İngiltərənin paytaxtı Londonun "Vaterloo" dəmiryolu vağzalında, "Hizrou" və "Siti Airport" hava limanlarında 3 şübhəli bağlamada partlayıcılar tapılıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir verir ki, bağlamadakı partlayıcılar əllə hazırlanıb. Hər üç bağlamanın açıldığı halda yanğınlar törədə biləcəyi bildirilib.
Ağ zərflərdə olan partlayıcıların bir-biri ilə əlaqəli olduğu güman edilir. Polisin vaxtında müdaxiləsi səbəbindən hava limanlarının və metronun qrafikində ləngimə olmayıb.


Şərhlər