Menu

ABŞ-da pilotsuz poçt yük maşınlarının sınağına başlanıb

21.05.2019, 22:56
ABŞ-da pilotsuz poçt yük maşınlarının sınağına başlanıb

Birləşmiş Ştatlarda Feniks şəhərindən (Arizona) Dallasa (Texas) bağlama aparmalı olan poçt yük maşınlarının sınağına başlanıb.

"Report" "Wired" nəşrinə istinadla xəbər verir ki, "TuSimple" yük maşınları çatdırılmanı kabinadan pilotsuz nəqliyyat vasitəsinin işini müşahidə edəcək sürücü və mühəndisin nəzarəti altında yerinə yetirəcək.

Bildirilir ki, yük maşınlarında quraşdırılmış kameralar min kilometr məsafədən mümkün təhlükəni qeydə almağa imkan verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol