Menu

Bu il Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib

23.05.2019, 11:09
Bu il Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib

Bu ilin əvvəlindən Hesablama Palatası 6 milyon manatdan çox vəsaitin dövlət büdcəsində bərpa olunmasını təmin edib.

“Report” xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bildirib.

"2019-cu ilin ilk 5 ayı ərzində həyata keçirilmiş 2 nəzarət tədbirinin nəticələri hüquq-mühafizə orqanlarına göndərilib. Onların təqdim etdikləri hesabata əsasən, hər bir nəzarət tədbiri ilə bağlı cinayət işi başlanıb”, - deyə V.Gülməmmədov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol