Azərbaycan və “Formula-1” şirkəti arasında müqavilə daha 3 il uzadılıb. Bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və “Formula 1″ Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayaraq, Bakıda “Formula-1” yarışlarının 2023-cü ilə qədər uzadılmasına dair razılaşıblar.
Gənclər və idman naziri Azad Rəhimov razılaşmanı şərh edərkən deyib ki, Bakıda “Formula-1” yarışlarının keçirilməsi Azərbaycana gələn turistlərin sayını artırır.
“Formula-1” şirkətinin baş direktoru Çeyz Keri isə qeyd edib ki, Bakıda olmaqdan və müqavilənin uzadılmasından məmnundur. “Azərbaycan qran-prisi “F-1” təqvimində öz yerini tutub. Bizim araşdırmalarımız göstərib ki, Bakı yarışları fanatların fikrincə ən yaxşı yarışlardan biridir”-o deyib.
Xatırladaq ki, Bakıda keçiriləcək bu ilki “Formula-1” yarışları üçün 60 milyon dolların xərclənməsi nəzərdə tutulduğu bildirilir. Bəzi açıqlamalarda isə bu rəqəm daha yüksək göstərilir.
“AzPolitika.info” xatırladır ki, Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatşısı nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun şirkətidir. Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov Qran-Prinin Azərbaycanda keçirilməsinin 2020-ci ildə bitməsindən çox narahat idi. O ötən il mətbuata açıqlamasında bildirmişdiki, Azərbaycan tərəfi yarışı keçirmək üçün xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir: “Müqavilə şərtlərini müzakirə edən zaman pul məsələsi danışılan şərtlərdən sadəcə biridir. Bir neçə belə məsələlər müzakirə olunur. Bir tərəfdən Formula 1–in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik. Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq. Düşünürəm ki, Formula 1 bizim üçün çox şey edib. Amma bildiyimə görə bu layihə nəinki bizim üçün, elə Formula 1 üçün də maraqlıdır. Eyni zamanda azarkeşlərin də Azərbaycan Qran-Prisinə maraqları böyükdür. Bizə Azərbaycanda “Formula 1″ yarışı keçirmək çox xoşdur”.
Qeyd edək ki, A.Rəhimov bir neçə dəfə xarici KİV-lərə də Azərbaycanda “Formula-1” yarışlarının keçirilməsinə dair müqavilənin şərtlərinə yenidən baxmaq lazım olduğunu bildirnişdi. Azərbaycanın bu yarışlar üçün başqalarından ikiqat çox ödədiyini vurgulamışdı.
Ancaq nazir oğlunun xərclərin çox olmasına dair açıqlamasından sonra tanınmış britaniyalı avtoidman eksperti Co Seyvard öz bloqunda Bakıda “Formula-1” yarışlarının təşkilatçılarına xəbərdarlıq edərək “Liberty Media” (yarışların sahibi) şirkəti ilə müqavilənin şərtlərinə yenidən baxmaq cəhdlərindən əl çəkməyə çağırmışdı.

Ekspert yazır ki, “Formula-1” sahibləri ikili mövqe tutublar. Bakıdakı yarışlar yaxşı gəlir gətirir, amma Azərbaycan hər il cənab Briatora, (“Reno” komandasının keçmiş rəhbəri Flavio Briator) böyük məbləğ ödəyir, hansı ki, o tərəfləri bir-birinə calaşdırıb.
Sitat: “Problem bundan ibarətdir ki, “Liberty Media” şirkətində yarışların Azərbaycan kimi ölkədə keçirilməsindən o qədər də məmnun deyillər, amma bu onlara Bakıdan yaxşı pul götürməkdə mane olmur. Bununla belə yaxşı alternativ yaransa “Liberty Media” yarışların keçirilməsi üçün başqa yer seçəcək".
Ekspertin bu açıqlamanı Bakıda bu yarışın keçirilməsindən 10 milyonlar qazanan şirkətin sifarişi ilə verdiyi şübhə doğurmur. Şirkət xərcləri azaltmaq istəyən Bakını ekspertin dili ilə təhdid etmişdi: "Bəli, Bakıda maraqlı yarışlar keçirilir, amma bu Monako, Silverstoun və ya Spa deyil. Bu Qran-pri “Formula-1” üçün elə də böyük əhəmiyyət kəsb eləmir. Ona görə də ən yaxşısı budur ki, Azərbaycan indiki şərtlərə əməl etsin və rəhbərliklə oyun oynamağa cəhd eləməsin”.
Bakının bu təhdidlərə necə cavab verdiyini bilmirik. Ancaq nazirin oğlu üçün "xoş olan" layihənin daha 3 il uzadılması “Liberty Media”şirkətinin şərtlərinin qəbul edildiyini göstərir. Hansı şərtlərdir, bu açıqlanmır. Amma növbəti 5 ildə də - 2023-cü ilə qədər bu məqsədlə büdcədən nazir oğlunun şirkətinə 100 milyonların ayrılacağı şübhə doğurmur.

Elə buna görə də, ciddi problemləri oln Azərbaycan üçün illər boyu 100 milyonlarla xərc çəkilərək “Formula 1″ yarışının keçirilməsi nə qədər absurd olsa da, nazir oğlunun “Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur” deməsi təsadüfü deyil. Azərbaycanda “Formula 1″ yarışının keçirilməsinin dövlətə və millətə elə bir xeyri olmasa da, bəzilərinin MİLYONLAR qazanmasına səbəb olur.
“AzPolitika.info” nazirin və oğlunun niyə bu yarışların Azərbaycanda keçirilməsində maraqlı olduğunu göstərmək üşün “Azadlıq” Radiosunun bu istiqamətdə dərc etdiyi araşdırmanı ixtisarla dərc edir:
-Nazir olsanız, bir-birinin ardınca idman tədbiri keçirib, onların büdcə hesabına təşkilini oğlunuza həvalə etmək könlünüzdən keçərdimi? Bəs böyük-böyük idman arenalarının tikintisini necə, başqa bir şirkətə yox, oğlunuza verərdinizmi? Bizim araşdırmalarda əldə etdiyimiz sənədlər belə deməyə əsas verir ki, Azərbaycanda gənclər və idman naziri məhz belə edir. Bu sənədlərə görə hələ üstəlik, sifarişləri oğlunun İngiltərədəki şəriklərinin şirkətlərinə ötürür.
Könüllü olmaq istəyən çoxdur, nazir oğlu isə təkdir


Dövlət büdcəsinə on milyonlarla dollar vəsaitə başa gələn «Formula 1» Avropa Qran-prisinin Bakının mərkəzində təşkil olunması gənclər və idman nazirinin Londonda yaşayan oğlu Arif Rəhimova həvalə olunub.
Azərbaycan hökuməti bu yarışları 10 il ard-arda Bakı şəhərində keçirmək haqda öhdəlik götürüb. Yarışların təşkili üzrə eksklüziv hüquqlar isə bir başqasına deyil, 30 yaşlı Britaniya vətəndaşı Arif Rəhimova verilib. Heç bir tender keçirilmədən. Demək ki, vəziyyət dəyişməsə, yəni nazirlikdə hər şey öz axarı ilə davam edərsə, Arif Rəhimov 2026-cı ilədək «Formula 1» yarışlarında ona tapşırılan işi görəcək.
Yeni oyunlar üçün yeni şirkət
Arif Rəhimov 2013-cü ilin dekabrında «Baku F1» MMC (VÖEN 1502464311) adlı şirkət yaradıb.
Növbəti aylarda şirkət adını dəyişərək «Baku Grand Prix» MMC olub, hazırda isə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti adını daşıyır. Vergilər Nazirliyi məlumat verir ki, F1-in təşkilində iştirak etmək məqsədilə 2016-cı ilin fevralında Arif Rəhimovun başçılığı ilə daha bir şirkət – «BCC Commercial» MMC də yaradılıb. Ünvan kimi isə başqa bir yer deyil, Gənclər və İdman Nazirliyinin inzibati binası yerləşən Olimpiya küçəsi 4, seçilib.
Azərbaycan dövləti bu yarışların Bakıda keçirilməsi öhdəliyini pozarsa, çoxmilyonlu təzminat ödəməyə məhkumdur. Bunu nazir Azad Rəhimov deyib. Nazirlik BCCOC-nin üzərinə qoyulan öhdəliklər barədə isə sükutla keçir.
Hökumət, eləcə də Gənclər və İdman nazirliliyi «Formula 1» yarışlarının Bakıda təşkil olunmasının yekun büdcəsini verilən vədlərə baxmayaraq açıqlamadı. Nazir Azad Rəhimov 2016-cı ilin iyununda təşkil olunan mətbuat konfransında «dövlət və bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın» xərc çəkildiyini elan etmişdi. Elə BCCOC da qazancı haqda hesabat vermir.
«İdman yarışlarının keçirilməsi də inhisar altındadır»

«Yarışları ölkə ərazisində təşkil etmək iş adamı Arif Rəhimova – gənclər və idman naziri Azad Rəhimovun oğluna tapşırılıb. Nazir oğlu «DDLAR Group»-a başçılıq edir. Tikinti sahəsində ixtisaslaşmış şirkətlər qrupu həm də idman tədbirləri üçün nəzərdə tutulmuş obyektlərin tikintisi və təmiri ilə məşğul olur. Şirkətlər qrupu ölkə ərazisində – Bərdə, Şirvan, Ağcabədi, İmişli, Sumqayıt, Tovuz, Cəlilabad, Göygöl, Abşeron, Xaçmaz, Daşkəsən, Mingəçevirdə olimpiya komplekslərinin layihələndirilməsi və tikintisini həyata keçirib. Maraqlıdır ki, bu, Azad Rəhimovun 2006-cı ildə nazir təyin olunmasından sonrakı dövrə təsadüf edir. Beləliklə, ölkədə başqa digər biznes sahələrində olduğu kimi, idman obyektlərinin tikintisi, idman yarışlarının keçirilməsi də inhisar altındadır», – Zöhrab İsmayıl söyləyir.
Arif Rəhimov müvəffəqiyyətdən danışır









Şərhlər
Bu nazir də yetişib əlvida demək vaxtıdır getsin istirahətə
..idman nazirliyi yox ailə nazirliyidir.Kim bunlara nəzarət edəcək,nə qədər büccədən xərclədin,nə qədər büccəyə qaytardı.Necə ildir yarış keçirilir,bir cavabdeh şəxis hesabat verməyib ki,bu qədər qazanc götrrmüşük.
Bu formula birde bir biznesdi.buda biznesinin omrunu uzadir havayi budce pullaridi yeyirde ne etmelidi bize vermelidi...
Azərbaycanda əsas kütlə sadə kasıb əhali bu israfçılığı istəmir. Bu əhalinin iradəsinə zidd olan bir işdir. Sadə insanlar basxmağa Heç gedə də bilmirlər. Ora ancaq məmurlar deputatlar,oliqarxlar müftəxorlar və onların ətrafları gedib baxır.
Fikirləşmək lazımdır ki, bu formulalar Respublikamıza nə verir axı. Bir iki qırmızısaqqal gəlib yeyib-içib küçələrdə maşın sürəcək, yollar bağlanacaq, adamlar narahat olacaq. Nəticədə də ölkə üçün heç bir xeyirli iş görməyən Arif bala atası ilə birlikdə milyonları ələ keçirəcəklər. Vəssalam, şüt tamam.
Bunlarin balalari butun milletin payi olan servetimizin milyoarini yesin,kasiblara ise meseden meyve,ot,yarpaq yigmaga qadaga qoyulsun.Dunyanin hec bir yerinde milleti bu sekilde hec yerine qoyan bir anlayış yoxdu.
Bey sizinle tam raziyam. Oirmizi xett coxdan kecilib. Artiq bunu edenler onsuzda kasidciliqdan, haqsizliqdan, xesteliklerden, bank borclarindan ezilmis Xalqdan zovq alirlar. Xalqi sevmek ucun xalqdan biri olmaq lazimdi. Efsus ki, tarix xalqimizi bir daha imtahana cekir..... ne etmeli? Bizlere bu avtos yarislari lazim deyil. ,bu yarisa qosulub ne qeder qacsaq da hec neyi tuta bilmeyeceyik! Ar olsun xalqin hissiyyati ile oynayanlara. Cenablar 143 manati goturun bir ay dolanmaq ucun Markete gedin..murdarlar
Babaları və indi də dədə bala bu millətin külünü göyə sovururlar.Nagayraq? bizdən oturub gözləmək qalər ki, nə vaxt bunlarin aqibəti Ziyanın,Fazilin, Cahahgirin aqibəti kimi olacaq.Olacaq müləq.Amma haçan? vot vopros.
Formula-1 yalnız milləti tox,əyləncəyə ehtiyacı olan dövlətlərdə,şəhər kənarında ayrıca ayrlmış yerdə keçirilə bilər.Yoxsa AZərbaycan kimi milləti ac-yalavac,pensioneri zəlil gündə olan,belə yarışlar keçirmək üçün ayrıca ərazisi olmayan Azbaycanda,şəhərin əhalisi sıx yaşayan yerində əhaliyə narahatlıq yaratmaqla keçirilməsi tam yanlışdır.Hətta bu ərazidəki müəssisələr belə işini dayandırmalı olur.
HE INDI KIM DEYER,BU ANALOQU OLMAYAN HOKUMETDE WEHID OVLADININ,QARABAQ QAZISININ,QACQININ OVLADININ QIYMETI,DEYERI COXDUR YOXSA NAZIR,MEMUR OVLAD VE NEVELERININ.KIMIN BALALARI LONDONDA,DUBAYDA DINCELIR,HARAM PULLARA KEYF ELEYIR,ISVECDE DAQDAN SURUWUR...MILLETE NAQIL DANIWANLARIN...ANALOQU OLMAYAN INKIWAFI BIZLERE SIRIYANLARIN HARINLAWMIW OVLADLARI...
KEFDƏDİRLƏR. NƏ TORPAQ,NƏ VƏTƏN,NƏ MİLLƏT? MİLLƏT ACLNDAN ÖLÜR NAZİR NECƏ XOŞBƏXTDİR? BU TORPAQ DA OD TUTUB YANACAQ.
BUNLARİ OXUYANDAN SONRA İNANİRSAN Kİ HƏQİQƏTƏN AZƏRBAYCANDA KORRUPSİYAYA QARŞİ "MÜBARİZƏ"APARİLİR.
Harda 10 msn nizamnamə kapitalı ilə şirkət qurub, 10 mln.larla pul qazanmaq olar? Analoqsuz Azərbaycanda!
edək ondan sonra formula 9 keçirin. Allah özü Azərbaycanlılara rəhm etsin və bizim böyüklərimizin gölünə rəhm salsın ki, heç olmazsa uşaqların promlemlərini həll edək.
Havaya sovrulan milyonlara minlərlə ehtiyacı olan hərbiçilərimizə,şəhidlərimizə ev vermək ,yaşlılarımızın pensiyalarını artırmaq olardı.Neçə zavod,fabrik tikmək iş yerləri açmaq olardı.Turist məsələsi yalandan ortaya atılır.Məqsəd milyonları oğlunun şirkətinə köçürməkdir.
hər yarağımız düzəlib qalıb saqqal darağımız. 60 milyon dollar. formula-1 nə bilim nə zibil. məmurların nazirlərin elitanın əyləncə mərkəzi. 60 milyon- Azərbaycanın istənilən inzibati rayonunun təxminən 35 illik büdcəsi. görəsən o pulu gələcəyimiz olan uşaq baxçalarına,məktəblərə, xəstəxana tikintisinə sərf etmək olmazmı? səhiyyə,təhsil aqoniya vəziyyətində olan bir məmləkətdə buna ehtiyac varmı? baxçalarda uşaqlar mal təzəyinin istisinə qızınırlar. 21 əsrdə məktəblərdə odun yandırılır. gəlin bunları həll
BRAVO LAP GULMELI MUVEFEQIYYETDI...KVN YADIMA DUWDU,GOR BU NE VAXT OLUB.BU INKIWAFDI,YOXSA KORRUPSIYA.LAP GULMELIDI,VALLAH.MEMURLARDAN ,NAZIRLERDEN KIM NE ISTEYIR,KIMNECE ISTEYIR,TALAYIR...BOW BOWDA DANIWIB,LAP ETIMIZI TOKUR...YAXWI,BU WEREF ,WOHRET ORDENLILER TERIFLENMELIDI...YOXSA...SARIKAZYEL CANI...
Hökumət əsl məqsədini nə qədər gizlətsə də bu mumkun deyil,artıq.Bu pul qazanmaq məqsədi ilə edilmir.Guya,məmurlar o,milyardları səssizcə götursəydilər-oyunsuz zadsız-nə olacaqdı ki.Bu həm də xalq baxa-baxa bu milyardları göyə sovurmaqla öz iradələrini xalqa göstərirlər.Bu,həzz manyakal bir həzzdir...... Yoxsa,sərvətin talanı, filan bunlar boş şeylərdir.