SABİQ NAZİR ÖLKƏDƏN 14 MİLYON DOLLARI NECƏ ÇIXARDI? - FOTOLAR

2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini işləmiş İsmət Abbasovun Azərbaycandan 14 milyon dollardan artıq pul çıxarıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook"da səhifəsində yazıb.

Jurnalist qeyd edir ki, sabiq nazir 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.

1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu ilin noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı 19 Edinburgh Drive, Staines-Upon-Thames, England olaraq göstərilir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.

Keşmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb.

2018-ci martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.

Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Lindonda Aston House Cornwall Avenue-də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb.

KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini – AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.

635x100

Şərhlər

Nurəddin-ə 2019-06-17 18:33:51

İngiltərəyə,Maltaya,Çexiyaya,Türkiyəyə,Ukraya.Rusiya və digər ölkələrə Azərbaycanın var-dövlətini daşıyanlar YAP-ın öndə gedənləri olduğu bəlli olduğu halda Azərbaycan hakimiyyəti niyə bu hallara biganəlik göstərir? Əsas məsələ budur! Əli Əhmədov YAP-ın icraçı sədridir!

zaur 2019-06-17 18:33:51

NURəddin bəy,ölkə özü şərait yaradır ki pullar talanıb xaricə daşınsın, təki xalqa qismət olmasın.

vətənpərvər 2019-06-17 18:33:51

davamı-QARABAĞ torpalarımızı azad edərdilər və Dünya səviyyəsində 1000 illərlə tarixə düşərək ad-san qazanardılar.Hanı bunlarda qeyrət.Bir zamanlar İsmət jurnalist oğlu ilə əlaqədar sual vermişdi. İsmətin cavabı bu olmuşdu-mənim oğlum xarici ölkəyə yalnız təhsil almağa gedib,mən və mənim oqlum sizlərin düşündüyünüz insanlardan deyilik.Maraqlısı budur ki, bu barədə AR Prezidenti,Baş Prokuror,DTX bilir və görəsən niyə bu barədə araşdırmalar aparmır? Ancaq İsmət və oğlu unutmasın ki,ALLAH hər çeyə qadirdir.

vətənpərvər 2019-06-17 18:33:51

Millətin aşağı təbəqəsi yaşayış üçün çətinlik çəkir,bu qudurmuşlar isə Vətənin varidatını talayıb xarici ölkələrdə təm-təraqlı həyat sürürlər.Görəsən bunların qanında vətənə,torpağına sevgisi varmı?Görəsən bu qudurğan ağızlarından süd iyi gələn vətən,qeyrət nə olduğunu anlamayan,düşmənin vətəninə qarşı haqsızlığını dərk etməyən bəzi məmur övladları tutduğu iyrənc əməllərini dərk edirlərmi? Bunların valideyinlərində vətən qeyrəti olsaydı xarici ölkələrə yatırdığı milyardlarla big günün içində QARABAĞ torpaq

yusif-1313 2019-06-17 18:33:51

Azərbaycan adli ölkədə dövlət və hakimiyət adli qurumlar varmi?Vardilarsa hara baxirlar?

NURrəddin 2019-06-17 18:33:51

Azərbaycanda nə qədər oğru, basmaçı var hamısı İngiltərəyə yığılıb.Görəsən bu ölkə bunun fərqindədirmi?

Son yazılar