Menu

Samuxda ər arvadını bıçaqlayıb

21.03.2019, 00:32
Samuxda ər arvadını bıçaqlayıb

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qarayeri kəndində 57 yaşlı yerli sakin Dilbər Məhərrəmova qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun əri tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol