PAŞINYANIN YALLISI... – “Mənim kimi balan ölsün, ay Vətən!”

27 ildən sonra üzləşdiyimiz mənzərə budur – ermənilər sanki atası, qardaşı ölmüş, nəslində bir başı papaqlı qalmayan, sahibsiz və namusu tapdanmış gəlini xatırladan Şuşada yallı gedir, araq, konyak içir, işğalın növbəti ildönümünü qeyd edirlər. O murdar ayaqları və yekə qarınları ilə tapdalayır, ləkələyir, əzirlər Şuşanı. 27 ildir ki, bu mənzərəni seyr edir, susur və ölüb yerə girmirik...

Şuşanın işğalından sonra Ermənistanda dəfələrlə hakimiyyət dəyişib, hər yeni gələn də əvvəlkindən betər yapışıb Qarabağdan, Şuşadan. Bizim bir çox KİV-lərimiz isə neçə illərdir ki, 3 gündən bir “İşğalçı dalana dirənib”, “Ermənistanın son şansı”, “Rusiya Ermənistanı pərt elədi”, “Paşinyanın başqa çıxış yolu qalmayıb...” kimi gic-gic başlıqlarla nağıllar yazırlar, özlərinə yalançı təskinlik tapıb, camaata da təskinlik verirlər. Biri deyir ermənilər səngərdə əyilə-əyilə gəzir, başqası deyir acından qırıldılar, üçüncüsü deyir Ermənistanda erməni qalmayıb, köçüb getdilər və sair...

Amma ermənilərin növbəti, bəlkə də indiyə qədərkilərin içərisində ən həyasızı və sırtığı olan yeni rəhbəri Paşinyan Şuşaya gəlməyi bir tərəfə, əl qaldırıb yallı da gedir, ismarıc verir ki, əlinizi, gözünüzü üzün bu torpaqlardan – sizlik deyil! Görəsən, nədir erməni baş naziri dingildədən, oynadan, kefini kökəldən? Təkcə “zəhərləndiyi” araqmı? Təəssüf ki, yox!

Paşinyanın Qarabağa, Şuşaya gələcəyi və o həyasızlıqları edəcəyi əvvəldən bəlli idi. Ən azından bu səfər öncəsi hansısa tədbirlər görülə, hədələyici bəyanatlar verilə, hansısa formada bu provakasiyanın qarşısı alına bilərdi. Ermənistan müvafiq reaksiya vermədiyi təqdirdə, heç olmasa Şuşanın işğalı günü cəbhədə hərəkətlilik göstərmək, qarşı tərəfə itkilər yaşatmaq, bayramlarını burunlarından gətirmək olardı.

Ancaq biz heç nə etmədik, susduq və baxdıq. Nəhayət, günün sonunda Paşinyanın yeyib-içib dəmləşəndən sonra növbəti dəfə meydan oxumasına cavab olaraq, XİN özündə təpər tapdı - sıradan, “dejurnı” bir bəyanat yayımladı, vəssalam! Deməli, Paşinyan növbəti həyasız açıqlamasını verməsəydi, sadəcə Şuşaya gəlib, yeyib-içib, oynayıb getsəydi XİN heç bu bəyanatı da verməyəcəkdi. Sanki belə də olmalı imiş...

20 ildən çoxdur ki, Azərbaycanın hərbi büdcəsi ilbəil artır, dünyada ölkə qalmayıb ki, oradan silah alındığına dair məlumatlar verilməsin. Hərbi büdcəmizin Ermənistanın ümumi büdcəsini xeyli üstələdiyi, onların hərbi büdcəsindən isə 10 dəfə (!) böyük olduğu bildirilir. Bəs nəticə?

Hərbi büdcə nədir ki, biz generalların sayında da onları bəlkə 10 dəfələrlə üstələyirik. Amma soruşan yoxdur ki, axı hansı nailiyyətimizə görə bu qədər generalımız var, haramıza yaraşır? Az qala baytarlıq idarəsinə başçılıq edənə də general rütbəsi verilib. Bu qədər generalı olan, amma hələ də vətəni tapdaq altında qalan ölkənin düşməni Şuşada qol götürüb oynamasın, neyləsin?!...

Bəs biz bu biabırçılığı, bu ayıbı yaşamamaq üçün nə etmişik? Büdcəmiz böyük, generalımız çox, diplomatiyamız güclü, xarici və daxili siyasətimiz uğurlu, iqtisadi inkişafımız analoqsuzdur... Bəs nəyimiz çatmır, bütün bunların müqabilində necə olur ki, erməni hələ də Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçındadır?...

Serj Sarkisyan son müsahibəsində deyib ki, Azərbaycanda hökm sürən siyasi didişmə, xaos Şuşanı almağa çox kömək edib. Düz sözə nə deyəsən. Biabırçılıq həm də ondadır ki, bu gün həmin vaxtkı didişmənin, xaosun təşkilatçıları, iştirakçıları utanmadan, qızarmadan hələ bir Azərbaycan Xalq Hərəkatı adı ilə yeni təşkilat da yaradıblar. Və onun daxilində yenə də didişirlər, çünki bunlar elə qozbeldilər ki, onları heç qəbir də düzəldən deyil...

Əvvəldən də Şuşaya aid mahnılar az deyildi, amma biz yorulmuruq, yenilərini qoşuruq, yenə də bu mahnılara toylarda əl qaldırıb oynayırıq, hərdən yalançı vətənpərvərlik damarımız da tutur, asıb-kəsirik o toylarda, şeirlər deyirik, Babəki, Koroğlunu, Qaçaq Nəbini “dirildirik”. Toydan sonra da dağılışır hərə öz isti yuvasına... 27 ildir ki, bu toya, bu kefə baxırıq, amma utanmırıq...

Soruşan da yoxdur ki, axı biz hansı üzlə yaşayırıq?

Bir şeirdə deyildiyi kimi:

Mən bilmirəm axşam nədi, gün nədi?

Qız-gəlinin əsir-yesir gündədi,

Şuşam getdi, bir balam var, dinmədim,

Mənim kimi balan ölsün, ay Vətən!

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Əntiqə Azər 2019-05-10 21:15:15

Cəlal MƏMMƏDOV-- AzPolitika.info çox sağ olun, sizlərin vəzifəsi yazmaqdır, yaymaqdır və onu da edirsiniz. Qalan günahlar bizlərdədir. Biz niyə bir ola bilmirik? Biz niyə bir çox "vətənpərvərlərə" geniş meydan veririk? Millət vəkili seçirik,qarşılarında baş əyirik...və daha nələr. Gəlin belələrinə "bəs"deyək və ümumi dərdimizi, Qarabağı, Qazağın işğal altındakı kəndlərini düşünək, deməyək balan ölsün vətən.Deyək:-- gəlin birləşək,torpağımızı azad edək,vəzifə stolları çoxdur, hamınıza çatacaq...

zaur 2019-05-10 21:15:15

Nə qədər ki, bir dövlət olaraq ağlımızla, şüurumuzla deyil, qarnımızla, cibimizlə düşünürük, Qarabağı qaytarmağa qeyrətimiz çatmayacaq.Ya bir millət, dövlət kimi xəritədən silinməliyik. ya da döyüşərək, şəhidlərimizin qanını alaraq torpaqları qaytarmalıyıq.Gələcək nəsillər gorumuzu söyəcək.Qarşıdan Laçının işğal günü gəlir.Dığalar orda da bayram keçirdəcək.Niyə dövlətimiz həmin ərazilərə raket artilleriya zərbəsi endirmir.Amma öz vətəndaşını əzməyə, tapdalamağa hər an hazır vəziyyətdədir.Öl Azərbaycan!!!!!

Dəxli var, bəli ! 2019-05-10 21:15:15

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı özünün Feysbuk səhifəsində yazıb. Bildirib ki, belə bir acı peşmançılıq duyğusunu Yeni Yasamala gedəndə yaşayır: "Nə maşına yol var, nə piyadaya! Deməyə söz tapmırsan! Hansı acı söz, hansı ittiham ürəyini soyuda bilər? Niyəbizim bu ev tikənlərimiz vicdanı, məsuliyyəti, qanun qorxusunu yaddan çıxarırlar. Bunlar anlamırlarmı ki, buraları görən hər kəs 10 ildən, 30 ildən sonra da, Bakının böyründə, Xırdalan kimi bir yerdə bu cür vəhşl qazanc ehtirasıyla ev tikənlərin ata-babasını gorundan çıxaracaq, onda urvatlı bir yer qoymayacaq!.. Görəsən, dünyanın hansı vəhşı tayfası 15-20 qatlı binaların ətrafında darısqal da olsa bir səki yeri saxlamaz. Üz-üzə binalarda bir balkondan o birinə tullanmaq olar! Doğrudanmı, on illər boyu əzizlərinin ən ağır söyüşlərlə söyülməsinə razı olurlar, amma binanı bir addım geri çəkə bilmirlər?.. Niyə şərəflərini, adlarını qazanca, mal-mülkə görə belə asanca ayaq altına atırlar? Bəs bu şəhər sizin, bizim deyil? Bəs bu binalarda sizin xalqınızın övladları yaşamayacaq? Axı bu nəhəng evlər gündə sökülüb yenidən tikilmir... Məgər hər kim harda balaca bir boş yer tapınca orda bir göydələn ucaltmalıdır? Bəs bu Xrdalan deyilən şəhərin bir sahibi yoxdur?"

Moshu 2019-05-10 21:15:15

Belə gedişlə, fil qulağında yatmaqla, biqeyrətliyi boynumuza almaqla bir də o vaxt oyanacayıq ki, ERMƏNİLƏR bakıda Azadlıq meydanında yallı gedirlər və.... kef çəkirlər. Biz də indiki kimi qorxumuzdan onlara etiraz edə bilməyəcəyik. Bir qisim Fələstinlilər qalib gələ bilməsələr də İsrailin gününü qara ediblər. Biz heç onlar qədər də olmadıq. Вугар керимовun da şərhilə qismən razıyam. Bu qədər silahı nəyə görə alırıq, dar günün yarağıdırmı bu qədər texnika? Bu əmillət doğrudan da, nə isə

moşu 2019-05-10 21:15:15

Bu videoya ... bambılı elman nəsirov baxsın və nəticə çıxarsın. .... bax həzz al......Kim nə deyər bizdə olan qeyrətə .qeyrətimiz bəllidir hər millətə.Gorun çatlasın Sabir necədə yerində demisən.

Geniral 2019-05-10 21:15:15

Sual-Eger sen basina torba kecirilmekten qorxursansa qelemivi qoy yere baska isle meskul ol hec bu metnide yazmamaliydin . Menim seni ve senin kimi metbuatcilari mudafie etmeye ehtiyac yoxdur siz ozuvuzun gozel mudafiyacisiniz istesez.Men vetenimi mudafie etmeliyem ve edirem. Metbuatin gozelliye ondan ibaretdir ki SUAL bey daxilde bas verenlerle mubarize aparsin Qalan islerle biz meskul olariq.

Xalq. 2019-05-10 21:15:15

Ay müellif..,bunu bize yox..,bu kutlenin başini buraxmaq istemeyenlere ünvanlamaq lazimdir. Şeref deyilen bir şey olsaydi hec olmasa hemin gün o Şusaya birce raket atardilar... daha paket yax aa, rakettt!!!

EJDER 2019-05-10 21:15:15

BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN BAWI ANALOQU OLMAYAN INKIWAFLA MEWQULDU...BOW BOW DANIWLAR YETER.HANI LAZIM,CAQIRIN GELSIN.YOXSA ,,QAJGINKOM,,GULMEKDEN ELEJEK ,NAQARACIQ.HAYDI,IRELI...YA ALLAH.ANCAQ BIZ HEREKET ETMELIYIK,UMUD BIZLEREDI,ALLAH BIZIMLEDI,HAYDI,IRELI...

sual 2019-05-10 21:15:15

Geniral-Mətbuatdan cox şey gözləyirsiz, dərdinizi jurnalistlərlə,radksiyalarla bölüşmək zorunda qalıb. Cunki, artiq nə şikayətə baxan var nə dəki tədbir görən. hansı təşkilatdan şikayət edirsən, şikayətin əsassız olaraq elə həmin təşkilata gönərilir ki araşdırın şikayətciyə cavab verin. Mətbuat isə hər hansı bir qanunsuzluğu dərc edirsə, onun da başina torba kecirib, aparırlar işgəncə verməyə.Sən və ya digər bir vətəndaş bu günə kimi hansısa bir jurnalistin müdafiəsinə qalxıbmı ki, saytı da suclayırsan?

Geniral 2019-05-10 21:15:15

Birinci siz azpolitika ve sair metbuatlar ozuvuzden baslayin tedbir gormeye size ne tapsirilir onuda derc edirsiz. Hansisa genirala rutbe verilende sizden melumat aliriq onda lazimdi yazmaq NEYE GORE

qaçqın 2019-05-10 21:15:15

yox ay kərimov-vətən onu parsel parsel satanların deyilki vətən onun uğrunda olmək istiyənlərindir

Azəri 2019-05-10 21:15:15

BİZ BİR MİLLƏT KİMİ YA QEYRƏTƏ GƏLİB DÜŞMƏNLƏRİMİZLƏ ÖLÜM DİRİM SAVAŞINA ÇIXIB TORPAQLARIMIZI ALMALI YA DA Kİ MƏHV OLUB GEDƏCƏYİK. 10 MİLYONUQ 1 MİLYONUMUZ OLMASIN. ANCAQ BU ALCAQLIĞI ÜSTÜMÜZDƏN GÖTÜRMƏLİYİK. VƏTƏNİMİZ TORPAĞIMIZ BİZİ ÇAĞIRIR. QORUYAQ VƏTƏNİMİZİ. ÖLSƏK ÖLƏK SAĞ QALANLAR DA, KİŞİ KİMİ YAŞASINLAR QORUSUNLAR TORPAQLARIMIZI. MƏQALƏDƏ O ŞER ÜRƏYİMİ PARÇALADI. Mənim kimi balan ölsün, ay Vətən!

Sabir 2019-05-10 21:15:15

Hiyə biz yaşayırıq.allahım?

bey 2019-05-10 21:15:15

Çox ürək agrılı məqalədir.

elcin 2019-05-10 21:15:15

can aqrisi ile yazilib- ehsen muellife

Ayrım 2019-05-10 21:15:15

Bu oyunlar əslində coxdan oynanılırdı. Sadəcə indi reallaşıb. Vaxtilə qardaşolub hayastan oxuyanlar və oxudanlar gözəl bilirdilər ki, gec-tez bu torpaqlarda ermənilər yallı gedəcək. 27 il bundan önçə Ağcabədinin taxta körpüsündə dunyaya göz acan körpəyə necə başasalacaqlar ki, Susa bizim olub. Necə ki bizimkilər Göycədən gələndə 1948 ci ildə atamın belə 20 yaşı vardı. Hələözümü demirəm.Göycəni qaytardılarmi ki qaldı Susa və ya digər rayonlarımız. İndi də gürcünün nazı ilə oynayırıq bir azdan şaliko gəlir ey

Azərbaycan vətəndaşı 2019-05-10 21:15:15

Hörmətli müəllif sizin yazdıqlarınızla tam razıyam. Qarabağ hakimiyyət uğrunda mübarizənin qurbanı olub. Bu gün isə günahkar axtarırıq.Laçının işğalı günü,bu gün deputat olanlardan biri sevinə-sevinə Azadlıq radiosuna müsahibə verirdi. Onun müsahibəsindən bir məqamı xatırladıram.Baxmayaraq ki,bu gün Laçın işğal olunub,ançaq sevindirici haldır ki,Bakıda AXC-si hakimiyyətə gəlib. AXC-ni kim idarə edirdi o da hamıya bəllidir.

ADAMSIZ 2019-05-10 21:15:15

Bu meqaleni yazanda ureyin nece partlamasin. Sexsen men titriye titreye oxudum. Men Xocalidan sonra Azerbaycan kisisine nifret etdim. Kim nece isteyir ele basa dussun. Bir kisi ki aglaya aglaya gelir ki arvadim usagim orda qaldi sonra hec ne olmamis kimi yeyir icir. Sonra da teze arvad alib aile sahibi olur. Adinida qoyur ki allahin isidir. Heyat davam edir. Tfu. Vessalam.

Mamed 2019-05-10 21:15:15

Biz utanıb xəcalət çəkməli və hamılıqla silaha sarınıb bu biabırçılığı üzərimizdən götürməliyik.....

Bashirov Qarib 2019-05-10 21:15:15

Сəlal muəllim,çox yaxşı bilirsiniz bu biabırçılıgın səbəblərini.Amma,gunahı hələ heç yaranmamış və prespektivi də olmayan Xalq Hərəkatında görməyinizi sizə yaraşdırmadım.AzTV -nin dediklərini təkrarlamagın heç kimə xeyri yoxdur.Biz millət olaraq,Lazıma inanırıq və əsas da anoloqu olmayan inkişafdır. Qalan şeyləri boş verin getsin.Yalnız, İRƏLİ.

Oxycuya 2019-05-10 21:15:15

Allaha yalvarmaqla heçnə olan deyil ... qeyrətimiz olsa idi indi torpaq bizdə olardı.Qiryətsiz millətin torpağında yadlar oynayar

oxucu 2019-05-10 21:15:15

ALLAHIM BU ƏZİZ GÜNDƏ SƏNƏ YALVARIRAM,BU VİDİOYA BAXIB AĞLIM BAŞIMDAN ÇIXDI ,DALBADAL TƏZİQ DƏRMANI ATDIM.HƏYATƏMDA BELƏ QISQANCLIQ YARANMAMIŞDI MƏNDƏ. NƏ OLAR ALLAHIM BİZİM MİLYANERLƏRİMƏZƏ VAR DƏVLƏT ƏVƏZİNƏ BİR AZ QEYRƏT VER.paşinyanlar,koçaryanlar,sarkisyanlar ŞUŞAMIZDA YALLI GEDİR AT OYNADIR,BAŞBİLƏNLƏRİMİZ PULLARINI SAYIR, BİZ KASIBLAR İSƏ BAXIB HAVALANMAQDAN BAŞQA ƏLACIMIZ YOXDUR. ALLAHIM ÜMÜDİM SƏNƏDİR,BU ERMƏNİ DIĞALARINI YER ÜZÜNDƏN SİL.

avam şofer 2019-05-10 21:15:15

ŞUŞAM GETDİ,BİR BALAM VAR,DİNMƏDİM,MƏNİM KİMİ BALAN ÖLSÜN,AY VƏTƏN.MƏNİM KİMİ BALAN ÖLSÜN AY VƏTƏN....MƏNİM KİMİ BALAN ÖLSÜN AY VƏTƏN...BİZİM KİMİ BALAN ÖLSÜN AY VƏTƏN...

qaçqın 2019-05-10 21:15:15

sağ ol ay şofir---yalnız ölmək bacarığı olan xalq daha yaxşı və şərəfli yaşaya bilər---MƏNİM KİMİ BALAN ÖLSÜN AY VƏTƏN---donuzlar evimizi murdarlıyır---buna necə dozulur

гачгын 2019-05-10 21:15:15

охучуйа---когда ты молишься с,с БОГ слушает -когда ты слушаеш с,с АЛЛАН ГОВАРИТ -КОГДА ТЫ ВЕРИШ С,С БОГ действует,

Вугар керимов 2019-05-10 21:15:15

Все эти комментарии от читателей пишет один человек. Этот человек ... и маргинал. Слог и метод один и тот же. лицемеры вы все. Изо дня в день один и тот же .... пишет от имени разных людей. Не был я в Шуше, не был я в Карабахе, но уроженцы тех мест освоили наши места и уже не думают о своих землях. Им и тут хорошо- живут с несколькими картами банков в карманах и стихи сочиняют, сопли по лицу размазывают. Маразм

Son yazılar