Göygöl rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar - 35 yaşlı Elmin Zeynalov və 38 yaşlı Sehran Məmmədovadır.
Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisə Aşıqlı kəndi ərazisində qeydə alınıb. "Niva" markalı avtomobil yol kənarında dayanmış "VAZ" markalı maşına çırpılıb. Nəticədə "VAZ" zərbənin gücündən aşıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər