Milli Məclisin üzvü, Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva çoxsaylı mülkləri barədə yayılan məlumatlarla bağlı “Yeni Müsavat”a açıqlama verib.
Xanım deputat adına çıxarılan siyahının doğru olmadığını deyib: “Mənə köməkçi məlumat verdi, dedi ki, bir siyahı çıxıb, əmlaklarınızın, biznesinizin olmasını yazıblar. Siyahı ilə tanış oldum. Təəssüflər olsun ki, siyahıdakı əmlakların reallıqda mənimlə heç bir bağlılığı yoxdur. Mən biznesdən uzaq adamam. Rəhmətlik yoldaşım Rövşən Mustafayev də, mən də sırf elmlə məşğul olmuşuq və oluram. İnstitutda sırf qanunlarla məşğulam. Sabah mənə hədiyyə də gətirib versələr ki, bu “budka”nı işlət, mən bunu bacarmaram. Mənim heç vaxt o siyahıda göstərilən əmlaklardan olmayıb. 1 evim, 1 də bağım var. Bağım Nardarandadır, o da yarımçıqdır, tam tikilməyib. Mənim başqa mülküm yoxdur. Xaricdə də heç bir əmlakım, mülküm olmayıb, yoxdur. Azərbaycanda 1 evim və 1 bağım var, hansı ki, sonacan tikilməyib. Orada qarovulçu yaşayır. Mənim əmlaklarım, biznesim, pulum olsa, gedib bağı tikərdim. Bunlar hamısı yalandır, böhtandır. Başqalarının nəyi var bilmirəm, bilmək də istəmirəm. Həmin siyahıdan olan əmlakın, biznesin birinin sənədini mənə göstərsinlər. Açıq-aşkar şər, böhtan atırlar”.
Xanım deputat adına bu qədər mülk siyahısının çıxarılmasının səbəbini bilmədiyini dedi: “Bilmirəm bunu niyə, nə üçün edirlər. Kimə lazımdır bu? Mən əlillərin məsələləri ilə məşğulam. Son illər əlillərin problemi ilə məşğulam, parlamentdə üzvü olduğum komitədə əlillərlə bağlı qanunvericilik hazırlamışam. Bu yaxınlarda əlillərin məşğulluğu ilə bağlı kitabım çıxacaq. Mən tibb hüququ kitabını yazmışam. Həmmüəlliflə bərabər ilk dəfə belə bir sahəni işləmişik. Kitab səhiyyə sistemində hüquqi münasibətlərin qorunması, hüquqi platforma yaradılmasının vacibliyini özündə əks etdirib. Artıq bunun tədrisini də başlamışıq. Çalışıram ki, vətəndaşların hüquqlarının qorunması üçün əlimdən gələni edim. Səhiyyədə yaranan problemlər zamanı pasiyentlərin hüquqlarının qorunması üçün səylərimizi əsirgəmirik. Həkimlərin hüquqlarının qorunması üçün addımlar atırıq. Mən bu işlərlə məşğulam. Belə şou xarakterli məsələlərlə məşğul olan insanları da başa düşmürəm. Belə məlumatlar niyə yayılır, hansı məqsədə xidmət edir, bunu bilmirəm. Belə məlumatlarla mənim şəxsiyyətimə kölgə sala bilməzlər. Mən elmlə məşğulam. Heç vaxt harama əl vurmamışam, belə məlumatları yayanları da anlamıram”.
Deputat xanım belə siyahıların bədxahları tərəfindən yayıla biləcyini gizlətməyib: “Mən çıxışlarımda dəfələrlə müavinətlərin aşağı olması ilə bağlı fikirlərimi açıqlamışam. Direktoru olduğum institutda hazırladığımız qanunlar parlamentdə müzakirə olunur, təsdiqlənir. Bu məni çox sevindirir. Şükürlər olsun ki, prezidentimiz bu məsələni həll etdi. Bəlkə kimlərinsə bir insan kimi məndən xoşu gəlmir. Heç kəsə pisliyim dəyməyib, heç kimdən pul götürüb aldatmamışam ki, barəmdə belə xəbərlər yayılsın. O siyahıdan bir əmlak mənim olsaydı, mənə bu qədər təsir etməzdi. Adıma niyə belə siyahı çıxarırlar bilmirəm”.
Azərbaycanda vəzifəli şəxslərin, məmurların əmlakları qohumları, tanışları, ətrafında olan şəxslərin adına rəsmiləşdirilməsi prakrikası mövcuddur. Bu baxımdam Aytən Mustafayevaya bu praktikaya müraciət edib-etməməsi haqda da sual ünvanladıq. “Mənim şirniyyat biznesim olsaydı, institutda keçirilən tədbirlər zamanı gedib öz şirkətimin istehsal etdiyi şirniyyatları alardım. İşdə də deyirlər ki, Aytən xanım, şirniyyat biznesiniz varsa, niyə mağazadan şirniyyat alırsınız. Vallah mənim biznesim yoxdur. Nə üçün mənim biznesim olmalıdır? Başa düşə bilmirəm ki, insana 2-ci, 5-ci, 10-cu ev niyə lazımdır? 1 ev, 1 bağ olar. Başqa mülkə nə ehtiyac var” –deyə deputat sual edir.
A.Mustafayeva yayılan fotosunun tarixçəsini da danışıb: “Yazırlar ki, guya Las-Veqasda dincəlirəm. Həmin foto mən 2012-ci ildə Las-Veqasda Dünya Tibb Hüququ Assossasiyası üzvlərinin konfransında iştirak etdiyim zaman çəkilib. Həmin konfrans Las-Veqasda keçirilib və orada konfrans zaldan hotelə keçəndə holda oturub söhbət etmişik. Mən Las-Veqasa istirahətə yox, konfransa getmişəm. Mənim atam da, yoldaşım da Azərbaycanda transplantasiyanın yoxluğuna görə rəhmətə gediblər. Bu hadisələrdən sonra qarşıma məqsəd qoymuşam ki, transplantasiya problemi ilə məşğul olum, problem həll olunsun. Rövşən Mustafayev bizdə transplantasiya olmadığına görə dünyasını dəyişdi. Həmin vaxt bizdə qara bazar var idi. Atam həkim səhlənkarlığı üzündən dünyasını dəyişdi. Mən tibb hüququ ilə bu hadisələrdən sonra məşğul oldum və Dünya Tibb Hüququ Assosiasiyasının üzvü oldum. Mən tibb hüququnu Azərbaycana gətirdim. Bütün bunları ona görə deyirəm ki, adıma siyahı çıxaran düşük adamlar xəcalət çəksinlər”.
Deputat həmin saxta siyahının tərtib edilməsini parlamentdəki fəaliyyəti ilə əlaqəli ola biləcəyini də istisna etmir: “Ola bilər ki, hansısa məsələləri qaldıranda bu kimlərinsə xoşuna gəlmir. Azərbaycanda vəkilliyin inkişafı üçün də məsələlər qaldırmışam. Yəqin ki, bu addımlarım da kimlərinsə xoşuna gəlməyib. Ola bilər ki, tibb hüququ ilə bağlı çıxışlarımda pasiyentlərin hüquqlarının yetərincə qorunmaması məsələsini qaldırmışam. Bilmirəm, bəlkə də deputat kimi aktiv olmağım kimlərəsə xoş deyil. İctimai həyatla bağlı məsələlərə reaksiyalarım, yeni çağırışlara dərhal münasibət bildirməyim də kimlərdəsə qıcıq doğura bilər. 2018-ci ildə əlillərin problemləri, internetdə uşaqların təhlükəsizliyi məsələləri ilə məşğul olmuşuq. Müasir həyatda yaranan problemlərlə məşğuluq. Bu il süni intellektlə məşğul olacağıq. Belə çirkli işlərlə məşğul olan insanlara yazığım gəlir. Belə işlərlə məşğul olmağa nə istəyim, nə vaxtım var. Maraq dairəm tam başqadır. Bir bağ evimiz var, rəhmətlik Rövşən müəllimlə almışdıq, lakin tikintisini başa çatdıra bilmədik, Rövşən müəllim rəhmətə getdi. Elə həmin vəziyyətdə qalıb. Tikintini başa çatdırmağa imkanım yoxdur. Deputat maaşı hər kəsə bəllidir, institut direktoru kimi 700 manat maaş alıram. Başqa gəlirim yoxdur. Naşükür də deyiləm, qazancım özümə bəs edir, işləyirəm”.
Deputat deyir ki, belə məsələlərə vaxt ayıranlara acıyır: “Mənim bu işlərə sərf olunan vaxta heyfim gəlir. Camaata ürəyim yanır, istəyirəm xalqıma bacardığım köməyi edim. Mən özümə cavabdehəm, vəzifəmi, məsuliyyətimi dərk edirəm. Belə yalanlarla məni öz sevimli işimdən ayıra bilməzlər. Təəssüf edirəm ki, barəmdə belə şər-böhtan yazır, yayırlar. Əgər həmin siyahıdakı hər hansı bir ev, biznesə aidiyyatım varsa, sənədlərini də çəkinmədən yaysınlar. Mən 10-la evi olan insanları baş düşmürəm, belə yaşayışı anlamıram. Heç kim bu dünyadan bir çöp də aparmayacaq, apara bilməyəcək. Belə yaşayışı başa düşmədiyim kimi, belə şər-böhtanı insanın üstünə atmağın da mənasını anlamıram. Başa düşürəm ki, siyasət təmiz ola bilməz, amma bu qədər çirkabı insanlara atmaq olmaz. Bizim millət qeyrətdən çox danışır, hanı bəs? Bir insana belə böhtan atmaq hansı qeyrətdəndir?”
***
Milli Məclisin üzvü Aytən Mustafayevanın sahib olduğu əmlakların siyahısı yayılıb.
"AzPolitika.info" AzToday.az-a istinadla sosial şəbəkələrdə yayılmış həmin məlumatı təqdim edir:
1. Azad Şirniyyat istehsalat Birliyi (azadsirniyyat.az) – 30 mağaza
2. Yasamal rayonu A.M.Şərifzadə küçəsində yeni binada bir neçə mənzil
3. H.Cavid propektində mənzil
4. İdeal Concept Group ( holdinqin prezidenti oğlu Orxandır, 29 yaşı var)
5. “One o One” ticarət kompaniyası
6. “Fresh Berry” supermarketlər şəbəkəsi (Dubayda yerləşir)
7. “Newadvice”- PRO şirkəti
8. “Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti (Dubay – Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mall ərazilərində). Tərkibində yüzlərlə yaxta- ailəvi istirahət, balıq ovu üçün nəzərdə tutulub.
9. Tualet kağızları biznesi
10. Kartric doldurma biznesi
11. “Qart” avtomobil mərkəzi
12. İdeal Concept Groupun baş ofisi Dubayda “Grosvenor Business Tower”də yerləşir, İllik icarə haqqı kimi 520 min dollar pul ödəyir.
13. İtaliyanın məşhur “Sezak” şirkətinin parnyorudur.
14. İnşaatçılar metrosunun yaxınlığında şirniyyat evi
15. Bakının bir neçə yerində sifarişlə tort hazırlayan Sezak şirniyyat evi
16. Deputat həm də İnsan Hüquqları İnstitutunun direktorudur, İş yerində və evində bahalı itlər, pişiklər saxlayır
17. Dubayda sahilə yaxın yerdə villa
18. Türkiyədə mənzil
19. Bir neçə ölkədə şirkətlərin tərkibində reklam biznesi
20. Deputatın şirkətləri inşaat sahəsində də fəaliyyət göstərir… və s.
Xatırladaq ki, bir neçə il öncə deputatın Las-Veqasda kazinolardan birində fotosu yayılmışdı.


Şərhlər
İşçilər tərəfindən Akif Əlizadəyə, ictimai elmlər üzrə vitse-prezident, MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyliyə, ictimai elmlər bölməsi üzrə akademik katib Nərgiz Axundovaya institutda baş alıb gedən korrupsiya halları, Aytən xanımın 2-ci həyat yoldaşının dostu, nəinki xanım hətta kişi əməkdaşları belə alçaldan şöbə müdüri... haqqında sayı-hesabı olmayan şikayət məktubları göndərilməsinə baxmayaraq,nə araşdırma aparılır, nə də bir ölçü götürülür.Yazıq əsarət altında olan HİHİ əməkdaşları!
İnstitut əməkdaşları tərəfindən AMEA vitse prezidenti İsa Həbibbəyliyə, prezident Akif Əlizadəyə şöbə müdüri... haqqında müraciətlər olunsa da onunla bağlı heç bir ölçü götürmürlər. Heç instituta bir nəfər də olsun nümayəndə göndərib məlumatın yalan və ya doğru olduğunu ayırd etmək belə istəmirlər. Görünür başları daha lazımlı işlərə qarışıb. .... dediyinə görə direktora yaxşı pullar qazandırır. 2-3 minə işçilər gətirir.
Akif müəllim, institutda vəziyyət çox ağırdır! Bəlkə hərəkətə keçəsiz?!
Deputat xanım başçılıq etdiyi institutu bir günə qoyub ki. Hüquq və İnsan Haqları İnstitutu nəzarətsiz qaldığı üçün orada .....işi xanım işçilərnəndir. Koridorda qarşısına çıxan xanım əməkdaşları əxlaqsız söyüşlərlə söyüb təhqir edir. Direktor da ona gözün üstə qaşın var demir.Əksinə ondan şikayət edən qadın və qızları cəzalandırır. ......2 il bundan əvvəl şöbə müdüri qoyduğu .... dediyinə görə pul gətirirdiyi üçün Aytən xanımın yaxın adamıdır.
Deputat maaşı 5130 manata qaldırdı. Aytən xanım gedib yarımçıq qalmış bağ evini tikdirsin. Hələ bir 8 martda kasıb, ayda 220-250 manat maaş alan elmi işçilərdən pul yığdırır. Şöbə müdirlərini demirəm onlar 450 alır. Belələrinin maaşını 10 minə qaldırsalar da yenə gözü doymayacaq. Yenə də yazıq kasıb alimlərdən bayram pulu yığdıracaq. Baş mühasib də deyir ki, mən nə edim, mənə deyir get pul yığ gətir mən də yığıram. Allah hər ikinizin gözünüzü doydurdursun!
Aytən x. deyir ki mən insanlara yaxşılıq edirəm. Yaxşılıq etdiyi insanlardan birinin adını desin, görək kimə yaxşılıq edib.Neçə gün idi elmi katib doktorant və dissertanlara zəng vurub 100 manat direktor üçün 8 mart pulu gətirməyi, baş mühasib də işə ayda ildə bir dəfə gələnlərə və xəstələrə zəng vurub pul gətirməyi tələb edirdilər. Nəhayət? bu gün saat 3-də deputat xanım işə gəldi ki, yazıq millətdən zorla yığılan bayram pulunu aparsın. Belə yaxşılıq edir insanlara?! Ay hay!!!
Biabırçılıq...bu pulu necə yemək olar???ayıb olsun...heç yaraşdırmadım..bura xaric olsaydı yəqin ki o deputat xanım istefa vetərdi. Ya da onu mēhkəməyə verērdilər
Nazimə cavab vermək istəyirəm ki, Orxan Mustafayev ona görə insanlarla kobud rəftar edir ki, qaynatası ədliyyə nazirinin müavini, arvadının babası, yəni qaynanasının atası prezident adminstrasiyasında şöbə müdiri,qaynanasının qardaşı isə nazirdir. Yəqin ki bildiniz söhbət kimlərdən gedir.Ona görə də deputat xanım və oğlu heç kimi saymır. Akif Əlizadədən tutmuş, məhkəmə hakimlərinə qədər bunlardan qorxurlar. Ona görə də Aytən x. alimlərə, o]lu 29 yaşlı Orxan da sakinlərə qan uddurur. Yazıq millət!!!
Çox qəribədir? Deputat təyin olunanda ya elmi dərəcələri olmur ya da ki,
fəlsəfə doktoru olurlar. 5 il deputatlıq ərzində elmlər dokrotu və professor olurlar. Görəsən Milli Məclisdə deputatlara elmi iş yazmaq üçün şərait yaradıblar? Bu nə sirrdir?! Bir çox deputatlar 5 il ərzində fəlsəfə, sonra elmlər doktoru, sonra isə professor olurlar. Çox qəribədir!!! Afərin sənə MM! Alimlər yetişdirirsən.
Bu deputatın hüquq elmləri doktoru adı almağı Azərbaycanın hüquq elminə ləkədir. Bu filoloqdur. BDU-nun şərqşünaslıq f-ni bitirib. Heç bir hüquqi təhsili belə yoxdur.1-ci əri rəhmətlik Rövşən Mustafayevin sayəsində guya humanitar hüquq üzrə elmi iş yazıb. Soruşsanız namizədlik dissertasiyasının adını belə bilmir. Rövşən m.in ölümündən 1 neçə ay əvvəl institutda "müdafiə etdi". Hüquq elmi haqqında anlayışı belə yoxdur. Doktorluq dissertasiyasının mövzusunu isə ona Vüqar Məmmədov vermişdi...
Sosial narazılıqlARI yardadanlar yalnız deputatlar və məmurlardır, çünki onlar öz xidmətləri ilə xalqın hörmətini qazanmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaradırlar..Bunun əsas səbələri Qanuna nəzarət qanunun olmamsıdır? Çünki hara müraciət etsəndə,sənin müraciətinə baxan məmur yoxdur,məmurlar yalnız bir-birlərini müdafiə edirlər,qanunun aliliyini yox.? Tayfabazdığa,qohumbazlığa,dostbazlığa,yerlibazlığa son qoyulmalı və vətəndaşların şikayətinə baxılması üçün nəzarət gücləndirilmə
Sosial narazılıqlARI yardadanlar yalnız deputatlar və məmurlardır, çünki onlar öz xidmətləri ilə xalqın hörmətini qazanmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaradırlar..Bunun əsas səbələri Qanuna nəzarət qanunun olmamsıdır? Çünki hara müraciət etsəndə,sənin müraciətinə baxan məmur yoxdur,məmurlar yalnız bir-birlərini müdafiə edirlər,qanunun aliliyini yox.? Tayfabazdığa,qohumbazlığa,dostbazlığa,yerlibazlığa son qoyulmalı və vətəndaşların şikayətinə baxılması üçün nəzarət gücləndirilmə
Ölkədə o qədər tanınmış hüquqşünas alim qala-qala bu xanımın AMEA Hüquq institutuna rəhbərlik etməsi hüquq elminə təhqirdir. Hələ məşğul olduğu sahəyə baxın TİBB HÜQUQU. Heç bir fundamental hüquq sahəsinə aid deyil (nəinki sahəsinə, heç yarımsahəsinə də). Las-Veqasdakı içki ilə, siqaretlə və kazinoda yayılmış fotoşəkli də ziyalı Azərbaycan qadını profilinə uymurdu.
A bu nə yaxşı deputat, nə yaxşı alim, nə yaxşı elmi tədqiqat institutu direktorudur?! Bir əlində siqaret, bir əlində pivə bakalı. Las-Veqasda Dünya Tibb Hüququ Assossasiyasının barında dincəlir??? Bəs, Azərbaycandan gedən 2-ci alim hardadır?
Ay saxavat xanım, nə yaman əsəbiləşmisən? Özü deyir ki, əmlakım yoxdur, sən deyirsən ki, bacarıb 700 manata holdinq qurub. Əcəb eləyib! Bu yazın, bu savadınla sənin neçə evin, şirkətin var?! Sən də deyəsən yaman bacarıqlısan aaa! Deputat xanım bayramlarda sənə yaxşı mükafat yazacaq!!!
Yaxşı deyək ki Akif Əlizadənin 86 yaşı var. Belələri ilə məşğul olmağa həvəsi yoxdur və ya gücü çatmır. Bəs, AMEA-nın ictimai elmlər üzrə vitse-prezidenti, MM-də Elm və təhsil komitəsinin sədri akademik İsa Həbibbəyliyə nə deyirsiniz? O niyə göz yumur? Niyə bu Aytən Mustafazadə kimilərə göz yuma-yuma Azərbaycan elmini bədbəxt və yazıq günə qoyublar?! Xanım deyir ki flan-flan sahələrdə araşdırmalar aparmışam ona görə məndən intiqam alırlar. Sən heç işə gəlirsən ki, tədqiqat da aparasan? Ay, hay!..
Təbii ki xanım deputatın adına heç bir şirkət ola bilməz. Bəyəm ağılsızdır ki öz adına şirkət qursun. Bütün adı yazılan qurduğu şirkətlər 29 yaşlı böyük oğlu Orxan Mustafayevin adına olan holdinqin tərkibindədir. Krışa da özüdür. Çünki öz puluna yaradıb. Pulları da Kəmaləddin Heydərov institutun inkişafı və işçilərin rifahı üçün verirdi. 1-ci əri öləndən sonrs xanım da heç kimə heç verməyib ağıllı tərpənib oğlunun adına özü üçün holdinq yaradıb.
Yaxşı fikirdir. Mən sizinlə razıyam. Aytən Mustafayevanın bir xanım müavini var onunla baş mühasibini Zaurla Xoşqədəmin verilişinə göndərmək lazımdır. Direktorçun yaxşı pul yığarlar. Bağı da tikdirərlər. Belə işlərdə böyük təcrübə sahibidirlər!!! Özlərinə də gün ağlayarlar.
Burdan 86 yaşlı Akifdən kömək gözləyənlərin nəzərinə. Onun başı akademik rütbə alverinə qarışıb. O belə şeyləri görmür. Bəlli adamların göstərişlərini yerinə yetirir. Onun idarəçiliyi dövründə ölkə elminin Ermənistandan, Gürcüstandan qeri qalması daha da artmışdır. Baxmayar ki, təbliğat aparırlar ki, müəyyən canlanma var!
Onu vəzifədə saxlayanlara deyirəm ki, bu qocanı göndərin evinə. 45 ildir direktordur. Axı bu illər ərzində o özü elmə hansı töhfəni vermişdir ki?! AMEA özünü aldatmalı deyil!
Deputat xanımın ürək ağrıdan açıqlamasını oxuyandan sonra belə fikirləşdim ki buna mütləq maddi kömək laımdır. Yazıq cəmi 700 manatla bu bahalıqda yaşayır. Bağı da yarımçıq qalıb, başa çatdırmaq lazımdır. Belə fikirləşirəm ki 8 mart qabağı akademiyada bir xeyriyyə marafonu keçirdib institut direktoruna kömək edək bağını tikdirib qurtarsın. Yığılan pulları da baş mühasibinə təhvil verək!!!
Mən sizə tam inandım.Əlbətbəki 700 manatlıq maaşla bağ evinin təmirini başa çatdırmaq olmaz.Yəqin ürəyi yumşaq imkanlı şəxslər Zaur və Xoşqədimin verlişi vasitəsi ilə bağ evinin təmirini başa çatdırmaq üçün sizə yardım edərlər.Lap üzüldüm...
BIZIM ANALOQU OLMAYAN HOKUMETIMIZIN ANALOQU OLMAYAN INKIWAFININ BARIZ NUMUNESIDIR...VEZIFE AILE UZVLERINE KECIR,MEMUR QOHUM EQRABA KRIWALIQ EDIR VE ....HARAM OLSUN...
Xanim deputatin hansi emlaklari varsa halal xoshu olsuin Xebis, oyredilmish bezi seviyyesis adamlar bu xanimi lekelemek isteyirle Bacarib neye qadirdirse sag olsun Bacarib sizler de ozunuze ne ise yaradin Qadini reklam etmek sehv fikirdir
Bu xanimin uz gozunden baxidindan hec elmler namizedine oxsamir. Alimler ziyalilar bele gorkemde olmur. Heqiqi Alimlerin baxislari tox uzleri zengin ve nurlu gotunurker.
Gözəl xanımdır.Niyə ona hörmət və qulluq olunmasın?
Deyir ki bağ evi yarımçıq qalıb. Yarımçıq evdə 3 qulluqçu, gözətçi, 2 sürücü, itlərinə baxan saxlayır?! Bəs 2-ci həyat yoldaşı polkovnik Vasif Nəcəfov ki onunla həmin evdə yaşayır. Niyə tikintinin başa çatmasına kömək etmir? Elə danışır ki guya yarımçıq evdə tənha yaşayır.
Yazıq Rövşən Mustafayev!Onunçun hər şey qoyub getdi. Neçə il də Kəmaləddin Heydərov kömək etdi...
Bizim yaşadığımız Sebayil rayonunda Ayten xanımın oğlu 4 dene 19 mertebeli bina tikmek üçün milleti verib mehkemeye.adini da qoyublar ki lap böyük adamlarindi.butun mehkemeler hakimler deyirlər bunlar çox çox çox böyük adamdı.tikinti shirketi sabah rezidensdi.200 yaxın aileni didergin salıblar evlerinden.hara muraciet edirik baxan yoxdu.hemin o Orxan camaatla çox kobud davranır istediyini eliyir.bir dene de vekil var adı Shahmar Memmedovdu.o da vekiller kallegiyasinin intizam komitesinin sedridi.butun meselelerde hakimler vekiller mat qalıb bunlara.butun qanunları pozurlar.prezidentin qanunlarına zidd gedirler.4 binanı bu qadının oğlu hansı pulla tikir goresen hardasa ən azı 500 milyona yaxın pul lazımdı.bax bu sualı bu qadına vermək lazımdı.
qarantiyası olmayam mal-mülk,bolluca sərvət ..bütün bunlar nəm podvala yığılmış pambıq kimidir.bir andaca kif atıb çürüyəcək.
TƏYİN OLUNMUŞ ANTİ MİLLƏT VƏKİLLƏRİNİN SİMALARI BUNLARDIR. HAMISI MİLYODRERLƏR. BUNLAR MİLLƏT HAQQINDA FİKİRLƏŞƏNDİRLƏRMİ, MİLLƏTİN HƏYAYATI,DOLANŞACAĞI GÜZƏRANI HAQDA FİKİRLƏŞƏNDİRLƏRMİ? HARINLAMIŞLARRRR. BUNLARI................
Görəsən AMEA prezidenti Akif Əlizadə hara baxır? Bu yazıları oxuyurmu? Yazıq deyil bu millət? Bu instituta bir nəzarət etsin də! Nə olsun ki gəlininin qohumları...
Bu qədər sərvətin üstəgəl deputat maaşın üstəgəl institut direktoru maaşın üstəgəl elmlər doktoru üstəgəl professor pulu, "ölü canlar"ın maaşı, 3-4 min manata işə götürdüklərindən aldığın... İnsafın olsun da baş mühasibini göndərib yazıq 250-300 manata ev saxlayan elmi işçilərin ildə 3 dafə bayram qabağı gününü qara etmə də!!! Guya bu yazıqlardan baş mühasibin zorla bu pulu yığmasa dünya dağılar? Baç mühasibin də xeyri var ki düşüb ortaya.Heç kim bilmir ki Aytən xanıma yığılan pullardan nə qədər verir?
Adamı adam eyləyən "korripsiyadır,ogurluqdur", korrupsiyasız ,ogurluqsiz adamın işi "ŞÜLUQDUR"...SABIRANƏ nəzirə
Kosmik suretli oke...Bunlarin sayi 125,ustegel nazirler,icra bashcilari,prezident aparati,nazirler kabineni ve bunlarin hamisinin yaxin gohumlai...Day ne galdi?
Deputat xanımın 1-ci əri prof. Rövşən Mustafayev heç də F.Ələsgərovun krışasında deyildi! Kəmaləddin Heydərovun yaxın dostu idi. Həsən düz deyir. instituta Heydərov hər cür yardım edirdi. 10 il bundan əvvəl Rövşən Mustafayev öləndən sonra dostunun xatirinə Aytən xanımı direktor sonra isə deputat qoydurdu.İndi isə institut dağılır. Savadlı insanları qovur pul alıb hər yoldan keçəni, hardansa işdən qovulanı şöbə müdiri qoyur. Akif Əlizadə bilmirik ki hara baxır?! Heç bir şikayəti yoxlayan da yoxdur.
Aytən Mustafayevanı 1-ci dəfə 1-ci ərinin dostu Kəmaləddin Heydərov deputat təyin etdirmişdi. Ərinin vaxtından Heydərov instituta kömək etmək məqsədi ilə yaxşı pular verirdi. Demə ərindən sonra o həmin pullara şirkətlər açdırıb. Kəmaləddin m. biləndə ki verdiyi pulları instituta deyil özü üçün xərcləyir 2 il bundan əvvəl yardımı kəsdi. Baş mühasib 8 mart pulları yığır bu gündən. Yazıq əməkdaşların qanları yaman qaralıb. 250 -300 manat maaş alan bədbəxtlər 50-100 arası bayram pulu verməlidirlər. Yoxsa...
Deputat xanım gəlininin qohumlarına arxayındır. Adlarını çəkmək istəmirəm gəlininin nazir, nazir müavini, president aparatının şöbə müdiri və s. qohumlarına görə nə istəyir onu da edir. AMEA-nın prezidenti Akif Əlizadə də ondan həmin bu qohumlara görə qorxur. İnstitut əməkdaşları Aytən xanımdan o qədər şikayət yazırlar ki. Oğlu Orxanın arvadının qohumlarına görə buna gözün üstə qaşın var deyən yoxdur. Yazıq işçilərə qan uddurur.
Bu qədər var-dövləti varsa daha nə üçün direktoru olduğu AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş mühqasibi ildə 3 dəfə-Yeni ildə, 8 martda və may ayında ad günündə yazıq kasıb işçilərdən zorla Aytən xanım üçün 50-100 manat arası pul yığır? Bu dövlətlə özü kasıb işçilərə köməklik eləməli olduğu halda baş mühasibi institutda diləndirir. Eh hələ həmkarların imkansız işçilər üçün ayırdığı yardım pulunu "ölü canlar"ın adına yazıb cibinə qoyur. Hələ bayram pullarını demirəm! "ölü canlaerın" maaşını demirəm!
Mende deputat olmaq isteyirem .
Deyəsən kimsə bu deputatın biznesinə göz dikib. Torbasını tikirlər.
Guya o biri deputat və məmurlar xuruşovkada yaşayır.
azerbajcanda hec kim pul gazana bilmez ancag ....bu ne bijabircilig. Savadsizla adlarini "jurnalist "gojub dushubler gapi gapi shantaja meshgul olurlar insanlarin hejatini zeherlejirler
Görəsən neçə deputat olub bu... ?
OOOYYYYYYY DAAAAAAAA
azerbaycanda butun saxta elmi isler ve adlar onun rehberlik etdiyi institutda hell edilir. men ele adamlar taniyiram ki 40 min manata elmler doktoru isini yazdirib- ve burada da guya mudafie edib
nə deputat e.. amma öz aramızdır Bill Qeysdən varlıdır ha..bir mandat nədir ki,onu ala bilməyə....
Seni daqil a dunya.Gor olke ne gundedi.Kimler bu olkeye darqaliq edir.
Sadalanan obyektlərin qiyməti bir milyard olar.İnstitut direktorunun bu qədər varidad sahibi olması absurddur..Heç şübhəsiz ki yazı sifarişlidir.Bir neçə il əvvəl Aytən Mustafayeva haqqında buna bənzər yazı getmişdi.Sonra deputat xanım jurnalisti(sifarişlə pul müqabilində məqaləni dərc edəni)məhkəməyə verdi və jurnalist ifşa olundu.
Bunlara deputat demek gunahdir,hamisi alverçi,"sahibkar" dirlar ,klinika,un satan,qum satan,qapi satan,bina tiken,et satan,otel,magaza,restoran,kartof,sogan satanlar yigiliblar oraya heç vaxt bele olmamişdir...
İNSANLAR ÇÖRƏK PULUNA MÖHTACDIRLAR. MƏMURLAR,DEPUTATLAR,OLİQARXLAR İSƏ MİLLƏTİN PULUNU TALAYIB HAMISI MULTİ MİLYONERLƏRDİRLƏR.
!V-V deputatdır ancaq indi tanıdım baxmayaraq ki maraqlananam. Bu var dovlətdən başqa nə ilə fərqlənib bu deputat? Hansı qanun layihəsini hazırlayıb .İnsan hüquqi və azadlığı barədə nə işlər görüb.?Kim seçir bunları? Çox maraqlı dövlətimiz var.TVlərin birində debata çıxa Leyla Yunusla baxasan bunların insan azadlıqları barədə söhbətinə Nə isə....
Hansı deputatı tərpədirlər altından milyonlar çıxır.Deməli,bizim deputatların işi bundan ibarətdir, guya buları xalq seçıb və bunlar da millətin dərdinə yananlardı.Belə çıxır ki, bizim Milli Məclisin üzvləri ancaq əyri yollarla var-dovlət toplamaqla məşğuldurlar.Çox qəribədir ki, bunların biri də cinayət məsuliyyətinə cəlb olunmur. Ancaq onları ifşa edənlərə ən ağır cəza tədbirləri tətbiq olunur.Bu qadın deputat bu qədər sərvətin sahibi olanda gör o birilərin "Qara sərvət"ləri nə qədərdir. Belə olmaz !
Bu necə deputatdır.Əlində siqaret ,qarşısında şərab.Əlbəttə ki bundan heç vaxtı millətin vəkili ola bilməz.Bunu heç kəs seçməyib.biyabırçılıqdır.Nə olsun ki pulu var. Yazıq millətimiz.nə deyək buna . Keçmiş olsun
Bəs bunun əri nə ilə məşğuldur?Bir də ki, deputatı bizneslə məşğuldursa,o necə deputat təyin olunub?YAP-ın bundan artıq deputatı olmaz ki? Siyavuşun,Əli Əhmədvun seçimi belə də olacaq.
Vətəndaş! Bunun əri Mustafayev F.Ələsgərovun krışasında MEA-nın İnsan Hüquqları İnstitutunun direktoru olub, bir neçə il bundan əvvəl ölüb və yerinə arvadını direktor qoyublar və üstəlik deputatlıq bağışlayıblar. Gizli-gizli bərk gedirlər. Amma bütün gizlinliklər gec-tez faş olacaq.