SPİKERİN MOSKVADA YENİ ƏMLAKLARI AŞKARLANDI - Milyonlarla dollarlıq evlər... + FOTOLAR

Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə 2014-cü ildə keçirdiyi əməliyyatla bağlı bu yaxınlarda yayılan məlumatlar gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır. Yayılan məlumatlardan belə məlum oldu ki, həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klub Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsusdur.

Təqdim olunan sənədlərdən də həmin obyektin Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirildiyi ortaya çıxdıDaha dəqiqi, real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu təşkil edən striptiz klubun təsisçisinin Milli Məclisin sədrinin həyat yoldaşına məxsus “Arizarum Qrup” MMC olduğu məlum olub.

Rusiya polisinin xanım Əsədovaya məxsus klubda əməliyyat keçirməsinin səbəbi isə orada narkotik maddələrin satılmasına dair şikayətlər olub. Əməliyyat zamanı bu faktın təsdiqini tapdığı, hətta videoçəkiliş aparıldığı, KİV üçün reportaj hazırlandığı da məlum olub.  

Ancaq 2014-cü ildə baş verən bütün bu faktların, məlumatların hansı şərtlərlə gizlədildiyi, qarşılığında nə istənildiyi və eləcə də indi niyə dövriyyəyə buraxıldığı sirr olaraq qalır.

Təbii ki, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərlik edən bir şəxsin ailə üzvlərinin başqa ölkənin paytaxtında dəyəri 10 milyonlarla ölçülən obyektləri hansı pulla və niyə aldığı, öz obyektində belə bibırçılıqların baş verməsinə nədən imkan verdiyi də ictimaiyyəti düşüdürən başqa suallardır...

Ancaq qəribə də olsa ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan, 100 minlərlə insanın heyrətlə izlədiyi bu məlumatlara hələ də nə Oqtay Əsədovun özü, nə də ailəsi hər hansı aydınlq gətirməyib.

Düzdür, açıqlama verənlər də olub. Ancaq ictimaiyyət nə Milli Məclisin mətbuat xidmətinin iddiaların yalan olduğu üçün reaksiya vermədiklərinə dair uğursuz açıqlamasını, nə də deputat Fəzail Ağamalının "Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir?" kimi tragikomik "arqumentini" bu rəzaləti izah etmək üçün yetərli hesab etməyib.

Hamı Oqtay Əsədovdan cavab gözlədiyi bir vaxtda, spikerin ailə üzvlərinin Moskvadakı əmlaklarına dair yeni məlumatlar yayılıb. Belə ki, Moskvadan Zaur Əliyev adlı şəxsin azadlıq.info-ya verdiyi məlumatdan, göndərdiyi sənədlərdən və fotosübutlardan belə aydın olur ki, spiker Oqtay Əsədovun ailəsi son bir neçə ildə Rusiyada daşınmaz əmlaka külli miqdarda vəsait yatırıb.

"Sabiq bankir Cahangir Hacıyevin həyat yoldaşının Londondakı məsrəfləri haqda məlumatlar Azərbaycan və dünya basınında tüğyan edəndən sonra Oqtay Əsədovun da bu istiqamətdən “nəfəsi açıldı. Məlum oldu ki, spikerin həyat yoldaşı ərinin siyasi ranqı və çəkisi, digər göstəricilərini də üzərinə alaraq, sabiq bankirin həyat yoldaşını çaya susuz aparıb, susuz da geri qaytarar", - deyə yazan müəllif, bildirir ki, Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də "Triumph Palace"da ( “Zəfər Palas”) yerləşir.

"Triumph Palace" və  ya "Triumf Palas" deyilən yer Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir.

"Avropanın bu ən hündür yaşayış kompleksindən əlimizdə bəzi sənədlər var. Bu sənədlər təsdiq edir ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada iki lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər. Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira xanımın aldığı mənzillərdən biri Triumf Palasın 12-ci (65 nömrəli mənzildir), o biri isə 37-ci mərtəbəsində (372 nömrəli mənzil) yerləşir" - məlumatda bildirilir.

Əsədovların binadakı qonşuları da məşhur simalardır: ""Triumf Palas" ünvanını seçən spiker ailəsi əlbəttə, aristokratiyanı nəzərə alaraq bunu edib. Atalar necə deyib, “Ev alma, qonşu al”! Amma əgər həm ev, həm də qonşu almaq kimi bir lüksün varsa, bundan ötrü yetərincə pulun, üstəlik, bir .... respublikasının parlamentinin spikeri kimi qüdrətli ərin varsa, o zaman qonşuları da, keşniş kimi, dəstə ilə ala bilərsən. Zemfira xanım Əsədova da belə qonşuları, özü də dəstə ilə alıb: məşhur aktyor Oleq Tabakov, müğənnilər MakSim, Dima Bilan, top ulduz Lolita və digərləri..."

Məlumatda mənzillərdən birinin quruluşu barədə də məlumat verilib: "372 saylı mənzilin quruluşu barədə hələlik bilgimiz yoxdur, ümid edirik, yaxınlarda olacaq. Amma 65 saylı nisbətən daha aşağıda olduğu üçün əyilib baxmaq olur. Bu mənzilin pəncərələri üzü Kremlədir (gərək əlin də, ətəyin də, yönün də böyüklərə tərəf olsun), pəncərələr döşəmədən tavana qədərdir, çox otaqlıdır, 250 kvadrat metr sahəsi var.

Mənzildə fitnes və kitabxana (etiraf edək ki, kitabxanada yalnız qalın cildli və yaraşıqlı cildlərinə görə seçilmiş kitablar düzülüb), spa-otaq, hətta kinoteatr belə var. Yeri gəlmişkən, Oqtay müəllimin bu kinoteatr azarının hardan gəlmə olduğunu anlamaq olur. Onun Bakı ətrafındakı bütün rezidensiyalarında kinoteatr mütləq və mütləq nəzərə alınır.

Mənzildə böyük salonun bir divarı boyu dünyanın məşhur şərab markalarından olan “Petrus” nümunələrindən ibarət kolleksiya düzülüb.

Şahidlərin” dediyinə görə, spikerin bu "Triumf Palas"dakı 65 saylı “kiçik” mənzilinin mebel təchizatına təxminən 1,2 milyon dollar xərclənib. Mənzil barokko üslubunda işlənib, cilalanıb..."

Məlumatda həmçinin o da bildirilir ki, Əsədovlar Rusiyada böyük biznes imperiyası qurublar: "Taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranları var. Rusiya ilə yanaşı Əsədovların Türkiyədə, Avropanın bir necə ölkələrində milyonluq mülk və biznesləri var".

Müəllif  özəl mənbələrə istinadla Oqtay Əsədovun və ümumiyyətlə Əsədovlar ailəsinin 2010-11-ci illərə qədər Rusiya ilə seyrək bağlılıqları olduğunu, bütün sahib olduqlarını sonrakı illərdə əldə etdiklərini iddia edir. "Niyə Moskva" sualı isə yenə açıq qalır.

Ümid edirik ki, Oqtay Əsədov bu dəfə çıxıb bütün iddiaları cavablandıracaq.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

xaqani 2019-03-23 00:05:12

Ləyaqəti olsa istefa verər!

Cavanşir 2019-03-23 00:05:12

Bəs niyə Oktay Əsədov susub? Susmaq razılıq əlamətidirsə,onda onun deputat,hətta spiker olmağa haqqı varmı? İnsanda utanası üz olmayanda...

Müəllim 2019-03-23 00:05:12

Kim ki døvlətdə vəzifēdədir özüdə bøyük vəzifədə o nütlēq milyarderdir.biz yazıq i sanların hesabina .həm maaşları çoxdur həm dē dövlətin pulları halal əmlaklarıdir.sadə indanlar isə 245 manat pehsiyaya da şükür etməyə mēcburdur.43 illik əmək staji ilə.rəhmətlik Sabir yaxşi deyib: fēhlə özünü sən də insanmi sanırsan.axmaq kişi insanligi asanmi sanirsan

Cavid 2019-03-23 00:05:12

Bir şeyi anlamaq lazımdır..... .Güman ki, bu talançılıq metodikası YAP-ın nizamnaməsində açıq ya gizli yazılıb.Və ya YAP-çılara talançılıq və oğurluq üçün sərbəstlik verilib. Hüquq-mühafizə orqanlarına isə onlarıncinayətlərinə göz yummaq əmr edilib.Axı YAP üzvləri olan vəzifəlilərin bir-birinin aardınca bu boyda soy-ha-soy,daşı-ha -daşı faktları və onların bu faktlarına hüquqi qiymət verilməməsi bu faktları təsdiq edir

haqq 2019-03-23 00:05:12

ALLAH HARAMZADELERE LENET ETSIN ALLAH BELASINI VERSIN INSALLAH VERIR VERECEY XALQIN MALINA XOR BAXANLARA ALLAH BELASIN VERSIN AMIN AMIN AMIN AMIN I N S A L L A H

Vətəndaş 2019-03-23 00:05:12

Ölkəni məmurlar hərə bir tərəfdən beləcə soyub daşıyır.Sanki ölkə nəzarət edilmir.Spikerin "Azərsu" ilə bağlılığı belə məsrəflər etməyə yol verib.Bu ölkənin hüquq mühafuizə orqaları məmurların oğurluğuna,talançılığına niyə göz yumublar və yumurlar.Ölkə sanki bunlar üçün bostandır.Maraqlıdır,belə xəbərlər niyə möhtərəm prezidentə zamanında çatdırılmır.Axı kifayət qədər nəzarət edici orqanlar var.

Fikrət Hacıyev 2019-03-23 00:05:12

Qarabağ müharibəsi veteranının GDU rektoru tərəfindən işdən qovulmasına etiraz edib, bu petisiyanı imzalamağınızı xahiş edirəm: https://www.change.org/p/t%C9%99hsilimizi-m%C9%99hv- ed%C9%99n-r%C3%BC%C5%9Fv%C9%99txor- rektorlar-v%C9%99zif%C9%99l%C9%99r ind%C9%99n- uzaqla%C5%9Fd%C4%B1r%C4%B1ls%C4%B1n?recruiter= 47163871&utm_ source=share_ petition&utm_ medium=facebook&utm_campaign=share_ petition&utm_term=share _petition&recruited_by _id=fc7de2c0-8502-0130-ffc5-3c764e044346&utm_ content=fht-14407126-tr-tr%3Av4

Vətəndaş 2019-03-23 00:05:12

Bu ... Yoxsa axırımız çox acınacaqlı olascaq.

Amon 2019-03-23 00:05:12

Burda ne varki 2003 den sonra hakimiyyetde cemi birdene qerbi azerbaycanli qalmisdi oda gedir..... bilinki qerbi azerbaycanlilar temiz turkdu. ... oktayin bize hecbir xeyri yoxdu olmasinida istemirem sadece butun oynanilan oyunlarin dagidilan pullarin unvanini qerbi azerbaycanli memurlarin adina cemiyyete sirimaq istiyirler.herseyi yixiblar qerbi azerbaycanlilarin ustune butun metbuati onlardan danisdirirlar altdan altdan dagidirlar olkeni.....metbuata ne oturulurse wexsi maraqlar ucun oturulur bunun cemiyyete islahata hecbir xeyri yoxdu

qoca 2019-03-23 00:05:12

YƏQİN TƏRPƏTSƏLƏR, YAXŞI YOXLASALAR BİR NEÇƏ MİLYARD VAR DÖVLƏT SAHİBİ OLDUĞU ÜZSƏ ÇIXACAQ. ARTIQ BUNLARIN HEÇ BİRİNƏ İNANILASSI DEYİL. BUNLARI NECƏ VƏ YA KİM ADLANDIRMAQ OLAR. BU MİLLƏTİN XASLQIN NƏYİ KİMİ?

Cəmşid Dərələyəzli 2019-03-23 00:05:12

Bir şey maraqlıdır ki, nədən bunları vəzifədən çıxarmamışdan öncə özlərinə aid sayıtlarda yıxıb sürüyürlər. Yəni onları çıxarmaq o qədər müşkülə çevirilib. Bir də ki bundan dövlətə və xalqa nə. O vaxt xeyiri olardı ki, Gürcüstan sayağı varidatları satdırılıb quruşuna kimi büdcəyə ödənilərdi.Sadəcə olaraq bununla ürək bulandırılır.

pensioner 2019-03-23 00:05:12

Nə düşmüsünüz bizim deputat-məmur-oliqarxların üstünə.Balaca ölkəyik hər şey məlumdur.Deyin görək Mozambikdə nə var,nə yox.Ora şox uzaqdır, xəbərimiz yoxdur.

seymur 2019-03-23 00:05:12

pensiya yashi coxdan catib

Azadi 2019-03-23 00:05:12

Mence, shekildeki xanim de hec Moskvada yashamir.

yusif-1313 2019-03-23 00:05:12

Xalqina və dövlətinə hörmət edən dövlət xadimi ya bu ittihamlari təkzib etməli ya da istefa verib getməlidir.

Ayzek 2019-03-23 00:05:12

ШИРОКО ШАГАЮТ .....

Azad Qarabagli 2019-03-23 00:05:12

"Ana Veten"cinin dediyi kimi digerlerinin de vezife, varidat icin saxtakar siyasetlari uze cixir. O.Esedovun ondan da genis, ermenilerle bele biznes qurmasina hec bir irad tutmaq olmaz! Ancaq, Qarabagdan qovulmus (indi sayi iki milyonu kecmis) ailelerin oz mulklerine qaytarilmasina yol tapmayan siyasi elitanin bele ortaq biznes ve filiallara maragi neyi subut edir?

махмудов елман 2019-03-23 00:05:12

Sonrada deyirlarki onun biznesla masgul olmaga haggi yoxdur bayam kisi oz yolunu tapibda ganunlari kiloyla satir

Yengibar 2019-03-23 00:05:12

Təkcə Azərsuda taladığı pullarla Moskvanın yarısını ala bilər, bunlar xırda para şeylərdir

Mahir Əliyev 2019-03-23 00:05:12

FƏzail, indi de görək Oqtay müəllim işdən çıxsa acından ölər?

seymur 2019-03-23 00:05:12

ipini ceksen bilirsen hele ne cixacaq

EJDER 2019-03-23 00:05:12

BRAVO ...BELI M.E. RESULZADE VE ONUN KOMANDASI BIZIM BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN DAYANIQLI INKIWAFINI GORSEYDILER ,YEQIN KI,...HANI DUZGUN IWLEYEN,XALQI DUWUNEN NAZIR.KIM TANIYIR BELESINI.HEYF SENDEN AZERBAYCAN....HEC VAXT BELE QUDRETLI OLMAMISAN...ELA NAQILDI

AYRİM 2019-03-23 00:05:12

Bu kişini də yıxın qoy yerinə naxcıvanlı gəlsin səsizində kəslə bəlkə. Görüm onda nə yazacaqsız? Bu adam hələ abırlısıdır. Neçə ki Hacı Əbdül demişkən.

Əli 2019-03-23 00:05:12

Bu qədər pul yalnız oğurluq olar Bu da bizim spikerin mənəviyyatı Əgər informasiya düzdürsə deməli oğrudur.Erməninin dostu rusa erməni tapşırıb ki onlara de bizə güllə atmasınlar müharibə etməsinlər yoxsa milyopnlarının üstünü açarşq əllərindən alarıq.Oğruda razılaşır.Bizim Qarabağ məsələsi də bu oğurluqlara görə yerindən tərpənmir .Deyirəm axı niyə bizə su gəlmir başında əjdaha oturubmuş vaxtı ilə

Mehdi 2019-03-23 00:05:12

BURADAKI VAR DÖVLƏTİNİ ARAŞDIRILSA ÇOX ŞEYLƏR ÇIXAR ÜZƏ. GƏZƏN ŞAYƏLƏRƏ GÖRƏ BÖYÜK TİKİNTİ ŞİRKƏTLƏRİNDƏN BİRİ DƏ ONUNDUR. QOHUMLARININ ADINADIR.

sual 2019-03-23 00:05:12

Hansı məmurumuzun bəyəm Rusiyada böyük malikanə və ya yatrımları yoxdu ki? Nə yapışmısız Əsədovlardan Duxunuz var o birilərindən hələ yeniyetmələrdən danışın də. Nəqliyyat sektorunun seflrinin milyartlarla ölcülən varidatı Moskvada deyil bəyəm? Yaxud bir cox generalların necə?

t.ədalət 2019-03-23 00:05:12

Bəzi məmurları Rusiyanın quyruğunda sürünməyə vadar edən Rusiyadakı sərvətləridir.Rusiya bu yolla onları özünə bağlayıb müstəqilliyimizin qəniminə çevirir.Amma Rusiyanın son anda "girovlarını" qorumadığı da məlumdur.Vaxtı ilə Surət Hüseynovu da ələ almışdılar.Axırda satdılar...

Leles 2019-03-23 00:05:12

Deyesen senide gondermeye hazirlasirlar a.bele tip xeberler ele bele metbuata oturulmur cunki coxdan bilirlerki kimin neyi var neyi yox niye mehz indi

azad 2019-03-23 00:05:12

Allahim!! Biz ne gundeyik?

Son yazılar