Menu

“O DEPUTATLARIN SƏDAQƏT PROBLEMİ VAR…” – Debatdan qaçan YAP-çılara sərt sözlər

24.05.2019, 19:59
“O DEPUTATLARIN SƏDAQƏT PROBLEMİ VAR…”  – Debatdan qaçan YAP-çılara sərt sözlər

Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzv və funksionerlərindən biri, SOCAR Həmkarlar İttifaqının sədr müavini və İqtisad Universitetinin müəllimi Sadiq Qurbanov hakim partiyanın bəzi deputatlarının müxalifət təmsilçilərilə debatdan boyun qaçırmasına sərt reaksiya verib.

“AzPolitika.info”-nun məlumatına görə, S.Qurbanov mövzuya dair feysbuk statusunda həmin deputatların cəsarət və sədaqəti məsələsini qoyub.

Xatırladaq ki, musavat.com saytının “Canlı debat” verilişinin aparıcısı Sevinc Telmanqızı 30-adək YAP-çı deputatın müxalifət nümayəndələri ilə debata çıxmaqdan imtina etdiyini açıqlayıb. Jurnalist feysbuk statusunda yazır: “Müəllifi və aparıcısı olduğum "Canlı debat" verilişinə dəvət etmək üçün əlimdə YAP-çı deputatlardan ibarət 30 nəfərlik siyahı var, içində də telefon nömrələri. Demək, insanları aldatmağa, yola verməyə, istismar etməyə öyrəşmiş bu zatların bir qismi jurnalistlə də o formada davrana biləcəyini zənn edir. Özlərini elə təqdim edirlər ki, sanki hamısının "vaxtı yoxdu", "silsilə görüşlərdədilər", rayondadır, bir sözlə, atom parçalayıb, dünyanı xilas edirlər. "Bu gün get, sabah gəl" yox ha, "bir-iki həftəyə zəng edərsiz" kimi sayğısız yola vermələr nümayiş etdirirlər.

Ən klassik gedişləri: ilk zəngdən sonra redaksiyanın və bəndənizin telefon nömrəsini bloka atırlar. Ən yaxşı halda məşğula, ya da iqnora qoyurlar. Cavab verəndə isə səslərinin ən aşağılayıcı tonu dövrəyə girir”.

S.Telmanqızı daha sonar YAP rəhbərliyinə müraciətlə yazır: “Burdan YAP rəhbərliyinə, hökumətin piar mütəxəssislərinə səslənirəm: YAP-ın hesabına deputat olub, böyük-böyük imkanlar qazanan, dünyanın parasını, nüfuzunu, imtiyazını və s. əldə edən şəxslər hökuməti, onun mövqeyini bir qəzet tribunasından belə müdafiə etmir, edə bilmir və ya etmək istəmir. Əksər deputatlarınız sizə sadiq deyil, cənab iqtidar partiyası yetkililəri. Müxalifət nümayəndələrindən çəkinəcək qədər hazırlıqsız, videonun altında yazılacaq tənqidi rəylərdən qorxacaq qədər özlərinə inamsızdılar”.

"Həmin deputatların şəxsi hazırlığı, cəsarəti və sədaqəti məsələsidir...”

S.Qurbanov “Cəsarət və sədaqət məsələsi” adlı statusunda Sevinc Telmanqızının yazdıqlarına belə münasibət bildirir: “Dəyərli dostlar və siyasi həmfikirlərim! Dünən sosial şəbəkədə “Yeni Müsavat” qəzetinin redaksiyasında "Canlı debat" verilişinin aparıcısı Sevinc Telmanqızının YAP-çı deputatların müxalifətlə debatlardan yayındığına dair statusunu oxudum və çox məyus oldum.

Xanım qeyd edir ki, 30-dan çox YAP-çı Milli Məclis üzvünü iqtidar siyasətini, hökumətin fəaliyyətini, mövqeyini müdafiə etmək üçün studiyaya dəvət etsə də, onlar müxtəlif bəhanələrlə, bəzən hətta onun nömrəsini bloka atmaqla bu dəvətdən boyun qaçırıblar. Məhz YAP-ın dəstəyi hesabına mandat almış bu şəxslər hökuməti, onun mövqeyini bir qəzet tribunasında belə müdafiə etmir, edə bilmir və ya etmək istəmirlər. Belədə, sual yaranır: NƏ ÜÇÜN?

Nəyə görə bizim bəzi deputatlarımız heç bir sosial dayağı olmayan, yalnız mətbuat vasitəsi ilə mövcudluğunu sürdürən, illərdir uğursuzluq ardınca uğursuzluq yaşayan müxalifətçilərlə debatdan yayınırlar və bununla da istər-istəməz ictimai rəydə belə bir fikrin formalaşmasına rəvac verirlər ki, guya iqtidarı müdafiə etmək çətindir? Həqiqətənmi bəzi iqtidar deputatlarının ehtiyatında iqtidarı müdafiə etmək üçün arqumentləri yoxdur?

sadiq

Düşünürəm ki, guya debatlarda iqtidarı müdafiə etməyin çətin olduğu haqda yaradılmağa çalışılan fikrin zərrə qədər də əsası yoxdur. Azərbaycan Prezidentinin və Birinci Xanımın Azərbaycan naminə həyata keçirdikləri misilsiz fəaliyyəti təqdir edən, onların siyasətini müdafiə edən və bunun ifadəsi olaraq YAP üzvlüyünü seçən, onun xəttilə, onun dəstəyilə parlamentə düşən, müəyyən imtiyazlar qazanan insanların ARQUMENT sarıdan heç bir problemi ola bilməz, olmamalıdır!

Bir problem varsa, bu da partiyamızı təmsil edən və bu gün müxalifətlə debatdan yayınan bəzi deputatların şəxsi hazırlığı, cəsarəti və sədaqəti məsələsidir...”

Əlavə etmək yerinə düşər ki, parlamentin əksər üzvlərinin siyasi hazırlığı yox dərəcəsindədir. Onların bir çoxu, xüsusən də sonuncu çağırışda Milli Məclisə düşənlərin əksəriyyəti bu 4 il müddətində bircə dəfə də olsun plenar iclaslarda çıxış etməyib, mətbuatla canlı ünsiyyətdə olmayıblar. Bu baxımdan, onların müxalifətlə debatlardan yayınmaları başadüşüləndir – bu, biabırçılıqdan qaçmağın ən optimal yoludur.

Bəzi məlumatlara görə, bu vəziyyət siyasi hakimiyyəti də ciddi narahat edir, bu səbəbdən gələn ilki seçkidən sonra parlamentin tərkibinin ciddi dəyişikliyə məruz qalacağı gözlənilir.

Rasim ƏLİYEV

AzPolitika.info

Şərhlər

yusif sirvanli 2019-05-24 19:59:05

senin de regionculuq problemin var

Millet 2019-05-24 19:59:05

Ey insanlar!parlamentde oturanlarin tercumeyi halini oxuyun ve entice cixarin! Yalniz 20 fair onlardan boyuk mekteb kecenlerdir

Adəm 2019-05-24 19:59:05

Bu dəfəki spiker mütləq Samiraldo olacaq.Yəqin o da Moskvada bir neçə spritiz mərkəzləri açaçaq.YAP-n bundan başqa əlacı yoxdur.O qədər gülünc vəziyyətə qalıblar ki,bunların dərdini 10-15 nənəmherik arvad lazımdır ki, ağlasın.Nə qədər gec deyil üzüsulu onlar üçün getmək ən optimal yoldur.

Eyvaz 2019-05-24 19:59:05

Parliament seristeli insanlarin mekanidir,sponsor axtaran,oz sex’s I meselerini hell etmek ucun yer deyil

Za hid 2019-05-24 19:59:05

Yap yegin bu seckilerde daha agilla hereket ede. Yap Samballı insanlarin yeridir

ƏJDƏRƏ 2019-05-24 19:59:05

HÖRMƏTLİ ƏJDƏR MÜƏLLİM ANALOQ SÖZÜNÜN TÜRKCƏSİ-TAYI BƏRABƏRİ -DİR

Sus 2019-05-24 19:59:05

Hörmətli Sadiq o deputatlat zəif deyillər, sadəcə fakt qarşısında qalırlar.Qaldı "ugursuz" dediyin müxalifət 1937-ci ildədə var idi.Lakin Stalinin cəza maşını onları məhv etdi.Sənin stalinin isə fakt qarşısında qalıb.

Bashirov Qarib 2019-05-24 19:59:05

Sadiq muəllim yaman odlu- odlu danışır,siyasi savadını gözə soxur.Ay Sadiq muəllim,necə yəni, bu vəziyyət siyasi hakimiyyəti də narahat edir,gələn dəfə parlamentin tərkibi dəyişdiriləcək.Yəni, demək istəyirsən ki,parlamenti iqtidar istədiyi kmi təyin edir və gələn dəfə başqalarını təyin edəcək.

alı 2019-05-24 19:59:05

Nəyi və niyə danışsınlar? Bunlar nə danışsalar əks təbligat effekti verir, insanlarda ikrah hissi yaradır.Axı nə qədər bal adlı şoru yemək olar? 1 gün,2 gün. Day 25 il yox da...Danışmayanda da deyirlər YAP susur.Əsil dalana dirənməkdir.YAP-ın başına 10-12 ildir bir yekə daş düşüb qalıb altında.Ona görə də "Bəxtiyar" filmindəki kimi "mən tək həm kontrabasda" ifa edirəm, həm goplayıb təblig edirəm, həm maliyyə müdiri həm poçtalyonluq edirəm və sair və ilaxir...

Kamal 2019-05-24 19:59:05

Terbiyesi olmayanlar, deyerleri olmayanlar needen danisacaqlar?yeniler sponsor axtarmaqdadilar,Ontario ucun veten anlayisi yoxdur. Bilikleri olsada bele meneviyyat meselerine problemleri var.

Nise 2019-05-24 19:59:05

Yeni teyin olunan deputatlarin messed bir vezife almaq be tutduglari vezifeden behrelenmekdir. Ontario o kursude otudanlar cox boyuk sehf edibles. Onlar hansi mektebi kecibler ki? Parliament cocuq yeri detail

Telman 2019-05-24 19:59:05

Hanoi sedeqetden danisirsis. Parlamrnte hec ozleri gozlemeden daxil olan Sonalar, Naqifler,Dilareler,Ulviyeler ve sairler hele harada oturduqlarini basa dusmurler. saytlara para verib her movzudan yazirlar. Onlarin parlamentde olmasi millet ucun tehgirdi

kamil 2019-05-24 19:59:05

O debatlara lal-kar ’DEPUTAT’AZER KERIMLINI DEVET EDIN.

N.Filkinşteyn 2019-05-24 19:59:05

Niyə gələn il? Sentyabrın 15-nəcən Parlamentə (azı 75%nin dəyişməsilə) və noyabrın 9-na qədər də Bələdiyyələrə indidən seçkilər elan etmək normal seçim imkanı verər. Ölkədə nəinki iki partiya, heç ikicə şəxs arasında yüksək anlaqlı və inamlı münasibətlər hiss edilmir. Əhali də, dövlət də yarıdan yuxarı borcda?

t.ədalət 2019-05-24 19:59:05

Nə qədər ki "itidar-müxalifət" söhbəti davam edir,biz heç vaxt işğal altında olan Dağlıq Qarabağ və ətaraf rayonları azad edə bilməyəcəyik.Azərbaycan xalqının birliyini zədələyən bu siyasət də ermənilərə xidmət edir.Siyasi düşərgələrə bölünmüş xalqın gücü olmur.Bizdə bölgü,əslində "rus - erməni casusları və vətənpərvərlər" şəkilində aparılmalıdır.Xalqı dərdləri birləşdirmirsə,deməli,onların gen poroblemləri var..

Arslan 2019-05-24 19:59:05

Parlamentin əksər üzvlərinin nəinki siyasi, hətta ümumi bilik səviyyəsi çox aşaöıdır. S.Qurbanova gəlincə, görünür, gələcək parlamentdə yerini təmin etmək uğrunda vaxtında hərəkətə keçib.

EJDER 2019-05-24 19:59:05

CUNKI ONLRIN COXUSUANALOQU OLMAYAN HOKUMETIMIZIN,,WEREF ,,WOHRET ,,ORDENLI ...LARIDI... AGIZLARINI ASAN KIMI...TOKULUR,YIQIB,YIQIWDIRMAQ OLMEYER. YAP CILAR,GOP CULAR...HEJE DEYERLER,,WIROKO WAQAYET ANALOQU OLMAYAN HOKUMET....HA HA HA EYRIVICDANLAR PARTIYASI

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol