İCRA BAŞÇISI SABİQ NAZİRİ RAYONDAN QOVUB - “Bir daha ayağın Şəmkirə dəyməyəcək...”

Biznes imperiyasını idarə etmək üçün şirkətlərin başına keçən sabiq vergilər nazirinə “öz adamı”ndan ağır zərbə

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sabiq nazir Fazil Məmmədova rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərməyi qeyri-rəsmi olaraq qadağan edib. Hətta musavat.com-un Şəmkirdən aldığı bir məlumata görə, Fazil Məmmədov rayon ərazisindən qovulub.

Məsələnin kuryoz tərəfi budur ki, Alimpaşa Məmmədov Fazil Məmmədovun öz kadrıdır, hətta yaxın adamlarından biridir. F.Məmmədov onu ən sadiq və etibarlı adamı kimi öz “qalasına” - Şəmkirə göndərib. Bu rayon və onun ətrafında Fazil Məmmədovun milyonlarla yatırım etdiyi müəssisələr, özəl mülklər, tərpənməz əmlaklar var. İndi aydın olur ki, “qala” içdən çöküb - Alimpaşa öz xeyirxahına qarşı çıxıb.

Dünən məlumat vermişdik  ki, müalicədən sonra Fazil Məmmədov özünün malik olduğu biznes imperiyasının başına keçib və onu bilavasitə idarə etmək qərarına gəlib. Sitat: “Fevralın 8-də ”ölüm" xəbəri yayılan sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normaldır və hazırda Bakıda biznes işləri ilə məşğuldur. Yaxın çevrəsində olan mənbənin yerli mediaya verdiyi məlumata görə, F.Məmmədova əvvəlki biznesi İlə məşğul olmaq icazəsi verilib. Bu səbəbdən də o, hazırda əsas diqqətini “Synergy Group” MMC şirkətlər qrupuna yönəldib".

“Synergy Group” MMC ile ilgili görsel sonucu

Məlum olduğu kimi, “Synergy Group” MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir olduğu dövrdə yaradılıb, rəsmi olmasa da, de-fakto ona məxsus olub.

2010-cu ildə təsis edilmiş, şüarı “Davamlı gələcəyə doğru” olan “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarətdir.

“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olduğu bildirilir. Qrupa rəsmi olaraq, 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. Bu şirkətlərin bəzisində xarici kapital da iştirak edir. “Synergy Group”un  tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Fazil Məmmədovun hələ də kurasiyasında olan Şəmkirdə yerləşir.

Zəyəm Texnologiyalar Parkı ile ilgili görsel sonucu

“Synergy Group”un yalnız bankı yox idi. 2015-ci ildə YAP-çı deputatlardan birinin qardaşına məxsus “Kövsər Bank”ı  “Synergy Group” alıb. “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasını “Synergy Group "alıb"...

Bu məlumatlardan da göründüyü kimi, F.Məmmədovun biznes imperiyasına aid əhəmiyyətli komponentlər Şəmkir rayonunun inzibati ərazisində yerləşir. Biznesini öz vətənindən idarə etmək, yaxud da onun məlum komponentlərini yoxlamaq üçün Şəmkirə varid olan sabiq nazirin belə bir aqibətlə üzləşməsi onun planlarına ağır zərbədir.

Ä°lgili resim

Mənbə bildirir ki, Fazil Məmmədov “Excelsior Hotel Shamkir”də özünə dəbdəbəli ofis hazırlıqları ilə məşğul imiş. Hətta sabiq nazirin ailəsi də Bakıdan Şəmkirə köçübmüş. F.Məmmədovun rayonda son dərəcə dəbdəbəli bir evinin olduğu deyilir. Ailəsi ilə birlikdə orda qalmağı planlaşdırırmış. Lakin Alimpaşa Məmmədov sabiq şefinin planlarını darmadağın edib.

Başçı F.Məmmədovun rayonla əlaqəsi olan başqa adamlarını da Şəmkirdən qovub. Mənbə bildirir ki, Fazil Məmmədovun yaxın adamlarından biri - qardaşının qaynı Turan Səidov bir vaxtlar sabiq nazirin rayondakı təmir-tikinti işlərini görürmüş. Onun “21-ci əsr” adlı şirkəti də var. Hazırda bu şirkətin fəaliyyəti iflicdi. Bildirilir ki, Şəmkirin icra başçısı özünün yaxın adamlarına yeni şirkətlər açıb, rayonla bağlı bütün təmir-tikinti işlərini yaxın çevrəsinin əli ilə gördürür.

Zəyəm Texnologiyalar Parkı ile ilgili görsel sonucu

Alimpaşa Məmmədov ötən ay Turanı yanına çağıraraq deyib ki, “bir daha ayağın Şəmkirə dəyməyəcək”. Ardınca da elə Fazil Məmmədova ismarışını yollayıb:Ona deyin, əziyyət çəkib ofis təmir etdirməsin, mən bu rayonda başçı olan müddətdə Fazil müəllim burda yaşaya, bizneslə məşğul ola bilməz”.

Deyilənə görə, başçının bu ismarışından sonra Fazil Məmmədov Şəmkiri tərk edib, Bakıya gəlib. Yaxınlarına deyib ki, o, Alimpaşayla üz-üzə gəlmək, konflikt yaratmaq istəmir. Hazırda F.Məmmədovun Şəmkirdə biznesini o, nazir olduğu dövrdə müşaviri vəzifəsində işləmiş Riyad Hüseynovun qardaşı Fərid Hüseynovun idarə etdiyi deyilir.

Maraqlıdı, Fazil Məmmədov işdən çıxarıldıqdan sonra da mühafizə və kortejlə gəzir. Bunu da sabiq nazirin yaxın ətrafından “Yeni Müsavat”a bildiriblər. Həmçinin biznesini də qoruyub saxlayıb. Ona bu qədər güzəşt edildiyi halda, Şəmkirin icra başçısı nədən keçmiş nazirlə bu cür davransın?

Bu sualı ünvanladığımız tanınmış şəmkirlinin qənaətinə görə, Alimpaşa Məmmədov özfəaliyyətlə məşğuldur. Onun Fazil Məmmədovla bu cür davranışını “yuxarılar” bilsə, başçı üçün işlər yaxşı getməz. Amma A.Məmmədov nə qədər qeyri-stabil şəxs kimi tanınsa da, belə sərt qərarları özbaşına qəbul etməz yəqin ki. F.Məmmədovun bundan sonra necə davranacağı və öz adamının zərbəsini necə dəf edəcəyi hələlik məlum deyil.

Sabiq nazirin də mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

sual 2019-02-23 10:31:49

Butun MŞ və mətbuat bu gün səmərəsiz işlərlə məşğuldu.Niyəsinidə deyim. Yalnız Qarabağın, işğalda olan torpaqlarin, qarşıdan gələn turk dunyasının və insanlığın façiəsi olan Xoçalı soyqrımının isdər ölkəmizdə və isdərsə də xariçdə olan əsl gunahkarlarının cəzalandirilmasi naminə mövzuların təbliğatından savayı.Əksinə soyqrım façisinin səbəbkarlarını az qalırlar ki milli qəhramana, Qarabağ savaşında iştirak edənləri isə xalq düşməninə cəvirsinlər.Yoxsa Fazil belə, Ziya, Eldar belə getdu.Belə olurmu ya?...

EJDER 2019-02-23 10:31:49

EWWI,ESAS INKIWAFDU,ANALOQU OLMAYAN INKIWAF.FAZIL BEYEM TEK YEYIB,INKIWAF EDIB.KIM KIMDI,KIMIN KI,...ELENGELER HOKUMETIDI,HADI CANI...HAMI NAQIL DANIWIR.COCUQ MERCANLI YADDAN CIXIB,WARALAR,FORMULALAR MODDADI,GUYA BELENCINE TURIZM INKIWAF ETDIRILIR.ANALOQU OLMAYAN BOW BOW NAQILLAR DAVAM EDIR,LUKAWENKO CANI.ZENG VURURSAN,BRAT...PRILETAY,KONDRAT.HESAVB EDIREM KI,ALIMPA WANIN YERI PREZIDENT APPARATIDI...SESI ILE ORADAKILARI FEYZIYAB EDER.HAYDI,IRELI...ANCAQ EMELLI...ILIWME...DUWME.

kamil 2019-02-23 10:31:49

Bu mana Heydar Aliyevin uzuna duranlari xatirladir...

kamil 2019-02-23 10:31:49

Bq

кamil 2019-02-23 10:31:49

qq

redaktor 2019-02-23 10:31:49

bir vact arifin oxlu rauf baresinde deyilenleri metbuata cixarsalar onda fazil nedi hec analoqu olmayan mexluqa cevriler binava fazilin semkirde hormeti her halda raufun tovuzdada hormetinden defelerle coxdu bunu her bir tavuzllu tesdiq eder men yox

G M 2019-02-23 10:31:49

Azərbaycanda qeyrimüəyyən əxlaq formalaşıb.Mentalitet və vicdan sferasından uzaq, cəngəllik qanunlarıyla idarəçilik,qarşılıqlı münasibətlərdə inamsızlıq son həddə çatıb.Efirlərdə Qarabağdan,dövlətçilikdən dəm vuranlar əsil həyatda mümkün qədər qazanmaq,talamaq hətta bütün bunlar ən şərəfsiz üsullarla olsa da imtina edilmir.

Oktat 2019-02-23 10:31:49

Oyundur gözdən pırdə asırlar.

Şakir 2019-02-23 10:31:49

Bəs mənimsədiyi iki milyard nə oldu?Bunun hesabı sorulmayacaq? niyə?

Mehdi 2019-02-23 10:31:49

Bir vaxt var idi,Fazil Memmedova aid olan toylarin(yani qohum eqrabalinin)Fazile xos gelmeg ucun muqamat oxuyurdu.Coxda gozel oxuyurdu öz başi ucun.Ele bil anqirirdi.Dunyanin isine bax indiFazili rayondan qovur.Bax bu heyat beledi.And olsun ozum gormusem onun oxuduqunu.Fazilin uzunu yumuram ha,onun ozude belkede onun bir tayidi.Amma bele seyler olmamalidi.

Abit 2019-02-23 10:31:49

Anekdot,bişmiş toyuqun gülmeyi gelir,

t.ədalət 2019-02-23 10:31:49

İcra Hakimiyyəti başçılarının Respublika Qanunlarına əhəmiyyət verməməsi,yerli idarəçilikdə yol verdikləri özbaşınalılıqlar,əslində ölkə rəhbərinə qarşı saymazlıqdan irəli gəlir.Bir çox narazılılıqların və hakimiyyətə inamsızlılıqların səbəbi budur.Belə gərəksiz əməlləri ilə Başçılar narazı əhalinin meydanlara çıxmasına şərait yaradırlar.Narazılılıqları yaradanları axtarmaq üçün ətək-ətək pulları havaya sovurub sos.tədqiqatlar aparmağa da ehtiyac yoxdur..

Alı@mail.ru 2019-02-23 10:31:49

Fazil belə vəziyyətə salınmaga layiqdir.Amma xalq tərəfindən.Amma əgər bu fakt dogrudursa onda Alimpaşa dogurdan da Dubaylıq kadrdır.Həm də rəhbərlikdən buna göz yuman yaxud buna dəstək verən varsa onda onlar da elə Dubaylıqdır.Çunki bu gün Fazilə edə bilən sabah ona ediləcək.Dagıl a dünya gör kimlər bizi idarə edir.

Bashirov Qarib 2019-02-23 10:31:49

Bu qədər məntiqsiz və arqumentsiz yazının nufuzlu Azpolitika səhifələrinə çıxması təccublu və təssuf edicidir.İcra başçısı kimdir ki,vurulmuş olsa da,öz maliyyə imperiyasını qorumagı bacaran birisini rayondan qovsun.Ona elə sifariş verilib, o da bunu etməlidir.Onun kadrı olması ,himayədarı filan burada rol oynamaz. Guya sabiq nazir də deyib ki, başçı ilə uz- uzə gəlmək istəmirəm.Sanki, normal bir cəmiyyətdə yaşayırıq,hamı da öz iradəsi ilə addım atır, talayır,qovulur,əmlakını xaricə daşıyır,sökur,tikir.

Son yazılar