SABİQ NAZİRİN OĞLU DİNİ TƏRİQƏTƏ QOŞULUB - İsmət Abbasov açıqlama verdi

Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxmasına və bununla belə övladının radikal dini təriqətin üzvü olmasına  münasibət bildirib.

İsmət Abbasov özü və oğlu barəsində KİV-lərdə gedən məlumatları özəl olaraq Unikal.org-a şərh edib: “Mən dünən Bakıdan xaricə gəlmişəm. Dünənə kimi, paytaxtda olmuşam. Özüm və övladım barəsində yayılan “məlumatarı” əlbəttə ki, oxuyuram. Bu “məqalələri” gülüşlə qarşılayıram. Təbii ki, barəmdə yazılanlar şər və böhtan xarakter daşıyır. Yazılanlar yalan informasiyadır...”.

Sabiq nazir oğlunun radikal dini təriqətə üzv olmasına isə belə aydınlıq gətirib: “Sonuncu, övladım barəsində yazılanlarla tanış olmamışam. Hazırda burada səhər saat 7-dir. Yuxulu olmağıma baxmayaraq, yazanlara demək istəyirəm ki, mənim oğlum nümunəvi bir oğlandır. O nə deməkdir? Bu nə böhtandır? Mənim heç bir narahatçılığım yoxdur. Bundan sonra da barəmdə kim nə yazır, qoy yazsın! Özləri bilər! Hamıdan yazırlar, qoy məndən də yazsınlar”.

***

Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə isə onun dini baxışları ilə bağlı xəbərlər yayılıb. “Yeni Müsavat”a etibarlı mənbənin verdiyi məlumata görə, Y.Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır.

Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. Özünün açıqlamalarına görə, orada özünə biznes qurub. Belə iddialar da var ki, oğul Abbasovun Londondakı biznesi ata Abbasovun  kapitalı hesabına formalaşıb, dirçəlib. İsmət Abbasov isə heç vaxt biznesmen olmayıb, onun məmur olaraq maaşı da oğluna böyük varidat ötürməsinə imkan verəcək qədər deyil. Ehtimal olunur ki, Yunis Abbasovun biznesinin mayasında atasının nazir və başqa vəzifələrdə işlədiyi dövrlərdə qeyri-qanuni yollarla əldə etdiyi pullar dayanır. Zaman-zaman yerli və xarici mediada Yunis Abbasovun varidatı haqda xəbərlər yayılır. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır.

Belə anlaşılır ki, Yunis Abbasov bir neçə 10 milyonluq varidatın sahibidir. Onun Böyük Britaniyada radikal dini təriqət üzvü olması xəbəri də yeni deyil. Bildirilir ki, Abbasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib. Böyük pullara sahib Yunis Abbasov məmur oğlu olaraq dini baxışlarını dəyişən ilk azərbaycanlı deyil. Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun da sələfi olması iddiaları illərdir ki, mətbuatda dolaşır və təkzib olunmur.

İsmət Abbasovun oğlu Yunis Abbasov ile ilgili görsel sonucuYunis Abbasov

İsrafil Abutalıbov da Yunis Abbasov kimi uzun müddət Londonda yaşayıb. Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu o dövrdə BŞİH başçısı olan atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı.

Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayıb, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi.

israfil abutalıbov ile ilgili görsel sonucuİsrafil Abutalıbov

İsrafil Abutalıbovun İçərişəhərdəki "Aşurbəy" (“Ləzgi məscidi”) məscidinə baş çəkdiyi, Suriyaya döyüşməyə gedən azərbaycanlı vəhabilər arasında təbliğat apardığı və onlara maliyyə dəstəyi göstərdiyi barədə informasiyalar da vaxtilə mətbuat səhifələrindən düşmürdü. Türkiyə mətbuatında İsrafil Abutalıbovun Abu Bəkr kimi təqdim olunması da yaddaşlardan silinməyib.

Ölkədən çıxarılan milyonlar hesabına xaricdə özlərinə biznes quran, dini baxışlarını radikal təriqətçiliyə dəyişənlərin xoşagəlməz fəaliyyəti də ola bilərmi? Belələrinin Azərbaycan üçün hansı təhülükəsi var?

Əvəz Zeynallı ile ilgili görsel sonucu

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, bu adamları Azərbaycanla bağlayan sırf buradan daşınan pullardır: “Bu gün xaricdə olan təkcə Yunis Abbasov, İsrafil Abutalıbobv deyil ki... Eldar Mahmudovun da, Cahangir Hacıyevin və bir çox eks məmurların da övladları Londondadır. Özləri də, ətrafları da, dost-tanışları da hamısı xaricdədir. Yəni bu adamları ölkəyə bağlayan nəsə yoxdur. Azərbaycan hakimiyyəti bu adamların əllərindəki pullardan, dini baxışlarından ciddi narahat olmalıdır”.

Əvəz Zeynallı hazırda həbsdə olan keçmiş məmur-oliqarxlardan birinin yaxını ilə söhbətini xatırlayır: “Yanıma gəlmişdilər, bizdən dəstək istəyirdilər. Mən də dedim ki, mənə 2 ziyalı verin, sağımda, solumda otursunlar, mənim dediklərimi təsdiqləsinlər. Cavab belə oldu belə adamlar yoxdur. Nəslindən qadın, kişi, cavanların yanımda olmalarını istədim. Dedilər ki, ölkədə heç kimləri yoxdur, hamısı xaricdədir. Açıq da dedilər ki, bizi bu ölkəyə heç nə bağlamır, adam həbsdən çıxan kimi ölkədən gedəcək. Yəni bu adamlar ölkədən milyardlarla pul çıxarıblar. Zamirə Hacıyevanın timsalında bunu hamı gördü. Qadın bir günün içində bir neçə milyon funt-sterlinqi xərcləmişdi. Hələlik pullar bahalı şərablara, maşınlara, təyyarələrə xərclənir. Gələcəkdə necə olacaq? Bu pullar əslində hakimiyyətin özü üçün təhlükədir. Perspektivdə ölkəyə yaxşı heç nə vəd etmir. Hakimiyyətdaxili çəkişmələrdə həmin pullardan istifadə olunması da istisna deyil. Bu vəsaitlər Azərbaycan xalqının sərvətidir, halal puludur, hansıları ki, oğurlayıb, xaricə daşıyıblar. Hələlik həmin pullar 100 illik çaxırlara, 500 illik viskilərə, bahalı aksessuarlara, mülklərə xərclənir”.

635x100

Şərhlər

EJDER 2019-06-25 18:38:59

BU WEREF,WOHRET ORDENLI NATEMIZLERIN HAMISI OZUNU QABAQDA GEDEN ESGER VE DAVAMCI SAYIRLAR.ANALOQU OLMAYAN INKIWAFIMIZ BAYRAQDARLARI...IRELI

Bashirov Qarib 2019-06-25 18:38:59

Dini inanclı (sələfi də olsa,belə) haramdan,ogurluq mal-mulkdən uzaq duran insanlar olur. Yəni bunlar səmimi inanclı ola bilməzlər.Hacı İbrahim kimi,hər hoqqadan çıxasan, sonra da özunu dini inanclı kimi göstərmək başqa şeydir.Umumiyyətlə, valideynlərinin hansı yuvanın quşu olduqlarını bilərək, milyonlara yiyələnmək, ən azı mənəviyyətsizlikdir. Mənəviyyatsız insanların da dini imanı ola bilməz Bu qədər sadə.

dadaşyev 2019-06-25 18:38:59

davamı;bunlar isə tər tökmədən,yumyumşaq kresloda otura-otura millətin var-yoxunu çalıb çaparaq yığıblar o milyonları,başlarına soyuq dəyməsi normaldır,bizə müsliman kimi görünürlər,amma qəlblərində bəlkə də bəhaidilər,krişnaçıdılar,yapon milli bütpərəstləridirlər.Çünki müsliman olaraq qalsalar vicdan əzabından yatammazlar.Hamısının da oğlu pulları alıb Londona qaçır,orda villa alıb yaşayır ki,dədələri dolaşığa düşsə qaçıb getməyə villaları olsun.Anar Məmmədov da ordadı,70 milyonluq villasında kefdədi.

dadaşyev 2019-06-25 18:38:59

Görməmiş adamlara pul selləmə gələndə uşaqlarında əks reaksiya baş verər.Ya nəşəxor-alkaş-qumarbaz olarlar,ya da asketizmə meyl edərlər.Pulları selləmə gələn məmurlarımızın müsliman olmalarına da inanmıram;yedikləri o boyda yetim malı qarşısında müsliman olaraq qalmaq əcaib olardı.Ağamusa Nağıyev alnının təriylə qazandığı milyonların işartısından elə məst olmuşdu ki,baş vurmadığı din qapısı qalmamışdı,axırda bəhailiyi qəbul etmişdi,bütün varidatını da o təriqətə vəsiyyət etmişdi deyə hamısını bəhailər yedi.

Geber 2019-06-25 18:38:59

Əfsuslar ki , belə kontekstdən olan yazilar az insanlarda ütanc hissi yaradir . misal məndə . lakin əksəriyyətdə isə rusca "сколь веревочке не скрыться конец найдется " Ğuya Zamirə və qeyrisinin əmlaki inğilisə qaldi bizə nə oldu ki ? Heç nəyimiz artmadi tərsinə azaldi . Əlbəttə ki deyənlər olacaqdair ki , elə sən ağilda maymaqlara ğörədir ki bu insanlar belə edirlər . lakin deyərdim ki mən ağilda maymaqlar çox olsaydi Zamirə inğilislərin torbasinda taleyin tərs qanunu ilə Bəstərəçik kimi batmazdi. İndi Bakidan nə qədər qişqir bağir ki , əlini mənə Bəstərəcik . cavab verəcək ki , _Yox yox mən səndən küstərəcik . Sonra isə korrupsiya idarəsi deyəcəkdir ki : _Kustərəcik ay küstərəcik bir daş başiva əndərəcik yəni qoy inğilislərə qismət olsun təki bizlərə yox. lakin bunu çətin ki kimsə mənim tək maymağlara xas tərzdə dilə ğətirsin , beləki Bəstərəcik və Küstərəcik kodlari hələ sovetlər dönəmindən də qabaq laylaydan başlayan kodlarimizin qranit yaddaşinda həkk olunan bir vindovs 13 versiyasidir və üzü bəri Kirpi jurnalinda sonrada Aqil Abbasin kiminsə hansisa vəzifədə olmasi haqda eyham kollajlari və xəsisliklə yazmayacaqim diqər sairə və sairələrdən üzübəri bir təkər yox özünü təkrar Hindistan sistemindən də ilğinc bəstərəcik və küstərəcik sistemindəyik . O ki qaldi sələfi inanc söz söhbətlərinə bu sistemin daxilində tədqiqatlar naminə olmüşam , hətta kutub qabaqda duranin da lzzətini biilirəm , nəticə odur ki , bizlərdən nəinki sələfi heç troçskist də şixmaz. Kəndimizdən olan Novruzəlini NKVD troçkist kimi həbs edəndə diğəri İmamverdi demişdi ki :_ bu köpək oğluna bir izahat verin ki , bu Troçski kimdir ? axi sonra sürğün edin . Soruşurlar ki bəs troçskizm nədir ? Cavab verir ki troçskizm böyük bir fəlsəfədir Novruzəli ondan necə xəbərli ola bilər axi ? Olmuş hadisədir məhkəmədə İmamverdini dərhal həbs edirlər ki , bəs sən hardan bilirsən ki , troçkizm ( yəni vəhabizm ) böyük bir nəzəriyyədir. vəssalam .

Mirzəli 2019-06-25 18:38:59

Guya bu yenilikdir? Ölkənin nəzarət orqanları( DİN,DTK,Gömrük,Sərhəd xidməti) bəzi çinli YAP-çıların (kiminsə gizli göstərişi də ehtimaldır) talançılıqlarına, rüşvətxorluqlarına, büdcə oğurluqlarına,ölkənin varı-datını xaricə ölkələrə daşımaqlrına niyə biganə yanaçıblar?Hətta bəlli etdikləri ,xaricə daşınmış.oğurlanmış milyonlar və hətta milyardların ölkəyə qaytarılmasına çalışmırlar? Axı qanuni dövlət belə olmur!

Son yazılar