İCRA BAŞÇISININ AVROPADAKI BÖYÜK BİZNESİ -  Şok faktlar + FOTOLAR

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avropadakı biznesini ifşa edib.Həmin yazını təqdim edirik:

"Ölkədə bir-iki karxanasından başqa gözə elə bir biznesi dəyməyən, saytlarda özü haqqında palaz-palaz yazılar çıxartdırıb “dövlətçiliyə xidmət və sədaqət” minnətini böynumuza qoymağa çalışan bir icra başçısının da səsi Avropalardan gəlir.

Adam “Əməkdar mühəndis” adı alıb. Uzun illər yol təsərrüfatında rəhbər vəzifələrdə işləyib, elə o vaxtdan yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini çex qadına həvalə edib. Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açıb. Tikinti materialları ticarətinə girişib. Bu o adamdır ki, 2017-ci ilin dekabrında Quba rayonuna icra başçısı təyin olunur.

Görüntünün olası içeriği: gökyüzü, bulut ve açık hava

Arayış: Quba rayon İcra Hakimiyyətinin başçısı Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olub. 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Görüntünün olası içeriği: 1 kişi

Cənab Əliyev Çexiyada şirkətini hələ “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan AZ SERVIS – NR s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.

Şirkət Çexiyanın Brno ədliyyəsindən 28267184 saylı qeydiyyat şəhadətnaməsi alıb. İlk qeydiyyat ünvanı Brno, Nezamyslova 2799/28, PSČ 61500 olub. Hazırda icra başçısına məxsus şirkətin ofisi Brno şəhəri, Příkop küçəsi 4 ünvanındakı Internationale Business Center-də yerləşir. Fəaliyyət sahəsi: istehsal, xidmət, ticarət.

Görüntünün olası içeriği: gökyüzü ve açık hava

Ziyəddin Əliyev ilk əvvəl, yəni 2008-2009-cu illərdə şirkətin idarəçiliyini tanışı, 1969-cu il təvəllüdlü IRINA MICHAJLIKOVÁ həvalə edib. Lakin 2009-cu ildə aralarındakı narazılıqdan dolayı Ziyəddin Əliyev onu şirkətdən uzaqlaşdırır.

2017-ci ilə qədər şirkəti özü idarə edən Ziyəddin Əliyev həmin il oktyabrın 16-da, yəni Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat almasından ay yarım əvvəl onu o zaman Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı olan 26 yaşlı oğlu Nicat Əlibəylinin idarəçiliyinə verir. Görünür Ziyəddin Əliyev artıq yeni vəzifə üçün sənədlərini təqdim etmişdi və prezidentin sərəncamını gözləyirdi.

Görüntünün olası içeriği: gökyüzü, bulut, ev ve açık hava

2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır. Qeyd edim ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb.

Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb. Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. S.M.A.N Business Solutions GmbH Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb. Şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.

Fotoğraf açıklaması yok.

Şirkətin hissələrinin 51 faizi Ziyəddin Əliyevin Çexiyada sahibi olduğu AZ SERVIS – NR s.r.o. şirkətinə, 49 faizi isə Sübhan Məmmədli adlı şəxsə məxsusdur. S.M.A.N Business Solutions GmbH-ni AzPROMO-nun Avstriyadakı nümayəndəsi, Qarabağ Vyana klubunun meneceri Ramin Şükürov idarə edir.

Fotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.Görüntünün olası içeriği: yazıFotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.Fotoğraf açıklaması yok.

635x100

Şərhlər

Oxucu 2019-02-04 12:49:56

Mən bu məmuru tanımıram və bu yazını onu müdafiə üçün yazmıram. Ancaq demək istəyirəm ki, əsl mühəndis üçün avropa ölkələrində kiçik bir kapital qoyub iş qurmaq elə də qəbahət deyil. Qəbahət odur ki, savadlı mühəndislərə bacarığını burda nümayiş etdirməyə imkan vermirlər....

AMEA 2019-02-04 12:49:56

ay gozel insan xeyirli ugurlu olsun ...duz edirsiz...KISININ MULKU OLORDA...

Oqtay 2019-02-04 12:49:56

Nə haray həşir salmısınız qoyun gedib avropanə bir az abıra salsınlar (çit mit aparıb) sonra bizidə aparacaqlar.

HƏSƏN 2019-02-04 12:49:56

Hörmətli sayt rəhbərliyi. Mənim son illərdə ən çox sevdiyim, hər gün dəfələrlə müraciət etdiyim sayt "Azpolitika" saytıdır. Nəzərinizə çatdırıram ki, mən dünən Ziyəddin Əliyev haqqında yazdığınız məqaləyə münasibət bildirdim və mənim fikrim Sizi qane etmədiyinə görə dərc etmədiiniz. Çox təəssüf edirəm ki obyektivliyinə hörmətlə yanaşdığım saytınız ancaq hakimiyyət əleyhinə yazanların fikrinə üstünlük verir və piara qulluq edir.

Sus 2019-02-04 12:49:56

Bu nə biabırçılıqdır?İdarə edə bilmirsiniz, üzüsulu istefa verib gedin də.Mən 2 gündür çörəyi nisyə alıram. Bu qudurmuşlar isə ərəb şahdəsi kimi yaşayırlar.Allah bunu götürməz -inşallah!

XX-1-dən yusif-1313-ə 2019-02-04 12:49:56

O sadaladığınız aidiyyəti qurumlar "Məhsul stadionu ətrafında toplaşıblar. Bu vaxta kimi ərəblərin ("noçnoy" geyinmişlər) cənnətə düşdüyü məkanda - Yapizmin hökm sürdüyü diyarda kimisi tutanda və ya işdən çıxaranda oğurladıqları pulları məyər dövlət büdcəsinə qaytarıblar ki?? ...

Zəfər 2019-02-04 12:49:56

ÖLKƏDƏ BÜSZPREDELDİDİR. TALANÇI MƏMURLAR QANUN QAYDA TANIMIRLAR

Yengibar 2019-02-04 12:49:56

Bu məlumaları baş nazirin müavini olan Əli Əhmədova göndərin,bəlkə bir az danışdıqlarındn utandı,xəcalət çəkdi. Axı bütün bu biabırçılıqlar YAP üzvləri tərəfindən baş verir... YAP bir partiya kimi üzvlərindən xəbərsizdir, ya da fırıldaqçı,rüşvətxor adamları da partiyaya qəbul ediblər ..

yusif-1313 2019-02-04 12:49:56

Aidiyyəti olan(Vergilər Nazitliyi.Baş prokurorluq və korrupsiya ilə mübarizə aparmali olan idarəyə)orqanlarin hansinin cəsarəti catacaq ki bu vəsaitin mənbəyini və ondan Azərbaycan büdcəsinə hansi məbləgdə vəsait ödənildiyini müəyyənləşdirsin.

patriot 2019-02-04 12:49:56

Kişi hələ 2017 ci ildən icrada işləyir qoy bir 5 il işləsin avropanin başqa ölkələrində biznes acacaq hələ ğözləmək lazimdi burda nə var ki

Son yazılar