AZƏRBAYCANLI İŞ ADAMININ UKRAYNADAKI NƏHƏNG TİKİNTİ BİZNESİ – İman Quliyev ölkədən 300 milyon dollar çıxarıb!

“AzPolitika.info”ya məlumatlı və etibarlı mənbədən daxil olan məlumata görə, əslən Naxçıvandan olan tanınmış biznesmen İman Quliyev xaricdəki obyektlərinə indiyə qədər 300 milyon dollardan çox investisiya yatırıb.

İ.Quliyev Azərbaycanda Hüquqi Şəxslərin Reyestrinə əsasən, “Politon” MMC, həmçinin “Nyu Sfera Turism” və “Nyu Sfera Nəqliyyat” şirkətlərinə rəhbərlik edir. “Nyu Sfera şirkətlər qrupu” MMC 1992-ci ildən fəaliyyət göstərir. Ora həmçinin “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art”, “Nyu Sfera Ticarət” də daxildir. Qrupa “Xalqlar Dostluğu” ticarət mərkəzi, İsmayıllı rayonunda “Green House” turizm mərkəzi, Bakıda dörd şadlıq sarayı və restoran daxildir. Beş-altı il bundan əvvəl keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən müəyyən təyziqlərə məruz qalan İman Quliyev biznesinə olan təhdidləri önləmək üçün hakimiyyətdə olan bəzi nazir qohumlarının və məşhur generalın vasitəsilə kapitalının bir hissəsini Ukraynaya transfer etməyi bacarıb. Qısa müddətdə Kiyev şəhərində geniş tikinti meydançası yaratmağa nail olub.

Ukraynadakı etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Kiyev şəhərində “ЖК Софиевская сфера” şirkətini yaradan iş adamı, Bakıda bu sahədə əldə etdiyi təcrübədən yararlanaraq, qısa zamanda Kiyev şəhərinin Sofiyevsi Borşoqovka massivində böyük bir yaşayış kompleksi inşa etdirib. 75 bloklu, 740 min kvadratmetr sahəsi olan yaşayış kompleksində əlavə olaraq 600 nəfərlik orta məktəb, 180 nəfərlik uşaq bağçası, 4 min kvadratmetrlik xəstəxana, 60 min kvadratmetrlik ticarət və əyləncə mərkəzi də inşa olunub. Mənbənin dediyinə görə 14 min ailənin məskunlaşdığı şəhərciyin inşasına ilkin jurnalist araşdırmasına görə 200-220 milyon ABŞ dollarından çox sərmayə yatırılıb.

Öz etibarlı qohumlarına güvənən İman Quliyev ənənəvi metodlarından istifadə edərək Ukraynanın hakim elitası və hökumət strukturları ilə möhkəm ilişgilər qurmağa da müvəffəq olub. Məşhur generalın hakim elitada təmsil olunan dostlarının vasitəsi ilə bütün Ukrayna boyu öz biznesini genişləndirib. Hazırda onun Ukraynadakı biznesinin böyük bir hissəsinə Oksford Universitetinin məzunu olan oğlu Araz Quliyev nəzarət edir. Oğlunun Londonda təhsil alarkən Ukraynanın tanınmış oliqarxlardan birinin övladı ilə tələbə yoldaşı olması da bu biznesin çiçəklənməsində az rol oynamayıb. Araz Quliyevin bacarıqlı iş adamına çevrilməsində onun şəxsi talantı ilə yanaşı ukraynalı oliqarx oğlunun yaxından dəstəyi özləri tərəfindən də inkar olunmur.

İnformasiyanı ötürən mənbə onu da qeyd edir ki, bu gün Ukraynada müxtəlif yol və infrastruktur layihələrinin icrasında iştirak etmək istəyən Azərbaycan şirkətləri və iş adamları hökmən İman Quliyevin “qılıncının” altından keçməlidir. Ukraynada güclü əlaqələrinə görə indi o tikinti sferasının maqnatı kimi açar sima rolunu oynamağa iddialıdır. Bu gün ölkəmizlə yanaşı, Kiyev şəhərində tikinti biznesini genişləndirən İ.Quliyevin Ukraynanın bir sıra vilayət və şəhərlərində də çoxsaylı obyektləri mövcuddur və bu siyahı genişlənmək üzrədir.

İman Quliyevin Ukraynada hansı yeni layihələri nəzərdə tutulub? O, Azərbaycandan hansı vəzifəli şəxslərin Ukraynada biznesini təşkil etməyi planlaşdırır? Onun Ukraynadakı himayədarları kimlərdir?

Bütün bunlar haqda növbəti yazıda.

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

saxavat 2019-02-25 12:04:18

Iman Quliyev dovlet budcesini dagitmayib Hansi ishleri gorubse oz vesaiti hesabina. oz zehmeti ile edib Bele shexslerle fexr etmek olar Gelecek ishlerinde Iman Quliyeve ugurlar dileyirem

Rüsdəmli cümşüd 2019-02-25 12:04:18

Men uzun sözün qısanın demey isdeyirem ki Allah bele oqullardan daha artıq elesin insankimi isandı iman quliyevle Araz mellim

Мирик Сеидов 2019-02-25 12:04:18

İman Quliyevi şəxsən tanıyan və gördükləri işlərdən azdan çoxdan xəbəri olan adam kimi(4 il onun şirkətlərindən birində işləmişəm) deyə bilərəm ki, halal adamdır, insan adamdır, ailəsə də çox təmiz, əsl azərbaycanlı ailəsidir. Bir çox qudurğan iş adamlarından fərqli olaraq, İman Quliyev çox sadə, boş təkəbbürdən uzaq bir adamdır, geniş ürəyi və verən əli olan insandır. Kaş ki, pulu olan hər kəs bu sadəlikdə və bu ürəkdə olaydı. Oğlun da tanıyıram, o da atası kimi, təkəbbürdən uzaq, vicdanlı və əliaçıqdır.

TURAL 2019-02-25 12:04:18

İman Quliyev neinki Ukraynada dünyanın istenilən yerində iş görə bilər. Halal zəhməti ilə qurduğu biznesidir.O jurnaliste demek istiyirəm ki sənin cəsarətin çatırsa ölkədən milyardlarla çıxarılan pullar haqqındada yaz.İman müəllim indiyə kimi ancaq xeyirxah işlərlə məşqul olub.Mən bir Azərbaycanlı kimi fəxr edirəm ki analar belə oğullar dünyaya gətirib.Allah həmişə onu var eləsin.Oğluda atası kimi mərd ağıllı və savadlı bir gəncdir.Uğurlar arzuluyuram İman mellime

DRONQOYA 2019-02-25 12:04:18

"O məşhur general" birbaşa mayordan general rütbəsinə qədər qalxmış birisidir.....

mehman 2019-02-25 12:04:18

Iman muellim bu gune kimi 100- lerle Azerbaycan gencinin tehsil haqqinin,ehtiyaci olan insanlarin mualice xerclerinin odenilmesinde her zaman elinden geleni edib.Ne yaxsi ki,bele milletini seven is adamlarimiz var.

Ruhin Qasımıv 2019-02-25 12:04:18

Araz Quliyevi şexsen tanıyıram o hem savadlı hemde cox terbiyeli insadı allah var etsin ele gözel insanları

Turqay Qasımov 2019-02-25 12:04:18

Men şexsen İman Quluyevin qebulunda olmuşam meni tanımrdı hec ünvertet ücün ilik odenişimi odeye bilmediyim ücün getmişdim sagolsun bu gun men iş sahibiyemse o insanın sahesinde allah kömeyi olsun

Huseyn 2019-02-25 12:04:18

Ugurlar her ikisinede . Allah bu islerin genişlənməsi və daha da böyük , fəxr etməli şirkət olması üçün kömək olsun .

Yehya 2019-02-25 12:04:18

İlk önce bildiyimiz kimi İman Quliyev boyuk iş adamıdı ve nece ilerdi cekdiyi eziyet ve temiz qelbi ile ne qeder insalara kömek edib hemcin oğlu Araz bu insanlar olkenin hec bir dovlet qurölarda işlemirler öz biznesi var yalan mellumat 300 miliyon deyilr tutq ki vardı axı bu insan dovletin pulun menimsemir ki ehalinin cibinen oğurlamır ki eziyetle iş görür gelin bele insanları alqşlayaq allahh iman quliyev kimi insanları qorusun

Yaqub 2019-02-25 12:04:18

Allah iman Quliyevi qorusun şexsiyetli ve merd insadı

Решид 2019-02-25 12:04:18

Iman muellimi ortalama 25 ildir taniyiram.O insan haqqinda ironiyali cumle yazan muellif yazdigi shexsiyyeti hec tanimir demekdir.Iman muellim catdigi mertebeden daha yuksek zirvelere layiqdir

Samili 2019-02-25 12:04:18

İman.Quliyev kimi tek tuk insan var ki böyük ürek sahibidi şükür allaha ki hec kim o insana kin güdmediyi kimi İman Quliyevde eyni qarşılığı gösderen boyuk sedaqetli insandı allahh ömür versin inşallah

Feqan 2019-02-25 12:04:18

butun Azerbaycanlilarin islerinde uqurlar hemcinin Iman Quliyeve

Rəşad 2019-02-25 12:04:18

bütün Naxçıvan ehli ve IMAN QULIYEVI taniyanlar bilirlerki cox kasib kusuba el tutub,birdeki basa dusmediyim bir sey var dovletde vezifesi olmayan adam nece dovletin pulun oqurlaya biler? Allah islerini avand etsin

Ejdere 2019-02-25 12:04:18

Ejderin serhi butun heqiqetleri bir cumle ile gosterir. Burada paz avtobusu sifarif edirler cox boyuyene.

Hikmet Abdullayev 2019-02-25 12:04:18

bele baxiramki biz oz hemvetenlerimizin yaxsi hecneyine sevinmirik. bir defede milletimizin bele ogullari ile fexr edin! Allah ruzisin bol elesin deyin. paxilliq bizim milleti oldurecek! Iman quliyevi wexsi tanimiram ama kimdise Halal olsun!

Guler 2019-02-25 12:04:18

Boyuk Urekli insan Iman Quliyev. men niye boyuk urekli deyirem? cunki yuzlerle insani imkani olmayan insana el tutub. onun gozel ureyini butun hami bilir. cox az bele is adamlari var. umid yeri bilib qapisina gedeni hec vaxt eli bos qoymayib. jurnalistler belar qalib deyesen bos bos yazirlar

hidayət 2019-02-25 12:04:18

BİZNES eto iskustvo izvlekat denqi iz çujoqo karmana,ne pribeqaya k nasiliyu

Ismayil 2019-02-25 12:04:18

Bu meqaleni yazan jurnalistin nece paxilliqla ve sifarishli wekilde yazildigi butun sozlernden aydindir!! Iman muellim ve Araz muellim boyuk urekli insandilar hem dovletini hemde milletini sevendiler . Araz muellimin onlarla hetta 100lerle kasib ailelerin ehtiyaclarin odediyini cox ewitmiwik!! Bele boyuk insanlar haqqinda bele kicik jurnasitlerin agzina geleni yazmagi sadece guluncdur!! Ugurlar!!

Fikret 2019-02-25 12:04:18

men bir naxcivanli olaraq deye bileremki Iman cox kasiba el tutan oguldu. Allah ona yetirsin oda bizim kimi kasiblara el tutsun

Aqsin 2019-02-25 12:04:18

Allah Qorusun sizi. Oksford instutunu oxuyubsa mence Halaldi Araza. bele savadli ogullarimiz cox azdi. Azerbaycandan uzaqda basqa olkede is gorurler mence hamimiz Allah qorusun demeliyik!!

Əsəd 2019-02-25 12:04:18

TALANÇILAR ÖLKƏNİN XALQIN MİLLİ SƏRVƏTİNİ OĞURLAYIB XARICI ÖLKƏLƏRƏ YATIRIR. QORUQ QAYTAQ QOYAN DA YOXDUR

Nicat Veliyev 2019-02-25 12:04:18

niye biz sevinmirikki Azerbaycanli ogullar xaricde bele tikintiler aparanda? Halal olsun bele is adamlarina! men cox sevinirem bele xeberlere

Hüseyin 2019-02-25 12:04:18

Bu məqaləni dərc edən r.əliyev sizin paxıllıqla yazdğnız bu məqaləni başa düşmək biraz çətindir. Pis bir iş görüblər?! Neçə neçə kasıb ailələr bu insanların hesabına pul qazanır bilirsiniz?! Məncə işlərində müvəffəqiyətlər arzu etsəydiniz daha məqsədə uyğun olardı!

Vusal 2019-02-25 12:04:18

Iman quliyev. Boyuk urekli insandi nece-nece kasib ailelere komeklik edib wehid aileleirine komeklik edib dovletini ve vetenini seven adamdir !! Oglu Araz ise bezi imkanlilarin ogullarindan ferqli olaraq ozude hemcinin kasib ailelere komeklik edir nece nece uwaqlarin tehsil haqqini odeyir !! Pislik edir? Allahdan olara can saligi ve iwlerinde ugurlar arzulayiram

Murad 2019-02-25 12:04:18

İ.Quliyev bu insan həmişə kasıbların yanında olub və olara əl tutub .əldə etdiyi nailiyətlərdə məncə onun öz əziyyətlərinin bəhrəsidir halal puludiur harda isdəsədə öz biznesini qurar. Oğlu Araz quliyevi şəxsən tanımasamda dost tanışlardan eşitdiyimə görə O özü şəxsən onlarla kasıb ailələrə köməklik edir. Mənim fikrimcə belə insanlar çox az qalıb ölkəmizdə! Onların dəyərin bilmək lazmdı!!

Fariz 2019-02-25 12:04:18

Iman Quliyev iş adamıdı onun hansı varidata sahib olması heç kimi maraqlandıra bilmez, kaş ele bütün Azerbaycanlı iş adamları onun kimi xeyirxah ola bileydi.

Rasim Kerimli 2019-02-25 12:04:18

Iman Quliyevin bu ölke üçün etdiyinin milyonda birin siz etmemisiz ne qeder imkansız insana el tutub corek verib, kimsesiz uşaq evlerine etdiyi yardımları heç çox adam bilmir, ona göre de Allah hemişe onun ruzisin yetirecek.

Elcin Serifov 2019-02-25 12:04:18

Allah komeyi olsun imkansiz ailelere el tutan azsayli ishadamlarindandi Iman Quliyev. Yazanda hec olmasa o xeyirhaqliqlarindan da yazin.

Aydın Memmedov 2019-02-25 12:04:18

Men Arazi taniyiram cox savadli qabiliyetli bir oglandi en esasida papasi kimi qapisina geleni hec vaxd eli bos qaytarmiyib bele insanlarnan fexr elemek lazmdi

Leyla 2019-02-25 12:04:18

Iman Quliyev hem azerbaycanda hem ukranyada yuzlerle insana is verib. Allah canini sag elesin neyi pisdi bu xeberin? dahada artiq olsun layihelerinin sayi.

Sahib 2019-02-25 12:04:18

Məqalədəki qisqanclığı və həsədi açıqca hiss etmək olur. Azərbaycanlı iş adamının uğurlarına sevinmək əvəzinə qısqanclıq edən yazı müəllifi görən özü nə edib Azərbaycan xalqı üçün? Bütün iş adamları investisiyanı Azərbaycana qoymalıdır? Bəs xaricdə iş görən və eyni zamanda lobbi fəaliyyəti ilə məşğul olan iş adamımız olmasın? Sadəcə ayıbdır bu məqalə...sadəcə ayıb

Etibar Qasimov 2019-02-25 12:04:18

Mən uzun müddətdir Ukraynada yaşayan biri kimi deyə bilərəm ki, bu Ata-oğul çox xeyirxaq işlərlə məşğuldurlar. Yanlarında işləyənlərin də demək olarki hamısı azərbaycanlılardı. Ukraynada yaşayan Azərbaycanlılardan kim bir işlə bağlı müraciət etsə dərhal ona kömək eləyiblər. Azərbaycanın belə oğulları çox olsa yaxşıdı.

Drongo 2019-02-25 12:04:18

Bəs haqqında eyhamla söhbət açılan məşhur general kimdir?

kamil 2019-02-25 12:04:18

Allah isini avand elasin Iman.

EJDER 2019-02-25 12:04:18

ECEB EDIB.BURA YATIRIM ELESEYDI...COXDAN ONA PAZ AVTOBUSU ZAKAZ ELEMIWDILER,MADAQASQARA GETMEK UCUN,MANQO DALIYCAN

Eldar 2019-02-25 12:04:18

Iman Quliyev hemiwe kasiblara el tutan insandi.. men fexr edirem oz hemvetenim xarici olkede bele bir iwler gorur. Ugurlariniz her Zaman Bol olsun

v... 2019-02-25 12:04:18

300 milyon

antiAbu 2019-02-25 12:04:18

Hər hansı bir erməni saytı, Avakovun və ya Ukraynada fəaliyyət göstərən erməni biznesmeni əleyhinə nə isə yazırmı? Əgər mənim milyardla pulum varsa və mən bu pulları hər hansısa bir ölkəyə biznesimi genişləndirmək məqsədi ilə yatırıramsa burada qeyri-qanuni nə var? İ. Quliyev kimi insanları hər tərəfli müdafiə etmək lazımdır! Mən, çox istərdim ki, Azərbaycanlı iş adamları xarici ölkələrdə təkcə tikinti sahəsində deyil daha gəlirli olan neft hasilatı sahəsində də fəaliyyət göstərsinlər. İman müəllimə uğurlar

yengibar 2019-02-25 12:04:18

Təəccüblü bir şey deyil, Dövlətdən oğurlanan pullardır...İmanda sadəcə "möhür və ştempel"dir....

Oqtay 2019-02-25 12:04:18

Fərəhləniorəm eloğlulardan belə xəbərlər gələndə və təəsüflənirəm ki belə oğlanları oğru düşmən məmurlar ölkədən didərgin salırlar.O yatırımı burada da edə bilərdi ancaq paxıllıq acgözlük qoymaz ki kimsə inkişaf etsin varlansın.Bu adam nə qədər iş yerləri açıb orada bu iş yerləri bizdə olası idi fağırların sayı azalardı.Budur biz quran ölkə adam nifrət edir

Son yazılar