İran yeni sualtı qayığını nümayiş etdirib - Qanadlı raketlər və torpedolarla silahlanıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikası (İİR) qanadlı raketlərlə silahlanmış yeni sualtı qayığın təqdimatını keçirib. Təqdimat mərasimini ölkə prezidenti Həsən Ruhani açıb («Röyter»).

Qeyd olunur ki, qayığın təqdimatı İranın Amerika Birləşmiş Ştatları və İsrail kimi düşmənləri arasında gərgindiyin artdığı dövrə təsadüf edir.

«Bu andan başlayaraq, mənim sərəncamım əsasında "Fateh Conqueror" qayığı İranın hərbi-dəniz qüvvələrinə qoşulur» - Ruhani yerli telekanalın efirindən bildirib.

Qeyd edilir ki, yeni qayığın çəkisi 600 tondur. Onun göyərtəsində müasir silahlar var - torpedolar, hərbi-dəniz minaları və su altından buraxıla bilən qanadlı raketlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar