HAFİZ MƏMMƏDOVUN BU ƏMLAKLARI MÜSADİRƏ OLUNDU - 55 milyonluq kredit borcuna görə...

Quba Olimpiya Kompleksi də "Hafka"nın mülkiyətindəymiş! 

İş adamı Hafiz Məmmədovun ailəsinə məxsus otel, evlər və başqa obyektlər əllərindən alınıb. Mərkəzi Bankın iddiası əsasında Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub – aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən otel – “Ramada Hotel & Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.

55 milyonluq kredit borcu

Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli otelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. “Nizami” metrostansiyasının yaxınlığında – Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ “KSM Property” MMC-yə məxsusdur. “KSM Property” isə Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.

Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.

Mərkəzi Bankın Məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi - Kənan və Sənan Məmmədovlar işadamının övladları, Mübariz Məmmədov isə qardaşıdır.Hüquqi səhmdar isə “NEM Holding”dir.

“Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb”, - AzadlıqRadiosu-na bildirilib.

Mərkəzi Bankın iddia ərizəsində Qubada – Bakı-Quba yolunun 4-cü kilometrliyində yerləşən 15.7 min kvadrat metrlik kompleksin də müsadirəsindən söhbət gedir.

Bu göstəricilərə görə, həmin ünvanda yerləşən əmlak Quba Olimpiya Kompleksidir. Kompleksin mülkiyyət hüququ da “Baghlan Trading”ə məxsusdur.

Əmlaklar açıq hərraca çıxarılacaq

Məhkəmə qərar verib ki, yuxarıda göstərilən əmlakları “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu açıq hərracda satsın. Satışdan əldə olunan vəsait bankın sözügedən üç kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun ödənilməsinə yönəldilsin.

Ancaq müsadirə olunan əmlak sahibləri məhkəmənin qərarıyla razılaşmır. Şikayətlərində də göstəriblər ki, Mərkəzi Bank iddia tələbini onlara yox, “Bank of Azerbaijan”ın ləğvedicisinə - Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürməli idi: “Məhkəmə də Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu göndərməliydi. Müəyyənləşdirməliydi ki, bankın cari aktivləri həqiqətən də mübahisə olunan kredit borclarının ödənilməsi üçün kifayət edir, yoxsa yox”.

“Bank of Azerbaijan” ASC-nin lisenziyası Mərkəzi Bankın 18 yanvar 2016-cı il tarixli qərarı ilə ləğv olunub. Qərarda göstərilib ki, bank “məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib - məcmu kapitalın adekvatlıq əmsalı 3 faizdən az olub, kreditorlar qarşısında öhdəliklər icra olunmayıb, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib”.

635x100

Şərhlər

Azneftkimyamaşın əməkdaşı 2019-07-03 19:32:24

davamı-görəsən müstəntiq Hüseynovun rolunu hansı cəsarətli müstəntiq aparacaq?

Azneftkimyamaşın əməkdaşı 2019-07-03 19:32:24

Abba Səhətə min rəhmət."Əlbir olub bir ayı bir şir ilə".Azərbaycanın ən nəhəng zavodlarından sayılan AZNEFTKİMYAMAŞın Səbayıl Maşınqayırma Zavodunu Ayı,şir və onların ətrafında olan bəzilari yeyib məhv etdilər.Milyardlara bərabər müasir dəzgahlar ,əmlaklar və avadanlıqlar satılandan sonra köhnə dəzgahları təzə adı altında, sənədlərdə dəzgahların hətta adı qeyd olunmadan BMZ verildi."ARXADAN VURULAN ZƏRBƏ" filmində Qurd Cəbrayıl rolunu AZNEFTKİMYAMAŞda SMZ direktoru ƏLİ İsmayıl apardı.

dadaşyev 2019-07-03 19:32:24

İt saxlayıb qucaqlamaqla elit təbəqədən olmaq mümkün olsaydı bütün Qafqaz çobanları İngiltərə kraliçasından "ser" titulu alardı.Elit təbəqədən olandan sonra o ayrı;müftə milyonların bolluğundan əli cibində şellənməkdən,yeknəsəq meşşan həyatdan bezib "delat ne xren" deyib it saxlayarlar zadəganlar.

Geber 2019-07-03 19:32:24

dadaşyevin müəllifliyi ilə simvolik Hindistan Rancit-Kumarlarına bənzər kəlməsi bizlər üçün mühüm əhəmiyyətli dirəndiyimiz divardir :- yəni iqtisadi model haqda nəzəri praktik əmsaldir . Mənim üçün ad əhəmiyyətsizdir , lap qardaşim oılsun və ya əmim oğlu adin əhəmiyyəti yoxdur , tədqiqatçi kimi : deyərdim ki , korrupsiya və yaxud klan kimin hansi reqiondan olmasi kim nəyi çaldi şapdi hara xərclədi bu kimi primitiv və mənasiz məlumatlar , elmi praktik tədqiqar üçün əhəmiyyətsiz və aldadici , qeyri ciddi iqtisadi bazislər , səhf və uydurma məlumatlardir . Lakin "Hindistan Rancit-Kumarlarına bənzər" söz anlayişi əslində bizlərdə və Rusiyada elə Kazaxstanda Belorusda ciddi qəbul olunmayan kerçəkdə isə hər şeyin açari və ğiriş qapisi haqda araşdirmalar üçün səmərəsi olan anlayişlar cərğəsindən , rusca "çisla universalnoqo poryadka " kimi :_ termodinamikanin kosmik fəzanin alt qurumlari haqda üçüncü qanunun izahi kimi bir nəzəriyyədir. Rus iş adami əsrin əvvəllərində Morozov və Tretyakov idisə indilərdə Şakiraya saat bağişlayan ğənc nəsli azdiran bir iş adami deməkdir . Əsl həqiqətdə nə Mirzəfətəli Axundov nə də Üzeyir Hacibəyov nə də öz əqli və fəaliyyətləri ilə Zeynəbdin Tağiyev vəyaxud Nağiyev kimi milyonerlər bu haqda novatorlar kimi rusça "stil " yəni dəb qəbulolunan dresskod anlayişinin təməlini qoya bilmədilər elə "Hindistan Rancit-Kumarlarına bənzər" Ğizlin bir ev təssərufati haqda metodikaya ğörə hesab olunur ki , kimin evində olan stol silən yəni cindir əskinin qiyməti neçəyədirsə bu qiyməti :_ iki məlum əmsala vurmaq və bir naməlumdan çixmaqla :_ adi ğedən ev təsrrüfati haqda 50 illik dəqiq iqtisadi proqnozu , hətta yaşadiqi ölkənin lap dəqiq iqtisadi ğöstəricilərini da hesablamaq olar . Bu hesablamaya : dəfn mərasiminə olunan məcburi xərclərlə , əxlaqsiz qadinin xidmətləri haqda orta xərclər də daxildir. Belə dəqiq məlumatlar üçün hollandlarin adi da olsa belə , əslində Amerikanin məxfi Konsaltinq Şirkəti olan " Ernstanq Yanq "auditor firmasina milyomnlari əbəs yerə xərcləməyə də ehtiyac yoxdur. Əfsuslar olsun ki , nə Dunya Banki nə Beynəlxalq Valyuta Fondu nə də bizlərə kredit verən Avropa İnkişaf Bankin dərinlikdə sirr kimi saxladiqi məqam :verilən kreditlərin ğeriyə qaytarilmasinin arzuolunmazliğidir . Yəni bizim kimi ölkələrə , tutaq ki , lap Ukraynaya kredit verərkən , bilərəkdən kreditin ğeri qaytarilmasinin nə üçün mümüknsüz edirlər ? bilsəm də demərəm. Yəni absurd da olsa krediti verirlər ki ğeri qayitçmasin bir qrup mənimsəsin . Bu ağ adamlarin kredit haqda dəst xəttidir . Bəs bizlərin dəst xətti necədir ? Bu ğünlərdə bakida evini adina keçirdib sənə ayda 10 faizlə kredit verməyə hazir minlərlə qara niyyəti Hindistan Rancit-Kumarlarına bənzər insanlar vardir . Bu adamlarin stolüstü əskilərinin qiyməti şəxsən mənə qabaqcadan bəllidir məlum əmsallarinin cəmi ilə naməlum əmsallarinin çixintilari stol üstü əskilərin hələ nənnələrimizin Riqa trikotaj Fabrikasi istehsali ğöy dizlikdən və yabir az fərqli əskidən olmasina işarədir . Əfsuslar olsun ki bazar iqtisadiyyati bizləri varli insan edə bilmədi və mümükünsüz ididə , boynumuza alsaq da almasaq da bu faktdir .

dadaşyev 2019-07-03 19:32:24

Bu Hindistan Rancit-Kumarlarına bənzər gədələri kim üzə çıxarıb ciblərinə milyonlar basır görəsən?Buna 55 hinduşka etibar eləmək olmaz,55 milyonları nə deyib veriblər buna,ay başıvıza dönüm.

Rashad memmedov 2019-07-03 19:32:24

Sen ...... gore menim 3 ayliq maashim verilmedi!!

Mux 2019-07-03 19:32:24

Növbə ilə asta-asta dövlət əmlakını dağıdıb mənimsəyən və haram pullarla milyardlara sahib olanların gec-tez axırı çatır.Hərə öz növbəsini gözləməlidir.Tez bir zamanda növbə AZNETFKİMYAMAŞa və onun nəzdində olan,əmlakını və müasir dəzgahlarını satıb.əvəzinə "NİKOLAY" dövründən qalan göhnə dəzgahları saxta sənədlərlə sənədləşdirib,milyardlara sahib olan Səbayıl Maşınqayırma z-d direktoru Əli İsmayılovun və onunla əlbir olan Balaxanı Maşınqayırma z-d direktoru Səxavət Abbasovundur.

Son yazılar