Nəqliyyat Nazirliyinin 2008-ci ildə ölkəyə idxal edilən sərnişin avtobuslarını özəlləşdirməyə başlamasının ilginc səbəbləri məlum oldu

Nəqliyyat Nazirliyi 2008-ci ildə ölkəyə idxal edilən sərnişin avtobuslarını özəlləşdirməyə başlayıb. Birinci mərhələdə hərraca MAN (10 ədəd) və MAZ (5) markalı 15 avtobus çıxarılıb.

MAN Lions Classic A 74 avtobusları 76 879 manata təklif edilir. Belarusun MAZ-203067 avtobusları 70 223 manata təklif edilir.

Əmlak Məsələləri Dövlət Komitəsindən bildiriblər ki, əmlakı satışa çıxarmaq balans sahibinin hüququdur. «Görünür, avtobuslar mənəvi cəhətdən köhnəldiyi üçün satışa qoyulub», deyə ƏMDK-dən bildiriblər.

Cəmi 4-5 il əvvəl alınan bu avtobuslar niyə belə tez köhnəldi?

Əlbəttə, hər bir dövlət qurumu, öz balansındakı əmlakla bağlı qərar verə bilər. Ancaq bu heç də həmin təşkilata, onun rəhbərinə dövlət vəsaiti hesabına alınan əmlakdan istədiyi kimi istifadə etmək hüququ vermir. Eyni zamanda hər bir dövlət qurumu müəyən bir əmlakı alarkən onun səmərəliliyini nəzərə almalı, büdcə vəsaitinin lazımsız yerlərə xərclənməməsinə çalışmalıdır.

Azəraycanda, əlbəttə bu məsələlər ən sonda diqqətə alınır. Dövlət qurumlarının rəhbərləri başçılıq etdiyi təşkilatın balansındakı əmlakın alınması, satılması, istifdəsi ilə bağlı qərar verərkən ilk öncə öz şəxsi maraqlarını, ciblərini fikirləşirlər. Nəqlyyat Nazrliyinin, onun tabeçiliyindəki qurumların rəhbərləri də bu cür düşüncədən uzaq deyillər. Elə avtobuslarla bağlı yarranmış vəziyyətin də başlıca səbəbi budur.

Qeyd edək ki, Nəqliyat Nazirliyindəki mənblərdən bununla bağlı «AzPolitika.info»ya ilginc məlumatlar daxil olub. Həmin məlumatlara əsaslanaraq deyə bilərik ki, nazir Ziya Məmmədov avtobusları özəllşdirməyə çıxarmaq məcburiyyətində buraxılıb. Bunun səbəbi haqda birqədr sonra məlumat vercəyik. Ancaq əvvəlcə bəzi məsələrə aydınlıq gətirməyi vacib hesab edirik.

Belə ki, mənbənin sözlərinə görə, avtobuslar mənəvi cəhətdən köhnəldiyi üçün satışa qoyulması haqda deyilənlər yanlışdır. Əvvalə cəmi 5 il əvvəl alınan bu avtobusların belə qısa müddətdə köhnəlməsi sual doğurur. Xüsusən də Almaniyada çox yüksək qiymətə alınan «MAN» atobuslarının. Hansı ki, şirkət bu avtobusların uzunmüddətli istismarına zəmanət verir.

İkincisi də, mənəvi cəhətdən köhnəlmiş belə avtobusların satışa çıxarılmasının özü də məntqsizdir. Çünki bu atobuslar yalnız sərnişindaşıma üçün yararlıdır. Nazirliyin köhnəldiyi üçün satışa çıxardığı bu avtobusları hansı şirkət və niyə alıb yenidən istismara buraxmalıdır? Özü də belə yüksək qiymətə?

Qeyd edək ki, ƏMDK-dən verilən məlumatda birinci mərhələdə hərraca çıxarılan avtobusların sayı haqda məlumat verilib. Bu isə o demədir ki, digər avtobuslar növbəti mərhlələrdə satışa çıxarılacaq. Avtobusların tam sayı haqda isə nə ƏMDK, nə də Nəqliyyat Nazirliyi məlumat verir.

Bir avtobusa 250 min dollar- çox deyilmi?

Nəqliyyat Nazirliyindəki mənbəmizin dediyinə görə isə 2008-2009-cu illərdə dövlət büdcəsinin hesabına 600-dən artıq avtobus alınıb. Onlardan təxminən 550-si üç qapılı iri avtobuslardır ki, Nəqliyyat Nazirliyi tərəfindən hərraca çıxarılan da belələridir. Ancaq onların nə qədərinin həraca çıxarılacağı haqda mənbəmizdə dəqiq məlumat yoxdur. Zatən bunların hərracda satıla biləcəyi də şübhə doğurur.

Baxmayaq ki, Nəqliyyat Nazirliyi avtobusları aldığı (daha dəqiqi rəsmiləşdirdiyi -müəl.) qiymətdən xeyli aşağı qiymətə təklif edir. Belə ki, yuxarıda məlumat verildiyi kimi nazirlik Almaniya istehsalı olan MAN Lions Classic A 74 avtobuslarını 76 879 manata, Belarusun MAZ-203067 avtobuslarını isə 70 223 manata təklif edir. Hərracda bu qiymətlərin bir qədər də aşağı salınacağı istisna deyil.

Ancaq cəmi 4-5 il öncə Nəqliyyat Nazirliyi bu avtobuslar üçün büdcədən külli miqdarda vəsait sərf edib. Belə ki, dövlət vəsaiti hesabına Almaniyanın «MAN», Koreyanın «DAEWOO» və Belarusun «MAZ» avtobusları alınıb. Hərəsindən nə qədər alındığı Nazirlik tərəfindən dəqiq məlumat açıqlanmayb. Nəqliyyat Nazirliyindəki mənbələrdən verilən məlumata görə isə, alınan iri tutumlu avtobusların əksəriyyəti Koreyanın «DAEWOO şirkətinə məxsusdur. İkinci yerdə Almaniyanın «MAN» şirkətinin istehsalı olan avtobuslar dayanır. Hələ bu avtobuslar gətirlən dövrdə verilən məlumatda bilidirilirdi ki, Bakıya iritutumlu 250 “DAEWOO” və 200 ədəd “MAN”ın gətirilib. Bu avtobusların alınmasına isə dövlət büdcəsindən təxminən 82 milyon dollar xərcləndiyini bəyan edilmişdi.

O ki qaldı dövlət xətti ilə Belarusdan gətirilən «MAZ»lara, onlarla bağlı da anlaşılmaz məqamlar var. Məsələn, söhbət etdiyimiz mütəxəssislərin sözləricə görə, bu avtobuslar o qədər keyfiyyətsiz çıxıb ki, hökumət onlardan cəmi 20-ni almaqla kifayətlənib.

Anlaşılmazlıq isə yalnız Nəqliyyat Nazirliyinin büdcə vəsaitini keyfiyyətsiz avtobuslara xərcləməsində deyil. Həm də bu avtobusların qiymətlərindədir.

Belə ki, Nəqliyyat Nazirliyi rəsmiləri «MAN» markalı avtobusların birinin 250 min dollara, «DAEWOO» markalı iritutumlu avtobusların birinin 156 min dollara, «MAZ»lar isə birinin 139 min dollar başa gəldiyin açıqlayıblar.

Nəqliyyat Naziriyi 156 min dollara rəsmiəşdirib, Gömrük Komitəsi 49 min dollara...

Ancaq həm mütəxəsislərin rəyləri, həm də Statistika və Gömrük komitələrinin açıqlaığı rəqəmlər göstərir ki, bu avtobusların alınmasında böyük miqdarda korrupsiyaya yol verilib. Zatən belə olmasaydı təəccüblənərdik...

Diqqət edək: Hələ bu avtobuslar alınarkən, «Azadlıq Radiosu» «Korea herald» informasiya agentliyinə istinadən məlumat vermişdi ki, Azərbaycan hökuməti ilə Koreya zavodu arasında bağlanan müqaviləyə əsasən «Daewoo international» şirkəti Bakıya min avtobus göndəriləcək. Bu agentliyin bülletenində qeyd olunur ki, min avtobusa 60 milyon dollar ödəniləcək. Yəni avtobusun birinin qiyməti 60 min dollar olub (Qeyd edək ki, bu rəqəm reallığa daha yaxındır. Çünki marşrut asahibləri iki qapılı «DAEWOO» markalı avtobusların ölkəyə 40 min manata (50 min dolara) gətirildiyi halda iş adamlarına 83 min manata satıldığını bildirididlər-müəl.).

Bu sazişə əsasən, Koreya tərəfi Azərbaycanı nəinki ucuz avtobuslarla, həm də onların təmiri üçün lazım olan avadanlıqla təchiz edəcək. Yəni, avtobusların qiymətinin daha aşağı olduğu da istisna deyil.

Gömrük Komitəsinin açıqladığı rəqəmlər də belə düşünməyə əsas verir. Belə ki, Gömrük sənədlərinə görə, 2008-ci ildə Koreyadan 276 ədəd avtobus gətirilib. Və onlara 13 milyon 567 min 600 dollar xərc çəkilib. Yəni hərəsi təxminən 49 min dollara.

Halbuki, Nəqliyyat Nazirliyinin rəsmiləri Koreyadan gətirilən avtobuslar üçün azı 100 min dollar ödənildiyini bidiriblər. İri tutumlu- 3 qapıı avtobusların qiymətinin isə 156 min dollara olduğu bəan edilib.

İndi bundan sonra gəl tap görək, hörmətli Ziya müəllim bu avtobusların alınmasında nə qədər BÜDCƏ VƏSAİTİNƏ «QƏNAƏT» edib?!

250 min dollara alındığı iddia olunan avtobus Gömrükdə 35 min dollar rəsmiləşdirilib

Maaqlıdır ki, belə qarışıqlıq yalnız «DAEWOO» markalı avtobuslarla bağlı deiyl. Almaniyadan gətirilən «MAN»larla bağlı da eyni vəziyyət höküm sürür. Belə ki, Nəqliyyat Nazirliyinin rəsmiləri «MAN»ların birinin alınmasına 240-250 min dollar ödənildiyini bəyan ediblər. Şirkət bu sazişlə bağlı açıqlama verməsə də, eyni modellərin digər MDB ölkəlrində 170-180 min dollara satıldığı məlumdur. Əllbəttə, Azərbaycana belə baha başa gəlməsi gömrük rüsumları və digər xərclərlə bağlı ola bilər. Ancaq qəribə də olsa, Dövlət Statistika Komitəsinin Gömrük Komitəsinin sənədlərinə əsasən açıqladığı hesabatdan məlum olur ki, 2008-ci ildə Almaniyadan 23 avtobus alınıb ki, buna da cəmi 798.300 dollar xərc çəkilib. Yəni bu hesabla, avtobusların birinin qiyməti təxminən 35 MİN DOLLARA düşür.

Ortada bu qədər fərqin olmasına izah tapmaq çətindir. Bəzi ekspertər bunu gömrükdə qeyri-rəsmi olaraq qiymətlərin aşağı salınması ilə izah edir. Yəni, qiymətləi aşağı salırlar ki, rüsum az yazılsın, büdcəyə daha az pul keçirilsin. Ancaq birdən-birə qiymtin 5 dəfə azaldılmasını da inandrıcı hesab etmirlər.

Nəqliyyat Nazirliyi Almaniyadan işlənmiş avtobusları gətirib?

Elə daha aşağı keyfiyyətli Belarusdan gətirilən «MAZ»ların hər birinin gömrükdə Nəqliyai Nazirliyinin iddia etdiyi kimi 139 min dollara rəsmiləşdiilməsi də düşündürücüdür. Sual olunur: Əgər avtobusların qiyməti gömrükdə aşağı salınıbsa, niyə «MAZ»larınkı azaldılmayıb?

Bu sualın dəqiq cavbı əlbəttə Nəqliyai Nazirliyinin və Gömrük Komitəsinin rəsmilərinə məlumdur. Ancaq ehtimal etmək olar ki, Belarus şirkəti ilə məsələ «yerində həll olunub». Yəni, razılaşdırılaraq qiymətlər yüsək yazılıb.

Ancaq Almaniya və Koeya şirkətləri ilə isə belə razılq əldə olunmadığından, onların qiymtlərini idxal sənədlərində yüksək göstərmək mümkün olmayıb.

Belədə Almaniya və Koeya avtobuslarının Belarusdan gətirilən avtobudan necə aşağ qiymətə olması sual ortaya çıxır. Axı dövlət rəsmisi özü də qeyd edirdi ki, alman maşınları ən bahalılarıdır.

Bununla bağlı onu qeyd etk olar ki, əvala Belarusdan gətirilən «MAZ»ların qiymtinin yerində «razılaşdırılaraq» xeyli şişirdildyi etimal olunur.

İkincisi də bəzi mənbələrin iddiasına görə, Nəqliyyat Nazirliyi tərəfindən Almaniyadan yeni adı altında gətirən AVTOBUSLARIN ƏKSƏRİYYƏTİ ƏSLİNDƏ İŞLƏNMİŞ OLUB. Onlar həmin şirkədə rekanstruksiya olunaraq Azərbaycana gətirilib. Qiymətdə fərq də bununla izah olunur...

İstismara buraxldıqdan az sonra sürücülərin yeni adı ilə onlara verilən avtobusların normal işləməməsindən şikayətlənməsi də bununla bağlanırdı. Hansı ki, sürücülər yeni avtobusların əyləc sisteminin normal işləmədiyini xüsusilə vurğulayırdılar. Avtobusar yeni gətirilən zaman tez-tez baş verən qəzalar da bununla bağlanırdı.

Bunan əlavə 139 min dollara alındığı idia edilən Belarus «MAZ»ların 70 min manata (təxminən 90 min dollara) hərraca cıxarıldığı halda, bunda az qala iki dəfə baha aınan Almaniya «MAN»larının cəmi 76 min manata ( təxminən 97 min dollara )hərraca ıxarılması da ortada ciddi maxinasiyanın olduğundan xəbər verir. Söhbət 10 milyonlarla manatın mənimsənilməsindən gedir...

«Transqeyt» şirkəti də Hafiz Məmmədovun nəzarətinə keçib!

İndi isə qayıdaq, əsas suala: Ziya Məmmədov nədən bu avtobusları adığı və ya rəmiləşdirdiyi qiymətdən dəfələrlə aşağı qiymətə satmaq istəyir?

Bununla bağlı mənbənin bizə verdiy məlumatlar ilgincdir.

İlk növbədə qeyd edək ki, mənbənin sözlərinə görə, dövlətin xəttilə gətirilən 550-yə yaxın üç qapılı iri avtobus, o cümlədən «MAN»lar və «MAZ»lar Ziya Məmmədovun oğlunun nəzarətində olan «Transqeyt» şirkətinin istismarına verilib. Kiçik bir hissəsini isə «M-Trans» işlədib.

Yəni sürücülərdən güdəlik planı Anar Məmmədovun şirkəti yığıb, əvəzində dövlətə müəyyən miqdarda vəsait ödəyib. Bu ödəmələrin miqdarı, ödənilib-ödənmədiyi barədə məlumatımız yoxdu. Ancanq o məlumdur ki, bu avtobusların hər birindən hər birindən gündəlik 160-200 manat plan toplanıb. Bu isə «Transqeyt» şirkətlinin yanız dövlətin xəttilə gətirilən avtobusların istismarından hər il 30 milyon manata yaxın qacanc götürməsini söyləməyə əsas verir.

Marqlıdır ki, ötən ilin AVQUST ayında Ziya Məmmədov belə yüksək qazancla işləyən bir şirkəti- «TRANSQEYT»i könə biznes şəriki, «HAFKA» KİMİ TANINAN HAFİZ MƏMMƏDOVA ADINA DÖVR EDİB.

Qeyd edək ki, «AzPolitika.info» hələ ötən ilin iyul ayında bu istiqamətdə danışıqdarın getdiyinə dair məlumat vermişdi ( Bax: «ZİYA MƏMMƏDOV AİLƏ ŞİRKƏTLƏRİNİ BAŞQA ADLARA KEÇİRİR» adlı məqaləyə- müəl.). Ancaq saytımızda bu məlumat çıxdıqdan sonra proses kifayət məxfi aparıldığından, əlavə bilgilər əldə edə bilməmişdik.

Ancaq bu günlərdə öyrənə bildik ki, həmin vaxt Ziya Məmmədov oğlu Anar Məmmədovun «Bank of Azərbaycan»dakı payı ilə yanaşı «Transqeyt» şirkətini də Hafiz Məmmədovun adına keçirmək (və ya satmaq-müəl.) məcburiyyəində qalıb. Ona görə «məcburiyyəində qalıb» deyirik ki, nazirin ailə biznesnə daxil olan bu təsisatlar- istər «Transqeyt», istərsə də «Bank of Azərbaycan» yüksək gəlirlə işləyirdi. «Transqeyt» şirkəti paytaxtın marşrut bazarının böyük hissəsinə nəzarət edirdi. Şirkətin 40-a yaxın marşurutda 800-dən artıq avtobusunun işlədiyi bildirlir. 10 faiz gəlirlə işləyən şirkəti isə insanlar yalnız məcburiyyt qarşısında qaldıqda satırlar.

Nəqliyyat sektoru niyə addım-addım Ziya Məmmədovdan alınıb, köhnə şərikinin nəzarətinə verilir?

Hörmətli nazirimizi buna məcbur edən səbəbi dəqiq bilməsək də, qeyd olunanların Ziya Məmmədovun son vaxtlar «Hafka»nın adına keçirdiyi biznes subyektləri bunlarla yekunlaşmadığı məlumdur.

Bundan əvvəl məlumat verdiyimiz kimi, dəmir yolunda əsas gəlir mənbəyi olan yükdaşımalarla bağlı maliyyə əməliyatlarını həyata keçirən “Transoil” MMC də Hafiz Məmmədovun adına keçirilib. Hansı ki, Ziya Məmmədovun ailə şirkəti hesab olunan “Transoil” MMCnin illik gəliri 100 milyonlarla manatla ölçülür.

Eyni zamanda nəqliyyat sektorunda fəaliyyət göstərən bir çox şirkət və MMC-lərin də Ziya Məmmədovdan alınaraq, «Hafka»nın nəzarətinə verildiyi bildirilir. Bu haqda saytımızda məumat verildiyindən, təkrarlamırıq.

Bütün bunlar isə nəqliyyat sektorunun addım-addım Ziya Məmmədovdan alınaraq. Hafiz Məmmədovun nəzarətinə verildiyini göstərir. Mənbəmiz bunun səbəbini nəqliyyat sektorunda yığılan pullaın «it-bata»düşməsi ilə əlaqələndirir. Onun iddiasına görə, Hafiz Məmmədova bu sahədə «səliqə-səhman» yaratmaq tapşırılıb. Elə şəhər nəqliyyatnda həyata keçrilən islahatlar, marşurutların sayının azaldılması da bununla bağlanır.

Hafiz Məmmədov iritutumlubu avtobusları Ziya Məmmədov qaytarıb

Mənbənin sözlərinə görə, «Transqeyt» «Hafka»nın nəzarətinə keçdikdən sonra, şirkətdə ciddi yoxlamalar aparılıb, rəhbərlikdə və alt qatda müəyən dəyişikliklə edilib.

Mənbnin iddiasına görə, Ziya Məmmədovun dövlət xəttilə alınan və ötən illər ərzində «Transqeyt»in istismarında olan avtobusları satışa çıxarması da şirkətin Hafiz Məmmədovun nəzarətinə keçməsi ilə bağlıdır. Bunun dəqiq səbəbini bilməsə də iki ehtimal irəli sürür.

Birinci ehtima odur ki, şirkət ötən illər ərzində dövlət xəttilə alınan avtobusların itismarından xeyli gəlir əldə etsə də, dövlətə cüzi ödənişlər həyata keçirib. Yəni, avtobuslara yönəldilən vəsait geri qayıtmayıb. Həmin avtobusların alınmasından 5 il ötdüyündən ola bilsin Maliyyə Nazirliyi dövlətin bu istiqamətdə sərf etdiyi vəsaitin qaytarılmasını tələb edir. «Transqeyt»in yeni sahibi isə bunu veməkdən imtina etdiyndən, Ziya Məmmədov həmin avtobusları satışa çıxarmaq məcburiyyətində qalıb.

İkinci ehtial odur ki, «Transqeyt»də müəyən dəyişikliklər edən Hafiz Məmmədov iritutumlubu avtobusları şəhər nəqliyyatında işlətməyi məqsədəuycun hesab etmir. Qeyd edək ki, mütəxəsislər və sürücülər də belə avtobusların əsasən, uzaq məsafələrə sərnişin daşımaq üçün nəzərdə tutulduğunu bildirilər. Bu avtobusların Bakı kimi sıx və küçələri dar olan şəhərlərə yaramadığı qeyd olunur. Çünki yollar dar olduğundan onların dönməsində problemlər ortaya çıxır. Eyni zamanda “tormoz” sistemi çox ağır işlədiyindən hərəkətin intensiv olduğu Bakı kimi şəhərdə onları tez-tez saxlamaq problem yaraır, qəzalara səbəb olur. Ona görə də, Hafiz Məmmədovun bu avtobusları istismardan çıxararaq Nəqliyyt Nazirliyinə geri qaytarması da inandırıcı ehtimaldır.

Elə qeyd olunan səbəblərdən Nzirliyin bu avtobusları hərraclarda sata biləcəyi də mümkünsüz sayılır. Bu isə yəqin ki, nə Zya Məmmədovu, nə də Hafiz Məmmədovu o qədər də maraqlandırmır. Çünki batan dövlətin puludu.

Murad Məmmədov

AzPolitika.info