Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibə
- Qüdrət bəy, Şuşanın və Laçının işğalından 27 il keçir. Necə düşünürsünüz, torpaqlarımızı işğaldan azad edə biləcəyikmi? Yoxsa bəzi adamların dediyi kimi, Şuşaya yalnız turist kimi getmək barədə düşünməliyik?
- Fakt budur ki, müharibəni xalq olaraq uduzmuşuq. Bizi XIX-cu əsrdə Rusiya imperiyasının tərkibinə könüllü, yaxud zorla qatanda kiçik xanlıqlar şəklində yaşayırdıq. O zaman mərkəzləşmiş dövlətimiz və vahid milli şüur olmayıb. Ona görə də rəhmətlik Elçibəy deyirdi ki, güclü dövlət quruculuğu MİLLƏTLƏŞMƏKdən keçir.
Sovet hakimiyyəti illərində repressiya mühiti ali dəyərlərə yiyələnmiş millət kimi formalaşmağımıza imkan vermədi. Onun nəticəsi idi ki, qorxu mühitində yaşamış xalqımız ermənilərin qarşısına yaxşı dövlət adamları, diplomatlar, siyasətçilər, hərbçilər, jurnalistlər çıxara bilmədi. Nəticədə, güclü siyasətçilərimiz və diplomatlarımız olmadığı üçün özümüzə müttəfiq tapa bilmədik. Hətta xalqımızın ruhunu, gen yaddaşını oyadıb onu savaşa səfərbər edəcək şeirlər, əsərlər yazılmadı. Hazırlıqlı jurnalistlərimiz və düzgün informasiya siyasətimiz olmadığı üçün informasiya müharibəsini uduzduq. İşğala məruz qaldığımız halda bizə sanksiyalar tətbiq olundu. Peşəkar hərbçilərimiz yetərincə olmadığı üçün döyüş meydanında uduzduq. Siyasi şüurun zəifliyi xalqımızı təxribatlar qarşısında midafiəsiz qoymuşdu. Repressiya mühiti insanlara qorxu və satqınlıq hissləri aşıladığından aramızdan çoxlu xainlər çıxsa da, həmin xainlərə və güclü düşmənlərimizə qarşı dayana biləcək yetərli sayda qəhrəmanlar ortaya qoya bilmədik. Təəssüf ki, uzun illərin müstəqillik və “atəşkəs” dövründə də bu nöqsanları tam aradan qaldıra bilməmişik. Sovet dövrü qonşularımız dünya elminə və mədəniyyətinə çıxış imkanı verən rus dilini əsasən mənimsədiyi halda biz bunu bacarmadıq. SSRİ Ali Sovetində olan deputatlarımız rəqiblərə cavab vermək imkanı olmayanda çarəni sap düyünləyib, cadu edib onların dillərini bağlamaqda görürdü. İndi onlar dünya dili olan ingilis dilini mənimsəyir, biz isə rus dilində təhsil verən məktəblər açırıq. Hətta bu misalla da müharibəni niyə uduzduq sualına cavab tapmaq olar. Bu gün də yüksək ballar toplayan istedadlı gənclərimizi ali hərbi məktəblərə cəlb edə bilməmişik. Hər il beş yeni tank almaqdansa, yaxud İTV kimi beş kanalı saxlamaqdansa informasiya müharibəsində rəqabətə davamlı olmaq üçün avropalıların 35%-nin etibarlı informasiya mənbəyi kimi qəbul etdiyi “Əl Cəzirə” (Al Jazeera) kimi ingilis dilli bir kanalın açılmasının vacibliyini qəbul edə bilməmişik və s.
Ona görə də təxribatçı agentlər bilərəkdən insanları mənən sındırmaq üçün “Şuşaya turist kimi gedəcəyik” kimi fikirlər səsləndirirlər. Amma etiraf edək ki, real vəziyyəti təhlil edib ümidsizliyə qapılaraq artıq “Qarabağ gedib” deyə düşünənlər, hətta bu barədə açıq danışanlar da var.
Vəziyyətdən çıxış yolu daxildə islahatları dərinləşdirməkdən, Rusiya ilə danışıqlar aparıb anlaşmağa cəhd etməkdən və bu alınmasa xarici siyasətdə qərbyönümlü, avroatlantik məkana inteqrasiya xətti götürüb torpaqlarımızın azadlığı üçün böyük qəhrəmanlıqlara və itkilərə hazır olmağımızdan keçir.
Bunun alternativi heç bir qərar qəbul etmək gücündə olmayan ermənilərlə danışıqlar üçün hətta vaxt qoymaq belə imkanımızın olmadığı mənasız yüzillik danışıqlar aparmaq olacaq. Ermənilər isə torpaqlarımızı məskunlaşdıracaq, təbii sərvətlərimizi talayacaq. Biz isə güclü dövlətimizin olmasından ağızdolusu danışacaq, hərbi paradlarda Ordumuza baxıb qürur hissi keçirəcək, Qarabağın işğaldan azad olunması üçün möcüzə gözləyəcəyik. Əsl həqiqət bundan ibarətdir.
“İranda yaşananlar bizi ciddi narahat edir”
- İran-ABŞ münasibətləri barədə fikirləriniz nədir? Qarşılıqlı hədələr hara aparıb çıxaracaq?
- İran həm azərbaycanlıların dövlətidir (tam milli haqlarına sahib olmasalar da), həm də bizə qonşu müsəlman dövlətidir. Ona görə orada yaşananlar bizi ciddi narahat edir. Düşünürəm, İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan hərbi qarşıdurmadan yayınsınlar. Mətuatdan oxudum ki, Tramp İran Prezidentini danışıqlara dəvət edib. Məncə, bu şansdan yararlanmaq lazımdır. Ümumiyyətlə isə, mən İranın nüvə texnologiyasına sahib olmasını və gələcəkdə nüvə silahı əldə etməsini təhlükə kimi qəbul etmirəm. İrandan daha az demokratiyaya sahib olan ölkələr nüvə silahına malikdir. Nüvə silahının çəkindirici gücü bəşəriyyəti üçüncü dünya müribəsindən qoruyur. İran nüvə silahı əldə edərsə qısa bir müddət sonra Türkiyə də nüvə silahına sahib olacaq. Bu zaman regionda hərbi balans yaranacaq, bölgədə bir dövlətin hegemonluğuna son qoyulacaq. Region qanlı müharibələrdən sığortalanacaq. Bəzi insanlarımızı o narahat edir ki, İran nüvə dövləti olarsa azərbaycanlıların taleyi necə olacaq? Azərbaycanlıların taleyi ilə bağlı variantlardan biri budur ki, onlar çoxlu uşaq dünyaya gətirməlidirlər. Necə ki, Rusiya ilə müharibədən sonra çeçenlər bunu edir. İranın demokratikləşməsi qaçılmazdır. Azərbaycanlılar bu prosesdə yaxından iştirak etməlidirlər. O zaman onlar İranda siyasi hakimiyyəti götürüb xalqların milli hüquqlarını bərpa edər, İranı fars millətçiliyinə söykənən dövlət olmaqdan çıxarıb, çoxmillətli, bərabər hüquqlu bir İran dövlətinə çevirə bilərlər. Farslar Azərbaycan türklərinin idarəetməsində daha firəvan həyata sahib olar, yaxud istəməsələr ayrılıb öz dövlətlərini qurarlar. Çexlər və slovaklar kimi. Dinc və sivil formada. O zaman regionda ən azı türklərin yönəltdiyi iki dövlət nüvə silahına sahib olar ki, bu da regiona sülh, ədalət və rifah gətirər.

Şərhlər
Ölünün 40-nı xalqlar yas kimi keçirir, bəzən 52-ci gününü də qeyd edirlər. Sonra (Ölüm-itim dünyasıdır düşünüb) dinmədən hər işi daha sürətlə icra edirlər. Nəinki, 25 il, elə rusca ən çoxu üç ildir. Əlavə danışıqlar satqinlıq və gözləmə səylik sayılır.
Siz şəxsən Qəhrəmanlığa və itkiyə hazırsınızmı? Bu suala namuslu cavabınız maraq doğurur.
Qudrət Həsənquliyev görəsən həqiqi hərbi xidmətdə olub? Görəsən Qüdrət Həsənquliyev heç olmasa özünə nə etdiyi.nə işə yaradığı barədə hesabat verir?
XXOçular heç vaxt özləri vuruşmurlar, qarışdırır və vuruşdururlar..
Tarixin ƏN BÖYÜK MÜHARİBƏsinin (savadsız sayılan) BAŞ QALİBİ İOSİF VİSSARİANOVİÇ CUĞAŞVİLİ generalsimus diktatı deyil, hər kəsə qulaq azan dem-konsensusla 100 qat güclüyə üstün gəldi. O, satqın və zəifləri irəli-faşistlə əsas ordunun önünə buraxdırırmış? İndi gündəmdə: Bir aylıq Ultimatum; Beynəlxalq tərəflərin hər birinə rəsmi xəbərdarlıq və Dönmədən irəli!, doğru görünür.
Шушаны кормек истейирем
Лачыны кормек истейирем
Келбечери кормек истейирем
донузлар оралары мурдарлайыр,тез бир шейлер един кедек темизлейек
Небо не помогает тем, кто не хочет действовать,
-У нас нет шансов !громко заявляет обстоятельства,
-они неудачниики ! говарят армяни,
-У вас все получится" тихо щепчит (С.С) Бог
-так вы толко действуйте на верху--тихо,умно как говарите
МИЛЛЭТ--когда зависть неизбежна, ее следует использовать в качестве стимула для собственных усилий, а не для того, чтобы мешать другим,
yalüçünə--- deyirəm qolunu çırma düş qabağa qarışdırma təki vuruşdur bizi erməni ilə
Günahı, 25 il sonra ("Fakt budur ki, müharibəni XALQ olaraq uduzmuşuq") xalqa atan deputat, sədr niyə istefa verməsin? Mülkü müdafiəyə məsullar xalqı AXCP, sonra YAPın ardınca (hədəfə) çıxarıblar. Savaşı da, atəşkəs müqavilələrini də xalq düşünməyib? Vətəndaş hüququna əsaslanmayan uzun danışıq da nəticə verə bilməzdi. Hüquqi göstərişi BMT TŞ verib! Operativ şərt məlumdur-özünü demokrat sayan DQMV(Artsax) mülki azərbaycanlı ailələrini öz doğma mülklərinə qaytarmalı və ya Azərbaycan dövlətinə!
кот в перчатках мыщь не поймает,
QARDAŞ O QULDURLARDA VƏTƏN TORPAQ SEVGİSİ YOXDUR. NƏ DƏ ONLARDA VƏTƏN UĞRUNDA DÖYÜŞMƏYƏ CƏSARƏT YOXDUR. ONLAR ANCAQ MİLLƏTİN PULUNU ÇÖRƏYİNİ OĞURLAMAĞI BACARIRLAR. ONLARA VƏZİFƏ KRESLO LAZIMDIR. VƏTƏN TORPAQ XALQ ONLARIN VECLƏRİNƏ DƏ DEYİL. İMKAN DA VERMİRLƏR Kİ SADƏ İNSANLAR TORPAĞI ALSIN. BİZ OV TÜFƏNGİ İLƏ BALTA DƏHRƏ İLƏ RUS ERMƏNİ ORDUSUNUN QABAĞINDA TORPAĞIMIZI QORUYAN GECƏ AKOPLARDA KEŞİK ÇƏKƏN MİLLƏTİK. İNDİ BİZƏ NƏ OLDU?
TALANÇILAR MÜHARİBƏ EDƏN DEYİL AY QÜDRƏT. ONLAR ÖZ KEF HƏYATLARINI RİSKƏ QOYMAQDAN QORXURLAR. NƏ TORPAQ,NƏ VƏTƏN,NƏ MİLLƏT, ONLAR ÜÇÜN?
[10.05.2019 17:29] Октай Рагимов: Ay Qurdrət m.mən sizin hər sözünüzlə razıyam çox düz və məntiqlidir ancaq həyat bizə başqa şey deyir.Müharıbə etmək üşün ölkədə dəmir nizam intizam olmalıdır.Bizdə isə bu yoxdur Kimin gücü çatır o nə istəyir edir 30 ildir Bakıxanov qəs.torpaqda yaşayıram 34 kym evdə 8 nəfər yaşayıriq .oğlum gəlinim ,nəvələr mən 72 yaşda. Gecədə 4 dəfə bayıra çıxmalıyam Həyətimə bir çixarış almağa çox pul yoxdur deyə ala bilmirəm Çox bahadır.Təzə gələn varlı qonşular ala biliblər və 3-4 mərtəbəli villalar tikiblər 30 il yaşayana olmaz..1 otaq tikməyə məmura coxlu pul vermək lazımdır.Sabah qan bahasına Qarabağı aldıq yenə həmin məmur o torpağı mənə satacaq özüdə hər kvm .Onun üçündə məmur getsin alsın Qarabağı. Erməni alıb firavan yaşayır biz alıb nə edəcəyik .İndi bizə nə düşür ki alandan sonra nə olsun.5 manat pensiya artmaqla iş düzəlmir. Milyadları oğurlayanlara söz deyən yoxdur onların da qiryəti çatıb bir tank ya bir təyyarə alıb bağışlamırlar bu talan etdikləri ölkəyə.Mən sizi gözəl başa düşürən sizin bu patriotik fikirləri ancaq nə olsun hər şey ola ola it günündə yaşayırıq .Bir ətrafa da baxın yalnız AZ TV yə yox.Kim qarant durur ki Qarabağı alandan sonra yaxşı yaşayacağıq. yenə məmurlar oğurlayacaqlar,rüşvət yenə olacaq.Bəs onda Qarabağ nəyimizə lazımdır ki gedib orada ölək.Pafoslu danışmaq lazım deyil bu FAKTDIR
Bəli, ölkəni talamış quldurları toplayıb, müharibəyə göndırmək lazımdır! Qoy, qəhrəmancasına həlak olsunlar...
Qüdrət müəllim açıq və düzgün şəkildə qeyd etdi ki, Qarabağ və ona bitişik ətraf ərazilərin azad olunması yalnız Azərbaycan vətəndaşları və hakimiyyətinin iradəsindən asılıdır. Əgər belədirsə bu murdar ermənilərin cavabının verilməsinin vaxtıdır. Digər tərəfdən Gürcüstanla olan problemin həlli, Azərbaycan tərəfindən gömrük-sərhəd keçidinin sadələşdirilməsindən asılıdır. Biz Gürcüstanda yaşayan soydaşlarımıza qarşı ögey münasibətə son qoymalıyıq. Bu münasibətdən ancaq erməni murdarlar udur.
Müharıbəni bir ay qabaq elan etmirlər ki düşmən hazırlaşsın bu bir Bir də ki müharıbə başlayıb ancaq qurtarmayıb buna nə elan.o PAŞİNYANIN ŞƏKLİNİ QOYUB uduzmuş milləti bir azda ruhdan salmayın Adamın bağrı yarılır baxanda durub nəsə etmək istəyirsən ki bizim də başçılar qorxmasınlar, tələssnlər, tərpənsinlər bu ətalətdən.Belə ölüncə fiziki ölmək yaxşıdır
Лачыны чохдан Мустойа багышлайыблармыш. О, Дайы да бу 9 майда Брусселде олуб?