Menu

Türkiyə son dünya çempionunu meydandan sildi - AVRO-2020

09.06.2019, 00:39
Türkiyə son dünya çempionunu meydandan sildi - AVRO-2020

AVRO-2020-nin seçmə mərhələsinin 3-cü tur qarşılaşmasında Türkiyə Fransanı qəbul edib.

"AzPolitika" xəbər verir ki, H qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanan Türkiyə millisi, bu dəfə Fransanı sözün əsl mənasında meydandan silib. Oyun boyu son dünya çempionuna şans tanımayan qardaş ölkə çətinlik çəkmədən qələbə qazanmağı bacarıb. Türkiyəyə 3 xalı, qrupda liderliyi və tarixində Fransaya qarşı ilk qələbəsini qazandıran qolları 30-cu dəqiqədə Kaan Ayxan və 40-cı dəqiqədə Cengiz Önder vurub.

Xatırladaq ki, Türkiyə H qrupunda Fransa, İslandiya, Albaniya, Moldova və Andorra ilə mübarizə aparır. 3 turdan sonra Türkiyə 9 xalla qrupun vahid lideridir

Şərhlər

dadaşyev 2019-06-09 00:39:22

Necə yəni "sözün əsl mənasında meydandan siliblər"?A balam,"Sözün əsl mənası" onun məcazi yox,birbaşa mənasıdı.Bu ifadə televiziyada səhər-axşam eşidilir,xüsusilə də aparıcı-aktrisa Mətanət yerli-yersiz işlədir.Bu ifadə nə vaxt işlənməlidir?Misalçün,"Səni tanıdığım gün başıma daş düşdü".Bu birbaşa deyil,məcazidi,yəni kaş ki səni tanımayaydım.Amma səni tanıdığım gün hansı balkondansa başıma həqiqətən də daş düşübsə,bu artıq sözün əsl mənasıdı.Türklər meydandan pol əskisiylə,süpürgəylə siliblər fransızları"

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol