Beynəlxalq Bank “AKABE inşaat"ı məhkəməyə verib - 3,8 milyon manatlıq borca görə

“Azərbaycan Beynəlxalq Bankı” ASC “AKABE” MMC-ni məhkəməyə verib.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank 3 milyon 733 min 296 manat kredit borcunun tutulması barədə tələb irəli sürüb.

Daha sonra bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirib ki, iddiaçı ilə cavabdeh arasında məhkəmədən kənar razılıq əldə olunub və ümumi borcdan müəyyən ödənişlər edilib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Beynəlxalq Bankın iddia ərizəsini baxılmamış saxlayıb.

Qeyd edək ki, “AKABE” MMC inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstərir.

635x100

Şərhlər

Yengibar 2019-04-26 09:58:31

davamı (AZpolitika da şərh üçün o qədər az yer verir ki...) Bununla belə, konkruentlərə min cür maneələr yaradılır, onların fəaliyyəti iflic edilir.Adam gömrüksüz,vergisiz. sarsaq pulla mal gətirir, realizasiya üçün dövlət proyektləri qarşısına qoyulur, rəqibləri gömrükdə və vergidə sıxışdırılır, bu şəraitdə işlə görüm necə işlərsən.Azərbaycanda biznes oğurluq, korrupsiya pullarının biznesidir.

Yengibar 2019-04-26 09:58:31

Azərbaycanda biznes mühitinin formalaşmamasının səbəbi əksər rezidentlərin O məmurlara aid olmasıdır.Onlara aid biznesin gəlirliliyi əsas deyil, daha çox oğurluq pulların göz qabağında olması, digər çirkli niyyətlərdir.25000! kv.m sahəsi və ya 3-4 mərtəbəli sərgi-satış salonunda qiymətlər fantastika,it ulayır.Normal halda bu xərcləri qarşılamaq mümkünsüzdür.Gömrükdən yayınmaqla milyonlarla dəyərində mədaxil edilən mallar, vergi orqanlarının girişinə qadağa, neçə neçə güzəştlər!

Son yazılar