RÜŞVƏTƏ GÖRƏ İŞDƏN ÇIXARILAN RƏİS NAZİRİN ƏMİSİ OĞLUDUR - Gömrükdən açıqlama

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Qırmızı körpü” gömrük postunun rəisi Rəşad Babayevi tutduğu vəzifədən azad edib.

"AzPolitika.info" xəbər verir ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Bbununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.

Unikal.org R.Babayevlə bağlı bəzi məlumatlar əldə edib. Məlumata görə, "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi oğludur.

***

Xatırladaq ki, Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində Türkiyədə müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair yayılan məlumatlara aydınlıq gətirib.

Komitədən verilən məlumatda qeyd edilir ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə "Qırmız Körpü" gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub.

Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirib.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2019-05-21 00:08:31

Kamran hec bir kömrük işçisinin rəiain qoyduğu məbləğdən nə aşağı nədə ki,yuxarı rüşvət almağa ixtiyarı yoxdur.

kamran 2019-05-21 00:08:31

R.BABAYEVİN İŞDƏN ÇIXARILMASI QURAMA İŞDİR.GÖMRÜKDƏN KEÇƏNLƏRİ RƏİS ŞƏXSƏN YOXLAMIR.ONA YANLIŞ MƏLUMAT VERİLİB VƏ O DA YANLIŞ QƏRAR ÇIXARIB.MƏQSƏD İSƏ 1-Cİ XANIMIN KADRLARINI LƏKƏLƏYİB GÖZDƏN SALMAQDIR.BU LƏKƏLƏMƏ KAMPANİYASININ ARXASINDA İSƏ MƏLUM REGİONUN KLANI DAYANIR!

Ə.Ə.S.M.N-nə 2019-05-21 00:08:31

Bismillahir-Rəhmanir-Rəhim. Yeri gəlmişkən deyim ki, ölkəni xoşbəxt etmək üçün, qızıl-gümüşdən çox ədalət lazımdır. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ədallətli qərara görə çox sağ olun.Sizin əlinizi sıxır və təbrik edirəm. Əlavə şərhə ehtiyac yoxdur! Məsələ burasındadır ki, “Qırmızı Körpü” gömrük postunda olan biabırçılığlar, ədalətsizliklər özbaşınalıq haqqında həmişə yazırdılar. Üstəlik bunu açıq şəkildə nümayiş etdirməkdən də çəkinmədilər!Hörməli oxucu! Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevdə əmisi oğlu Rəşad Babayevdən uzaqa getməyib. Eyni metodllar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də işləyir. Maraqlısı budur ki,mənim yazdığım saysız- hesabsız məktublarıma bir ildən çox vaxtırki, cavab yoxdur! Soruşmaq gərəkdir ki, Bu Babayevlər insanlardan nə isəyirlər?....??? Bunun bir sonu olmalı deyilmi?

Vətəndaş 2019-05-21 00:08:31

Rəşad Babayevin nazir Sahil Babayevin əmisi oğlu olması məlumatı tamamilə yanlışdır.Elə kimin familiyası vəzifədə olan bir məmurun familiyası ilə eyni olanda məlumatı olmayanlar yazırlar ki ya qardaşıdır, ya əmisi oğludur və s.Rəşad Malik oğlu Babayevin Sahil Babayevlə qətiyyən heç bir qohumluq əlaqəsi yoxdur.

t.ədalət 2019-05-21 00:08:31

...Bir tərəfdə ermənilər ərazilərimizi işğal edir,vətəndaşlarımızı qətlə yetirir,ermənistan ərazisindəki soydaşlarımılzı yurdundan didərgin salır,digər tərəfdə--ölkəmizdə anası erməni olanlar vəzifələrə dürtürlər.Allah köməyimiz olsun!

Son yazılar