Menu

İran yeni hava hücumundan müdafiə sistemini təqdim edib - "Xordad-15"

09.06.2019, 20:10
İran yeni hava hücumundan müdafiə sistemini təqdim edib - "Xordad-15"

Bu gün İran Müdafiə Nazirliyi “Xordad-15” mobil hava hücumundan müdafiə sistemini təqdim edib.

Müdafiə naziri Əmir Hatəmi Tehranda keçirilən mərasimdə təqdim edib.

Müdafiə naziri deyib ki, “Xordad-15” 150 km məsafədə hərbi təyyarə və pilotsuz təyyarələri aşkarlamaq və 120 km məsafədə “Sayad-3” raketləri ilə məhv etmək qabiliyyətindədir. “Xordad-15″kiçik obyektləri 85 km məsafədə aşkarlamaq və 45 km diapazonda məhv edə bilir. Ə. Hatəmi sistemin eyni zamanda 6 hədəfi izlədiyini qeyd edib.

“Xordad-15” 5 dəqiqəyə hazır vəziyyətə gətirilir.

Yeni silah artıq İran ordusunun sərəncamına verilib. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol