Tovuzda avtomobil qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Əlimərdanlı kənd yolunda avtomobilin idarəetmədən çıxaraq arxa düşməsi nəticəsində, Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Ehtiram Quliyev müxtəlif bədən xəsarətləri alıb. Qəza zamanı avtomobildə daha 2 nəfər olub. Onlar isə ciddi xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər