“ƏN ÇOX KORRUPSİYAYA BULAŞMIŞ DÖVLƏT ORQANIDIR...” – “Hər yerdən rüşvət yığırlar”

“Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı - Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.

“AzPolitika.info”nun məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) qarşı belə sərt ittihamla jurnalist Eynulla Fətullayev çıxış edib. O, “Facebook” statusunda bu barədə söhbət açıb.

Jurnalist iddia edib ki, Bakının bazarlarında açıq şəkildə ölü heyvan əti satılır, AQTA məmurları isə onu satanlardan rüşvət alaraq, buna göz yumurlar.

“Hər səhər, təxminən saat 5.00-dan-8.00-a qədər “Təzə Bazar”da ölü heyvan ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu “qara nöqtənin” əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu “qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur... Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”, - Fətulayev davam edir.

Jurnalist öz statusuna AQTA rəhbəri Qoşqar Təhməzlinin fotosunu əlavə edərək fikrini belə bitirir:

“Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı…”

Qeyd edək ki, son vaxtlar AQTA-ya qarşı bu səpgili ittihamların sayı artıb.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Şəkidən 2019-03-11 09:07:44

Qida Təhlükəsizliyi Agentliyində qeyri-ciddi kadrlar təyinat aldığından onların iş fəaliyyəti göstərir ki, vətəndaşı dövlətdən narazı salsınlar ? Şəki Bazarında vaxtilə "Pomidor" satan Yaşar Süleymanov Şəkidə at oynadır, özlərindən qiymət rüsumu təyin etmişlər, onların rüsumu ərzaq məhsullarının süni surətdə artmasına gətirib çıxarır,əhalini dövlətdən narazı salırlar. Belə bir adamın vəzifə tutması təəccüb doğurur,onun vəzifədə qalması fəlakətdir,beləki adicə insanlarla danışığı kobuddur ?

Şahin 2019-03-11 09:07:44

Mozalan/Bıyyy xalatı tərs geymişəm siz də demirsiz...

zakir 2019-03-11 09:07:44

qosqar eli ehmedovun kadridir- ona her sey olar

NURəddin 2019-03-11 09:07:44

BİZİM ÇIĞIR-BAĞIRIMIZ ARTIQ ƏHƏMİYYƏTSİZDİR. ÖLKƏDƏ ELƏ BİR ORQANİZM QALMAYIB Kİ, BU ADAM ONU ZƏHƏRLƏMƏMİŞ OLSUN. AZƏRBAYCAN DÜNYANIN ƏRZAQ ZİBİLLİYİNƏ ÇEVRİLİB. BUNUN ÜÇÜN İDEAL ŞƏRAİT YARADILIB DEYƏ HƏR ÖLKƏ ÖZ ZİBİLİ BURA ATIR. BİZ AFRİKA VƏTƏNDAŞI HƏDDİNƏ QƏDƏR ALÇALDILMIŞIQ.MƏN ADI GEDƏN BU AADANIN MİLLİYYƏTİNDƏN ŞÜBHƏLƏNİRƏM.ÇÜNKİ HEÇ 1 AZƏRBAYCANLI NƏ QƏDƏR VİCDANSIZ OLSA DA MİLLƏTİNİN KÜTLƏVİ ŞƏKİLDSƏ MƏHV EDİLMƏSİ KİMİ BİR CİNAYƏTİ ÖHDƏSİNƏ GÖTÜRMƏZ.

turan 2019-03-11 09:07:44

Bu adamı ora təyin edəndə bilmirdilər ki, necə adamdır,tibb unversitetində nə işlə məşğul idi.Bəyəm ölkədə cavan, xaricdə təhsil almış, təmiz kadr yox idi? nə qədər istəsən var təbii ki,amma rüşvət almağı bacarmırlar yəqin.

veten dashi 2019-03-11 09:07:44

Bu agentlik hələ yeni yaranıb.Həm də milləti zəhərləyən coxlu arxalı köpəklər var.Bir onkoloyi xəstələrin artım dinamikasını izləyin.Mən hesab edirəm bu adam o arxalı göpəklərə xidmət edir.Bu cox lazımlı ağentliyin əl -əyağını yiğmaq və yerindəcə boğmaq istəyir.Yurnalistikamız mənə görə cox simasızlaşıb.İnciməsin mənnən Azpolitika kollektvi ,bu sözlərim onlara şamil edilmir.Haqqın.az kommet imkanı da yaratmır.Yəqin bilir ki ,onu da Mir Şahin kimi ......

fikrət 2019-03-11 09:07:44

........ buda milyard yiqib xaricidə obyektlər acmaq istiyir belə adamlari bu redki adamlari ğörəsən hardan dartib cixardirlar cox qəribədi

senani 2019-03-11 09:07:44

Qəribə təzaddır.İndi də bu qurum başlayacaq öz oğurluqarını davam etdirməyə,yazılar isə çoxalacaq.Nəhayətdə birdən üzə çıxacaq ki,bu filankəs milyardları mənimsəyib,sonra? Sonra da məhkəmələr olacaq və sonda hər şey unudulacaq və s...

Sabir 2019-03-11 09:07:44

Bir neçə gündür ... ən prestijni vəzifə olub.Gərək bunu da ...

antiAbu 2019-03-11 09:07:44

Hörmətli Eynulla müəllim! Bu adamı kim nəzarətə götürəcək? Özünü 2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş iclasda bütün rayon İcra Hakimiyyətləri Başçılarının qarşısında "iyrənc rüşvətxor" adlandırmış Baş nazirin müavini Hacıbala Abutalıbovmu? "Mur-Ay" MMC dələduzlarının himayədarı, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevmi? Kim? Hamı xorla cavab verəcək: Mədət Quliyev. Yaxşı ki, heç olmasa Mədət Quliyevimiz var. Amma yaddan çıxarmayaq ki, bir açılan güllə bahar olmur.

Mehdi 2019-03-11 09:07:44

Onun sifetine baxanda ele Eynullanin dediyine oxsayir.Sifeti adamyeyenlere benzeyir.Ona rusvet vermiyenleri tutub yeye de biler.

Azər 2019-03-11 09:07:44

Guya Fətullayrv Amerika kəşf edib? Bunu ki,hamı bilir və çox ehtimal ki,bu qurumun necə işləməsi prezident aparatı və Nazirlər kabinetinin müvafiq məmurlarına da məlumdur.Ancaq ...Çünki ölkə əslində idarə olunmur.Kimi hara qoyublarsa orada nə baş verdiyi ilə maraqlanmırlar.Çünki hamısı YAP-çılardır.Soy.talan et,xaricə daşı. Allah azərbaycanlılara yardımçı olsun.

Obyektiv 2019-03-11 09:07:44

Bu qurum (teze achiLan) bashqaLarindan ferqLi, ozune chox suretLe yer ve prestij tapdi. Teze geLende adam eLe biLirdi orta bir derecede ishLeyecek ve afferist ishbazLarin yerini biLdirecek.. Haradasa biLdirir ve soz sahibidir de.. Ancaq birden-bire ("vergi"den sonra) Lap kecmish OBXSS rolunu oynadi.. ) Bu biri terefden Haqq namine baxanda ticaret ve IAISHE sahesini tam nezaretsiz de buraxmaq olmaz, yoxsa gelir namine ne geLdi eLeyerLer ve beziLeri kohneLmish mehsuLLari ve hetta sican-pisik eti de qatarLar!

seymur 2019-03-11 09:07:44

sehiyye nazirliyin filialidi

EJDER 2019-03-11 09:07:44

HESAB EDIREM KI,BIZIM BU ANALOQU OLMAYAN HOKUMETIMIZDE DUZGUN IWLEYEN MEMUR TAPILSA,GINNESIN REKORDLAR KITABINA TEQDIM EDILMELIDI,LUKAWENKO CANI.M M DEKI...MAAWI 6000 QALXDI ,BRAVO ....

lerikden Mehemmed Hesen emi 2019-03-11 09:07:44

bu qurum ruwveti ,,,rusum ve cerime,,, adiyla sahibkarlardan yiqir, cox planli suretde korrupsiyanin yeni modelini duwunmuw hakimyet, evveller vegi xalqi cana doydurmuwdu indi Qida Tehlukesizliyi adli reket bir qurum, Lerik kimi ucqar daq rayonunda kimse bir balaca dukan acibsa ona hokumet saq ol deyib ,maliye komeyide etmelidir, yoxsa bunlar artiq bir nece aydir bezdirib sahibkarlari,besdirin vicdaniniz olsun

t.ədalət 2019-03-11 09:07:44

Eynulla Fətullayev sanballı və savadlı jurnalistdir.Məgər,o bilmir ki,leksikonda "ölü əti" ifadəsi yoxdur?Ölü heyvan əti ifadəsi ədəbi dildə "leş əti" kimi işlədilir.

oxucu 2019-03-11 09:07:44

Allah bunun bəlasını versin.

Veteran 2019-03-11 09:07:44

Men bele fikirdeyem ki, umumiyyetle ehalinin tehlukesizliyine cavabdeh olan butun bu tewkilatlar, yeni fealiyyet novunden asili olmayaraq hamisi legv edilmelidir. Bunlarin hamisi var-dovlet servet yigmaqla mewguldur. Bunun neyine lazimdir ki, kimin balasi hansi donerxanadan lew etinden hazirlanmiw nese alib yedi ya yemedi. Cox ele vecinedir bunun. Mene ele gelir cenab Prezident butun bu meseleleri DTX-nezaretine vermelidir. Qalir sadece aidiyyati mutexessisleri hemin xidmete iwi qebul etmek, vessalam!

azeri 2019-03-11 09:07:44

Bu ... da milleti talayir.Goresen burda da przidentin gerari lazimdir?... hara baxir?Hormetli redaksiyaya minnetdarligimi bildirirem.Cox sag olun ki,bu ... gorxmadan ifsha edirsiz....

Şəkidən 2019-03-11 09:07:44

Şəkidə də yolda-izdə hər bir döncədə antisanitariya qaydasında ət və quş əti satılır.. Dövlət Agentliyinin adiyyatı qurumları isə öz işlərindədir ? Belə Agentlik kimin nəyinə lazımdır, çünki həmin Agentlikdə qeyri-peşəkar kadrlar təyin olunublar.. Onlar iş görmək qabiliyyətinə malik deyillər ?

Moshu 2019-03-11 09:07:44

Ölkə başçısı son dövrlər kifayət qədər ciddi islahatların həyata keçirilməsinə başlamışdır. Deyə bilmərəm kimin təklifi ilə Qida Təhlükəsi Agentliyi yaradılıb.İnanmıram ki, cənab Prezidentin öz təşəbbüsü ilə yaradılıb. Onu deyə bilərəm ki, bu bir nəfər kifayət qədər nüfuz sahibinin təşəbbüsü ilə həyata vəsiqə alıb. Bu korrupsiya mənbəyinin təcili kökünü kəsmək və onu böyüməyə qoymamaq vacibdir. Cənab Prezident, xahiş edirəm ətrafınızdakı kol-kosu təmizləyin, əks halda gördüyünüz işlər bəhrəsiz olacaq

Son yazılar