Menu

Azərbaycanda yay fəsli başlayıb

21.06.2019, 20:01
Azərbaycanda yay fəsli başlayıb

Azərbaycanda yay fəsli başlayıb.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, yay fəsli ölkəyə saat 19:54-də daxil olub və sentyabrın 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 11.50-də Azərbaycanda payız fəsli, dekabrın 22-si 08:19-da isə qış fəsli başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol