Menu

Ərdoğan Vaşinqtonda Trampla görüşəcək

24.02.2019, 10:32
Ərdoğan Vaşinqtonda Trampla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-dən sonra Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.

"Report" xəbər verir ki, bu barədə o, "CNN Türk"ün əməkdaşı ilə söhbətində bildirib.

Qeyd edilir ki, Tramp Ərdoğanı ABŞ-a dəvət edib, ancaq Türkiyənin dövlət başçısı amerikalı həmkarının öz ölkəsinə səfərini gözləyir.

Ərdoğan vurğulayıb ki, onunla Tramp arasında pozitiv münasibətlər mövcuddur. Bu, bir çox məsələləri sadə formada həll etməyə imkan verir.

Daha əvvəl Ərdoğan Trampla telefon danışığının detallarını açıqlayıb.

Şərhlər

Türk 2019-02-24 10:32:21

Sayın Ərdoğan siz TÜRK xalqının böyük oğlusunuz.Tramp kimi bir insanla görüşmək məsləhət deyil.Bir ölkə ki,onun sözünü deməyən ölkələrdə çevriliş hazırlayır elə ölkənin prezidenti ilə görüşmək ən azından onunla həmfikir olmaq deməkdir.Ona görə də bir Türk oğlu kimi sizin onunla görüşməyinizi təqdir etmirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol