Menu

“Heç bir təcili iclasdan söz gedə bilməz” - Milli Məclisin sözçüsü

02.07.2019, 17:00
“Heç bir təcili iclasdan söz gedə bilməz” - Milli Məclisin sözçüsü

Milli Məclisin (MM) mətbuat katibi Akif Təvəkküloğlu parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı iyulun 2-də bəzi KİV-lərdə yayımlanan xəbərlərə münasibət bildirib.

A.Təvəkküloğlu “Report”a açıqlamasında iyulun 9-da və 12-də keçiriləcək plenar iclasların əvvəlcədən planlaşdırıldığını deyib: “Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. Növbəti iclaslar iyulun 9-u və 12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol