Menu

2019-cu ilin ən yaxşı avtomobili açıqlandı

17.04.2019, 22:26
2019-cu ilin ən yaxşı avtomobili açıqlandı

ABŞ-ın Nyu-York şəhərində “World Car of the Year 2019” müsabiqəsinin qalibləri elan edilib.

Trend-in məlumatına görə, “İlin avtomobili”, “İlin dizaynı” və “Ekoloji avtomobil” mükafatlarına “Jaguar I-Pace” layiq görülüb.

Şəhər üçün ən yaxşı avtomobil “Suzukii Jimny” seçilib. İlin ən lüks avtomobili adına “Audi A7”, ilin hiperkarı adına isə “McLaren 72OS” seçiliblər.

Qeyd edək ki, “World Car Awards” — 20-dən çox ölkədən olan peşəkar beynəlxalq avtomobil jurnalistləri tərəfindən verilən avtomobilqayırma sahəsində beynəlxalq mükafatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol