Menu

"İŞİD" Qafqaza yürüş edəcəyi ilə hədələdi

03.09.2014, 08:50
"İŞİD" Qafqaza yürüş edəcəyi ilə hədələdi

“İslam Dövləti” terror qruplaşması internetdə yaydıqları video çarxda Çeçenistan və Qafqazda müharibəyə başlamaqları ilə hədələyiblər.

Bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Video görüntüdə “İslam Dövləti” qüvvələrinin ələ keçirdikləri Suriyanın Rakka əyalətində yerləşən Tabaka hərbi aerodrom əks olunub. Qırıcı təyyarənin kabinəsində olan silahlı Çeçenistan və Qafqazı “azad etmək” niyyətində olduqlarını elan edib. Qeyd edək ki, video görüntüdə terrorçunun nitqi naməlum şəxs tərəfindən rus dilinə tərcümə edilir.

Bundan başqa, silahlılar prezident Bəşəq Əsədi hədələyərək hökumət qoşunlarına aviazərbələr endirəcəkləri ilə də hədələyiblər.

Qeyd edək ki, “İslam Dövləti” terror qruplaşması avqustun sonunda Tabaka hərbi aerodromunu

ələ keçirib. Nəticədə hərbi bazada olan ağır artilleriya sistemləri, tanklar və döyüş təyyarələri qruplaşmanın nəzarətinə keçib. / APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol