Menu

Sumqayıt sakinindən yarım kiloqrama yaxın heroin götürülüb

03.05.2019, 14:41
Sumqayıt sakinindən yarım kiloqrama yaxın heroin götürülüb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçiriblər.

ONA-nın məlumatına görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol