səhər-səhər tələmtələsik dovğa yeyəndə yemək onun saqqalına tökülür, elə bu formada da iş dalınca gedir. Kəndxuda ilə söyüşkən bu dovğa yeyənlə qarşılaşırlar. Saqqala tökülmüş dovğa şaxtada çox eybəcər görünür. Söyüşkən kəndxudaya bir anlığa ayaq saxlamağı xahiş edir, çuxanı əynindən çıxarıb kəndxudaya qaytarır və deyir, səninlə dost olmaq mənim üçün şərəfdir, qardaşıq, amma icazə ver bu yaramazın saqqalına söyüm. Dostlar, bu məmləkətdə nə qədər saqqallarına söyüləsi insanlar var. Haradan tapıb bu nadürüstləri iş başına gətitirlər? Bunların yerləri ən yaxşı halda Kürdəxanıdır. Bütün yazılarımda qeyd edirəm, elə bil hansısa qara əl bütün bu işlərə rəhbərlik edir və məmləkəti gözdən salır.

Sədi 2019-02-02 17:20:32

Biznesmen vəkil.

Azər 2019-02-02 17:20:32

Gəlir vergisi 14 faizdən aşaği olmalıdır

Cavahirə cabab 2019-02-02 17:20:32

Ona görə ki,bu Elxan Avropada yaxşı pul paylıya bilir.O sahədə lap "dünya çempionudur."

Abdullah 2019-02-02 17:20:32

Adam ianana bilmir ki Elxan kimi Deputat mandatı gəzdirən vətəndaşlarımız var.Bunlar Millətə Dövlətə Prezidentə yaraşmayan adamlardılar

Oqtay 2019-02-02 17:20:32

Bu Həsən ağanın qohumlarındandır deyə qanunun buna dəxli yoxdur o özü qanundur.Bu ölkədə bu neqirlər niyə ağ adamların işinə qarışır görəsən siz niyə başa düşmürsünüz ki siz yaranmısınız onlara qul olmağa və onlar sizin üçün yazan qanunlara tabe olmalısınız.Niyə o qanunu pozub şirkət rəhbəri ola bilir mən isə qanunu pozub tək başıma əlimdə şuar bunun bu qanun pozuntusuna etiraz edə bilmərəm? Niyə mən oluram cinayətkar o isə qanunu pozur ona söz deməyə curəti çatan yoxdur

Cavahir 2019-02-02 17:20:32

Azərbaycan qanunvericiliyinə əsasən deputat-millətin vəkili kommersiya ilə məşğul ola bilməz!Bəs bu üç firma necə işlədir? Bu ölkədə qayda-qanun,olar ya olmaz yoxdur? Yoxsa bu qanunlar sadə nanlara aiddir.Axı adə insanlar deputat olmurlar. Ölkənin nəzaret orqanları qanun pozuntularına niyə göz yumurlar?Bəlkə bunara əlavə xüsusi imtiyaz verilib?

Son yazılar