Menu

Tehranın sabiq meri edam olunacaq

30.07.2019, 13:19
Tehranın sabiq meri edam olunacaq

İranda məhkəmə Tehran şəhərinin sabiq meri, 66 yaşlı Məhəmməd Əli Nəcəfini edama məhkum edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili deyib.

O bildirib ki, sabiq mer qəsdən adam öldürməkdə və qanunsuz silah gəzdirmək ittiham olunub. Məhkəmə zərərçəkmiş tərəfin istəyi ilə onun edam olunmasına qərar verib.

Qeyd olunub ki, Nəcəfi bu ilin mayında ikinci həyat yoldaşı Mitra Nəcəfini odlu silahla qətlə yetirib. Zərərçəkmiş tərəf onun bağışlanmasını istəməyib.

Xatırladaq ki, İranın sabiq vitse-prezidenti və Tehranın sabiq meri olmuş Məhəmməd Əli Nəcəfi Həsən Ruhaninin prezidentliyi dövründə Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində də çalışıb.

Şərhlər

Lerikden Mehmed Hesen emi 2019-07-30 13:19:58

buna deyerler Qanun !!!! yoxsa bizde eli hesenovun nevesi harinliqdan bir aileni bedbext etdi, emeliyat pulunuda duz emmeli vermir, hebsde olunmadi duz emmeli.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol