PAŞİNYANIN “ASMA KÖRPÜSÜ”... – Daha nə etsinlər ki, biz qeyrətə gələk?!...

Deyəsən, artıq ermənilərin başında duranlar bizim səbrimizə, dözümümüzə məəttəl qalıblar. Gah Şuşada işğalı bayram edirlər, yallı gedirlər, gah Laçında qol götürüb oynayırlar, gah Zəngilanda hansısa çal-çağır təşkil edirlər, amma xeyri yoxdur, dağdan, daşdan səs çıxır, bizdən yox...

Bizi ayıltmaq üçün son cəhdləri isə Paşinyanın Xankəndinə ötən gün baş tutan səfəri oldu. Bizim hökumət üzvləri əsasən haram pullarla tikilən bahalı şadlıq saraylarında sındıra-sındıra rəqs edəndə, bu adam başının dəstəsilə, öndə də müdafiə naziri olmaqla, Laçındakı asma körpünü bizim “Köçəri” havasına oynaya-oynaya keçdi. O asma körpüdən ki, əslində bizlər torpaqlarımızı işğal edənləri onun “troslarından” çoxdan asmalı idik. Bunu edə bilməyəndə isə özümüz asılmalı idik!

Bundan əvvəl Şuşada yallı gedən bu artist, yəqin növbəti dəfə də Kəlbəcərdə, Qubadlıda və digər rayonlarımızda “şou” göstərəcək, rayon bir deyil, iki deyil... Arxayındır, bilir ki, biz yenə də “təxribata uymayacağıq”...

Adam Şuşada bir daha Azərbaycana, 25 ildir dilimizdən düşməyən “torpaqları sülh yolu ilə qaytarmaq” istəyimizə, illərdir yolunu gözlədiyimiz “lazıma”, Minsk Qrupuna və s. açıq-aşkar meydan oxudu və dedi ki, bütün danışıqların, görüşlərin, diplomatik addımların bir məqsədi var - Qarabağı Ermənistana birləşdirmək! Daha bundan artıq nə desin, nə bəyan etsin, nə təhər başa salsın ki, 25 yox, daha 250 il də gözləsəniz, sizə heç kim öz xoşu ilə torpaq qaytarmayacaq!

Paşinyanın bu bəyanatından sonra daha nə danışıq? Bundan sonra kim, hansı beynəlxalq təşkilat, iqtidar, müxalifət, deputat və sair, danışıqdan, kompromisdən danışacaqsa, deməli, Azərbaycan xalqının başına torba hörür!

Görünən budur ki, Paşinyan Azərbaycan dövlətini və xalqını təhqir etməkdə, aşağılamaqda, ona meydan oxumaqda özündən əvvəlkiləri – Köçəryanı və Sarkisyanı əməlli başlı kölgədə qoyub. Nümayişkəranə şəkildə oğlunu Qarabağa hərbi qulluğa göndərdi, acıq verə-verə, qıcıq yaradaraq Şuşanın işğalı günündə Cıdır düzündə yallı getdi, müdafiə naziri nəinki torpaqları qaytaracaqlarını, əksinə, Azərbaycanın yeni ərazilərini işğal edəcəklərini söyləyəndə ona dəstək durdu, Qarabağın qondarma rejiminin danışıqlara tərəf kimi qatılmalı olduğunu, əks təqdirdə danışıqların mənasız olacağını bildirdi. Sadalamadığımız daha nələr-nələr... Onun hər bir addımı Azərbaycana acıq, göz dağı verməkdir və bu qələtləri nə Qarabağda şəxsən döyüşmüş Köçəryan edib, nə də Sarkisyan.

Bəs biz bütün bunlara, Paşinyanın son həyasızlıqlarına nə ilə cavab veririk, ümumiyyətlə veririkmi? Yaxşı, hərbi, top-tüfəngi, tankı, təyyarəni bir yana qoyaq, heç olmasa sözdə də olsa bu açıq-aşkar həyasızlığa, xalqa, dövlətə qarşı təhqirə lazımınca cavab verən yoxdur – rəsmi qurumların “dişsiz” bir-iki bəyanatını çıxmaq şərtilə ölkənin bütün siyasi elitası sayılanlar, iqtidarlı-müxalifətli, ağzına su alıb, oturub! Yenə sağolsun, Elmar Məmmədyarovun “obyekti” heç olmasa, daha bir “dejurnı” bəyanat verdi...

Mətbuatımız da ki, “Putin Paşinyanı hədələdi”, “Paşinyanın Qarabağı qaytarmaqdan başqa yolu qalmadı”, “Paşinyan üçün kritik məqam”, “Paşinyan üçün təhlükəli gəlişmə...” kimi gic-gic başlıqlarla xalqın başının altına yastıq qoymaqla məşğuldur...

Erməni hökuməti Xankəndidən, Şuşadan bizə meydan oxuyanda, səfərbər olduqlarını deyəndə, Qarabağı Ermənistana birləşdirəcəklərinə dair bəyanlar, çağırışlar edəndə, bizimkilər görün nə çağırışlar edir – Baş nazirin müavini, YAP-ın icraçı katibi Əli Əhmədov partiya üzvlərini, hakimiyyəti dəstəkləyənləri, “bütün milli qüvvələri” müxalifətə qarşı səfərbərliyə, “müxalifət adı altında anti-milli cəbhənin yaranmasının qarşısının alınması”na, onlara “tutarlı cavab verməyə” çağırır! 25 İLLİK İŞĞALA, PAŞİNYANIN HƏYASIZLIĞINA QARŞI SƏSSİZ QALANLAR MÜXALİFƏTƏ QARŞI SƏFƏRBƏRLİYƏ ÇAĞIRIŞ EDİR! Elə buradan görünür ki, kim nə haydadır və Qarabağı kim daha çox özününkü bilir...

Yeri gəlmişkən, bir neçə gün əvvəl iqtidarla müxalifət, konkret desək, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla, AXCP sədri Əli Kərimli arasında “kim daha çox qorxaqdır, cəsarətsizdir” (Fikir verin, kim daha cəsurdur, qorxmazdır yox ha, kim daha çox qorxaqdır! – red.) mövzusunda bir polemika yaşanmışdı. Tərəflər ünvanlı hücuma keçərək bir-birini qorxaqlıqda, fərarilikdə ittiham etdilər. Bu ittihamların kökü isə 90-cı illərin əvvəllərinə, müharibə getdiyi illərə, günlərə dayanırdı. Əli Həsənov yazdı ki, Surət Hüseynov Bakıya doğru gələndə Əli Kərimli Prezident Aparatından köməkçisinin arxasında gizlənərək qaçıb. Əli Kərimli isə cavab verdi ki, o, əlində silah Qarabağda döyüşəndə Əli Həsənov haradasa gizlənmişdi. Lakin az sonra şahidlər ortaya çıxdı və məlum oldu ki, Əli Həsənov Qarabağda nə qədər “döyüşübsə”, Əli Kərimlinin “şücaəti” də elə bir o qədərdir – yəni bu məsələdə hər ikisi sussa, daha yaxşıdır!

Elə bizim bədbəxtçiliyimiz də ondadır ki, iqtidarlı-müxalifətli, siyasi elitamız başdan-başa dar günündə əldə silah Vətəni müdafiə etməyənlərdən ibarətdir! Ermənistandan fərqli olaraq. Ermənilərin öndə gedənləri əldə silah, hərəsi bir hərbi birləşmənin başında Azərbaycanın 20 faiz torpağını işğal etdikdən sonra siyasətə atılıb, bu qələbənin siyasi vasitələrlə rəsmiləşdirmək istədikləri halda, bizim elitamız həmin ağır günlərdə Bakıda “döyüşməyi” üstün tutanlardan təşkil olunub! 25 ildir torpaqlarımızın işğal altında qalmasının və bu gün paşinyanların, tonoyanların azğınlaşmasının ən əsas səbəbi də məhz bu acı reallıqdır ki, AZƏRBAYCAN SİYASƏTİNDƏ, ƏLƏLXÜSUS DA HAKİM ELİTASINDA BİRCƏ NƏFƏR DƏ OLSUN QARABAĞDA DÖYÜŞMÜŞ ADAM YOXDUR!

Ona görə də ermənilər arxayındırlar - nəinki Qarabağda, hətta ətraf rayonlarda da məskunlaşır, evlər tikir, yol çəkir və üstəlik, Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələyirlər! Biz isə sadəcə susuruq – çünki görürük ki, “kim daha çox qorxaqdır” mübahisəsini aparan bu siyasətçilərin “ipi ilə quyuya enmək” intihardan başqa bir şey deyil. Vətən torpaqları hissə-hissə işğal olunanda gənc, sağlam və enerjili olmasına baxmayaraq, əlinə silah alıb döyüşməmiş adamın həmin vaxt və ya sonradan siyasətə atılıb bu xalqa verə biləcəyi xeyir, mahiyyətcə, Əzrayılın bala paylaması hadisəsindən uzağa gedə bilməz!

Məsələn, bu gün iqtidarı Qarabağ uğursuzluğuna görə gen-bol tənqid edənlər, onu bacarıqsızlıqda, bəzən hətta xəyanətdə ittiham edənlər – müxalifət liderləri. Hansı müharibədə döyüşçü, komandir kimi iştirak edib? Demək olar heç biri! AXCP sədri Əli Kərimli haqda yuxarıda danışdıq, bəli, hərbi formada əlində silah çəkilmiş bir neçə fotosu var. Lakin hamımız çox yaxşı bilirik ki, hörmətli Əli Kərimli Qarabağda döyüşməyib, müharibənin qızğın çağlarında 27 yaşlı gənc olmasına baxmayaraq, Bakıda hakimiyyət uğrunda mübarizəni Qarabağda torpaq uğrunda mübarizədən, məsələn, batalyon komandiri olub, müəyyən bir bölgənin müdafiəsini təşkil etməkdən üstün tutub.

Qarabağda aktiv döyüşlər başlayanda İsa Qəmbər 33-34 yaşlı gənc olub. O da milli-azadlıq hərəkatının öndərlərindən biri kimi topladığı böyük nüfuzunu Qarabağın müdafiəsinə, yəni hərbi təşkilatlanmaya sərf etməyə lüzum görməyənlərdəndir. Hörmətli İsa bəy həmin illərdə bütün enerjisini Müsavat partiyasının bərpasına və beləliklə də hakimiyyət uğrunda mübarizəyə sərf etməyi üstün tutanlardandır.

Milli-azadlıq hərəkatının daha bir lideri – milyonların sevimlisi olan 37 yaşlı Etibar Məmmədov da birlik komandiri kimi şəxsən Qarabağ döyüşlərində iştiraka lüzum görməyənlərdəndir. Ordunun silah təminatı sahəsində müəyyən xidmətləri olsa da...

45 yaşlı zavod direktoru olan Rəsul Quliyev, deyilənə görə Qarabağa maddi yardım edib, amma heç olmasa rəhbərlik etdiyi zavodun minlərlə işçisi arasından 300 nəfərlik bir batalyon yaradıb, bu birləşmənin başında Qarabağa yollanmağa ehtiyac hiss etməyib. Halbuki, nizam-intizamlı və təminatlı belə bir batalyonla Şuşanı çox asanlıqla işğaldan qorumaq olardı.

İndi asıb-kəsməyinə baxmayın, müharibənin ən qaynar vaxtlarında 22-23 yaşlı gənc olan İlqar Məmmədov da əlinə bir avtomat götürüb erməni gələn tərəfə bir güllə atmayıb.

35 yaşlı Pənah Hüseynovun, 30 yaşlı Arif Hacılının, 36 yaşlı Mirmahmud Fəttayevin, 36 yaşlı Sərdar Cəlaloğlunun və digər o vaxtın milli-azadlıq hərəkatı, indinin müxalifət liderlərinin Qarabağ döyüşlərindəki “qəhrəmanlıqları” haqda isə uzun-uzadı danışmağa ehtiyac yoxdur, hamı çox yaxşı bilir.

Bəs iqtidarda olanlar? 37 yaşlı Oqtay Əsədovun, 39 yaşlı Əli Əhmədovun, 31 yaşlı Kəmaləddin Heydərovun, 32 yaşlı Əli Həsənovun, 33 yaşlı Fuad Ələsgərovun, 23 yaşlı Siyavuş Novruzovun, 38 yaşlı Mübariz Qurbanlının, 40 yaşlı Ziya Məmmədovun, 28 yaşlı Fazil Məmmədovun, 43 yaşlı Novruz Məmmədovun və digərlərinin qarşısını nə kəsib ki, ələ silah alıb düşmənin qarşısına çıxmayıblar?

Bu siyahını, əlbəttə ki, xeyli uzatmaq da olar. Və adı çəkilənlərdən kimlərsə deyə bilər ki, bu və ya digər formada o günlərdə Qarabağda olublar, nəsə ediblər, bəlkə də iddia edəcəklər ki, hətta guya döyüşüblər də. Ancaq hamısı yalandır! Heç birinin burnu da qanamayıb! Babəkin dediyi kimi: “Amma Babəkin oğlu sağ-salamat qaldı?”...

Qısası, vəziyyətimiz ağırdır. İtirdiyimiz torpaqlarımız hər gün bizdən biraz da uzaqlaşır. Belə qorxaq və korrupsiyalaşmış siyasətçilərlə çətin ki, biz vəziyyəti dəyişə bilək...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

Şərhlər

Sorğu 2019-08-06 23:05:50

İqtdar bu keçən illər ərzində Qarabağın azad edilməsi məsələsini ciddi bir şəkildə müzakirəyə çıxarıb,qarşıya məqsəd kimi qoyubmu,proqram nəzərdə tutub onu xalqa təqdim edibmi? Edibsə,bu nədən ibarət olub və kçən illər ərzində bu proqram necə yerinə yetirilib?Bilən varsa detalları və nəticə!

Kl 2019-08-06 23:05:50

Nm

DQ-7 RAYONUN ƏLDƏN GETMƏSİNİN REALLAŞDIRILMASI: 2019-08-06 23:05:50

SUAL: BIZ BU YOLLA HARA GEDIRIK-HEÇ BUNU FİKİRLƏŞƏN VARMI??? GÖRƏSƏN NƏ VAXT Azərbaycan dövlətinin: 1.qanunverici hakimiyyət-MİLLİ MƏCLİS, 2.MƏHKƏMƏ HAKİMİYYƏTİ-Ali məhkəmə və Konstitusiya MƏHKƏMƏSİ, 3.İcra hakimiyyəti-NAZİRLƏR KABİNETİ, "Artsaxın"- AZAD AZƏRBAYCANIN DE-YURO ƏRAZİSİNİN İŞĞAL ALTINDA OLAN HİSSƏSİNDƏ QEYRİ-QANUNİ FƏALİYYƏTİNİ SİYASİ-HÜQUQİ QİYMƏT VERİLƏRƏK TERRORÇU QRUPLAŞMA KİMİ RƏSMİ TANIYACAQ VƏ yurisdikçiya üzrə Avropa məhkəməsinə müraciət edəcək?

İsa 2019-08-06 23:05:50

Dövlətin,xalqın taleyi ilə bağlı rüsvayçılığa dair yazı müəllifinin "nə şiş,nə kabab yansın" mövqeyində dayanaraq düşmənin bu miqyasda mənəvi-siyasi-psixoloji və praktiki həmləsinə,təhqirinə susan iqtidarın(PA-n rəhbərinə qədər çəkilən adların heç bir mənası yoxdur) birbaşa cavabdehlərini "unudub" müxalifətə "əlcək" atması,bu biabırçılığın səbəbkarı olan 27 illik yAp iqtidarının əfəlliyinə, yumşaq desək,qahmar çıxmaqdır.

Əntiqə Qurbanova 2019-08-06 23:05:50

Hörmətli Cəlal MƏMMƏDOV,ağrılı da olsa, dedikləriniz acı reallıqdır.Ancaq qadınlarımız cəbhədə mərdliklə vuruşublar. D.Əliteva adlna AQHMC-nin 6 qadını şəhid olub.Məzarları Şəhidlər xiyabanındadır.Həmin Cəmiyyət 91-ci ildə Qadın batalyonu yaradaraq aylarla cəbhə xətlərində döyüşüblər.Qaratelin, Məlahətin, Gültəkinin haqqında yazsaydınız heç olmasa bəlkə ibrət götürənlər olardı.Bir də yeri gəlmişkən bu Cəmiyyətin təşəbbüsü və iştirakı ilə dəfələrlə Qarabağa yürü etməyimizin qarşısını alıblsr.Bu da faktdır.

Акиф 2019-08-06 23:05:50

Elguj,если у нашей власти есть сила воли и уверен,что имеющееся оружие у нас может поразить цель,то,не надо бояться России. Россия уже в тисках западных стран и многих других государств.Население России голодает также как наше.Уверен,что озлобленный азербайджанский народ по призыву главнокомандующего, обязательно добровольно пойдет освобождать Карабах Для того,чтобы страны,члены ООН нас не осуждали в войне за Карабах,достаточно прекратить тотальное нарушение прав народа и грабеж народного достояния.

anar 2019-08-06 23:05:50

Müharibə vətən müharibəsi etmək lazımdır

Elguj 2019-08-06 23:05:50

В этом конфликте парадом руководит Россия. Не договорившись с ней, мы ничего не добъёмся. Другого пути у нас нет.

Etibar 2019-08-06 23:05:50

Araz adlı, şərhçinin fikrinə münasibət bildirirəm ki,Azərbaycan hakimiyyəti Qarabağ problemini həll etmək iqtidarında deyil.Mənasız standart bəyanatlar verməkdənsə səfərbərlik elan edib torpaqlarımzı azad etçək lazımdır.Bu məsələdə iqtidarla müxalifət həmrəydirlər.

EJDER 2019-08-06 23:05:50

AYE,BU ANALOQU OLMAYAN HOKUMET BOW BOW DANIWMAQI BACARIR VE MILYARDLARI TALAMAQLA MEWQULDU.HA HA HA ESAS WARA,ZARADI ,FORMULADI.ONLARA DAVA ETMEK ,QARABAQ LAZIM DEYIL.CAMAATA MITINQ KECIRMEK IMKANI VERILMIR ,NIYE.QAJQINLAR TORPAQLARINI TELEB ETMIRLER,NIYE.CUNKI,AYDA ALTMIW MANAT COREK PULU ALIRLAR,IMTIYAZLARI VAR,ANALOQU OLMAYAN POLIS ONLARDAN CEKINIR.BESDIRIN HAYDI,YA ALLAH,IRELI,DIQALARIN ANASINI AQLATMAQ VAXTIDI...

Köhnə azərbaycanlı-ardı 2019-08-06 23:05:50

25 ildir çıxış yolunu beynəlxalq aləmdən, yaramaz Minski qurupundan gözləyirik, onlarda deyir ki münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır, buda bildiyiniz kimi bir şablondur, yəni bizə kimsə açıqca söyləməlidirmi torpaqlarınızı müharibə yolu ilə işğaldan azad etməlisiniz. XİN-liyimiz bir iki bəyanat verməklə işlərni bitmiş hesab edirlər. Məncə diplomatların sözü bitdiyi yerdən Müdafiyə Nazirliyi xalqla birlikdə sözünü deməlidir. Necə deyərlər ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Deyin gələcək nəsillər bizi lənətlərlə yad edib, gorumuzu söyməyəcəklərmi? Vətən əldən gedir, bəzi ziyalılarımız qalxıb 500 bundan əvvəl yaşamış Şah İsmayılın müdafiyəsinə. Bilin əgər səsinizi çıxartmasanız ən çox lənətlərdən biri də Siz olacaqsınız. Bəs deyilmi susdunuz ey hörmətli ziyalılarımız? Sizinləyəm.

Araz 2019-08-06 23:05:50

Rus yazıçısı Saltıkov-Şedrin təxminən belə bir fikir söyləyib."Kim qışqır bağırla patriotizmdən danışırsa deməli nəsə oğurlayıb." Məqalənin müəllifi mövcud türk hakimiyyətinə qarşı yazdığları ilə mənim yadımda qalıb.Yazılarından fatoşun iyi gəlir.Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır.90 cı illər deyil və Azərbaycan dövlətinin problemləri artıq çayxanalarda deyil Azərəbaycan Respublikasının hakimiyyət orqanlarında həll olunur.

Köhnə azərbaycanlı-ardı 2019-08-06 23:05:50

Axı o vaxt heç bir vəzifəsi olmayan Heydər Əliyev Moskvada “20 yanvar” hadisələri ilə əlaqədar, sovet imperiyası rəhbərlərinin qərarı ilə törədilən vəhşilikləri heç nədən qorxmadan bütün dünyaya bəyan elədi. Axı adını sadalamadığım neçə-neçə ziyalılarımız Azərbaycan yolunda əllərindən gələn bir çox işlər gördülülər, qoy onların ruhu məndən inciməsin. Axı yuxarda adlarını sadaladığım ziyalılarımızdan bir çoxu xalq arasında böyük hörmət sahibi olmaqla bərabər onların dünya malından heç bir şeyə ehtiyyacları yox idi, axı onlar da bir çoxları kimi xalqın dərdini düşünmədən öz ömürlərini rahatçılıqla başa vura bilərdilər. Lakin bu insanların və sadalamadığım bir çox ziyalılarmızın adları xalqımız var olduqca yaşayacaq. İndi bu erməni döğaları nəinki torpaqlarımızı işğal ediblər, nəinki qızlarmızı girov götürüblər, indi də Qarabağda yallı gedirlər, bizə meydan oxuyurlar, bizi ələ salırlar, qürurumuzla oynayırlar.

Köhnə azərbaycanlı 2019-08-06 23:05:50

Axı B.Vahabzadə sovet rejiminin kəsə-kəs vaxtlarında ölümündən, heç nədən qorxmayaraq rus imperiyasına qarşı “Gülüstan” poemasını yazmaqla xalqın ayılmasına xidmət etdi. Axı Arif Məlikov SSRİ Ali Sovetinin deputatı kimi “20 yanvar” və Qarabağdakı haqsızlıqlar və vəhşilikləri heç nədən qorxmadan Qorbaçovun üzünə dedi. Axı İsmayıl Şıxlı 90-cı illərdə ermənilərin “Topxana” meşəsində törətdikləri vandalizmə qarşı o vaxt ki “Ədəbiyyat və İncəsənət” qəzetidə çap olunan “Sapı özümüzdən olan baltalar” məqaləsi ilə 100 minlərlə insanı “Azadlıq” meydanına toplaya bildi. Axı Xəlil Rza Ulutürk rus imperiyasına qarşı çıxaraq xalqın önündə dayandı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ən ciddi rejimli Lefortovo həbsxanasında yatdı, Qarabağ yolunda öz balası Təbrizi də qurban verdi. Axı Rəşid Behbudov Hindistandadan gətirdiyi, bədnam Şamuyan haqında həqiqətlər olan kaseti Moskvada ifşa etməklə öz ölüm hökmünü yazdı.

Köhnə azərbaycanlı 2019-08-06 23:05:50

Ey millətin qaymaqları, düşünən beyinləri, ziyalıları! Sizinləyəm. Axı Sizlər estafeti M.Ə.Rəsulzadədən, Sabirdən, C.Məmmədquluzadədən, Ü.Hacıbəyovdan, Ş.Qurbanovdan, B.Vahabzadədən, İ.Şıxlıdan, X.R.Ulutürkdən, R.Behbudovdan, A.Məlikovdan, H.Əliyevdən və bir sıra ziyalılarımızdan qəbul etmisiniz. Xalq Sizlərdən çox umur, Siz səsinizi çıxarıb sözünüzü deməlisiniz, xalqı arxanızca aparmalısınız. Sinələrinizi bəzəyən o medallarmı və başqa imtiyazlarmı qoymur Sizləri danışmağa? Axı Sabir, C.Məmmədquluzadə, Ü.Hacıbəyov xalqın ayılması üçün çox böyük işlər gördülər. Axı M.Ə.Rəsulzadə Azərbaycan yolunda canından çox sevdiyi ailəsindən, hər şeyindən keçdi, öləndə də Azərbaycan, Azərbaycan deyərək canı çıxdı. Axı Şıxəli Qurbanov xalqın “Novruz bayramını” özünə qaytarılması üçün sovet rejiminə düşmən oldu.

əli 2019-08-06 23:05:50

Qarabağı Putindən almalıyıq.Putin əlini götürsə bu işdən erməni o dəqiqə hər yerdən qaçacaq və rusdan ayrılıb NATOya daxıl olacaq o da ki rusa əl vermir.Qarabağın açarı Putindədir bizimkilər də ermənidən yox Putindən qorxurlar Biz rusun əksinə haray həşir salsaq erməninin canına birə dolacaq onun üçün də belə məqalələr boş şeydi Hədəfi düz təyin etmək lazımdır Hakimiyyət isə düzünü deməyə qorxur hamı da bunu başa düşür Biz əgər qalib gəlsəydik vuruşanlar olardı vəzifələrdə onun üçün də rus bizi uduzdurtdu

Vətəndaş 2019-08-06 23:05:50

Bu məmurların (mən artıq onları özümüzdən saymlram.bu 1 ildə hər cürə sifət gördüm onlarda) gücü ancaq biz vətəndaşlara çatır.Bizi aldatsınlar,Badalaq gəlsinlər və ələ salıb məhkəmələrdə süründürməklə işsiz qoysunlar..Bir sözlə bunların siyasəti vətəndaşların başını sosial problemlərlylə qatmaqdır.Qoy vətəndaş heydən düşüb bunlardan heçnə tələb etməsin.

Этибар 2019-08-06 23:05:50

Обращаюсь к Вальдемару: сопоставив заявления с делами, можно сказать,что Пашинян уверен в силе Армении. А вот наше руководство ограничивается только стандартными заявлениями

muzaffar 2019-08-06 23:05:50

Görəsən bu "qocaq" müəllif .... Belə yazıram ki, bəlkə şərhimi verdilər

Elli 2019-08-06 23:05:50

C.Məmmədov çox obyektiv yazıdır. Halal olsun Sizə. Əgər müharibə olmasa Qarabağı geri qaytara bilməyəcəyik. Anti-terror əməliyyatı aparılmalıdır Daxili Qoşunlar hərəkətə gətirilməlidir, üçcə günə əməliyyat keçirib alınmalıdır torpaqlar.

NURƏDDİN 2019-08-06 23:05:50

Rusiya və ermənistan, eləcə də ermənipərəst qüvvələr çox gözəl başa düşürlər ki, nə əldə edə bilsələr,məhz bu iqtidarın dovründə əldə edə biləcəklər. Azərbaycanın hazırki iqtidarı ermənistan üçün bir daha ələ düşməyəcək tarixi şamsdır.Olar bu şansdan maksimum dərəcədə yararlandılar. Bizim üçünsə daha gecdir.Biz tumanlar altında gizlənəndə ermənilər iş görürdü.Onlar missiyalarını yerinə yetirdilər.Deməli keçmişdə də torpaqlarımız belə verilib.....

Qulu 2019-08-06 23:05:50

Ermənilər 20 faiz Hakimiyyətdəkilər isə 80 faiz torpaqları torpaqları zəbt ediblər və onlara heç Qarabag lazım deyil.Yəni STATUS-KVO deyilən budur və onu nə ermənilər nə də bizim hakimiyyətdəkilər dəyişmək istəmir və dəyişməyəcəklər.Vətən torpagı deyəndə bunlar hasarladıgı torpagı düşünürlər.Di gəl bunların yarım hektar torpagına göz tik, göz ölkənin bütün güc strukturları səni necə çarmıxa çəkir.Bütün nəsl-nəcabətini bir gecənin içində məhv edirlər.Baxın millət bunlardan torpaq alan olar ya yox????7

sespel 2019-08-06 23:05:50

C.Məmmədov sən özün qorxmursansa kişi kimi hamısını de də.NİYƏ DEMİRSƏN Kİ..... Ramiz Mehdiyev o vaxtlar-"bizim iqamətgahımız Moskvadır" deyirdi.Xahiş edirəm birtərəfli təlxəklikdən əl çəkin.

Вольдемар 2019-08-06 23:05:50

Если мы начнем войну и захотим отвоевать наши земли, то вся ответственность за это ляжет только на Пашиняна и вобще на всех армян. Неужели они не боятся такой ответственности?! Даже представить сложно как боятся такой ответственнсти армяне .

yusif-1313 2019-08-06 23:05:50

Narahat olmaga əsas görmürəm.Azərbaycan hökumətinin "Lazim gəlsə"adli silahi vardir.Onu işə salan kimi ermənilər cixib gedəcəklər.

t.ədalət 2019-08-06 23:05:50

İqtidar və deputatlar fərarilərdən ibarətdir,bunu anladıq ki,onlar qorxaqlardır.İş ondadır ki,nazirlərimiz və məmurlarımızın bir hissəsi erməni uşaqlarıdır.Biz onlarla DQ-ni heç cürə azad edə bilmərik....Anası erməni olan elə erməni kimi bir şeydir..

xalq 2019-08-06 23:05:50

Cenab prezident XANKENDINI VUUR emrin vaxtidi !!!!!!

marif 2019-08-06 23:05:50

Bes deirdiler Qarabag aeroportunda ucuwlara imkan verilmeyecek.Birce Pawinyan iki gunnen bir vertolyotnan serbest gelir gedir istedii yere.Bizede deiller ki,ermeniler eyile -eyile gezir Qarabagda.Biabrciligdi

Köhnə azərbaycanlıya 2019-08-06 23:05:50

Halal olsun sənə qardaşım.Əsil həqiqəti sən açıqladın.Yaşları 70-i ötmüş ziyalılarımız hamı birləşib həqiqəti tələb etsələr bəlkəd də müsbət nəticə əldə edilər.Qəribəsi budur ki,Azadlıq meydanında bar-bar bağıran Zeynab,Fəttah,Anar,Bədəlbəyli,Salahov və digərləri indi susurlar.Niyə axı? Milli Məclisin sədrindən tutmuş hamıya qədər birləşib real qərar qəbul edə bilərlər.Niyə etmirlər?Ona görə ki,onlara QARABAĞ yox.var-dövlət toplamaq lazımdır.

Alı 2019-08-06 23:05:50

Bütün Azərbaycan Qarabagda ermənilərin hərəkətlərinə sanki başqa bir ölkədə baş verən hadisələri izləmiş kimi davranırlar....bütün təbligat vasitələrinin tam gücü ilə pozgunlugu, fahişəliyi önə çəkməsinin nəticəsidir ki, millət qeyrət hissni itirmişdir. Məmurlar bunu coxdan itirmişdi.Baxın görün ki, ölkə rəhbərlərindən kimsə buna cavab üçün tükünü tərpədirmi?

millət 2019-08-06 23:05:50

Vəzifəlilər kreslolarını və milyardlarını riskə gedib düşmənlə vuruşmaq istəmirlər. Hətda heç birinin uşaqı da əsgər gedib erməniyə güllə atmayıblar. Bu vətən torpaq biz kasıblarındır. Onlar üçün bütün dünya vətəndir. Qorumasaq biz torpaqlarımızı bizi ümumiyyətlə burdan qovacaqlar. Belə getsə bir Millət kimi məhvə məhkumuq.

Köhnə azərbaycanlı 2019-08-06 23:05:50

Nə olsun ki ermənilərin Laçında asma körpüsü var, zato bizim Şah Dağda, Qəbələdə kanat yolumuz var. Qoy ermənilərin paxıllıqdan ürəkləri partlasın... Yazıq Sabir bizim halımızdan,səbrimizdən vərəm oldu, Məhəmməd Hadi isə qan qusdu: "Kim nə deyər biz də olan qeyrətə, qeyrətimiz bəlidir hər millətə". Niyə heç olmasa görkəmli, üzdə olan ziyalarımız bu beqeyretliyə qarşı səslərini çıxarmırlar, axı illər keçəcək ən çox lənətlənəcək insanlardan biri də siz olacaqsınız. Hanı Anar, F.Qoca, F.Bədəlbəyli, R.İbrahimbəyov, T.Salahov, R.Balayev və s.-ləri. Axı hamınızın yaşı 70-dən keçib. Nədən qorxursunuz?

Azərbaycan vətəndaşı 2019-08-06 23:05:50

Nə yapışmısınız bu Rusiyadan.Gəlin gedib torpaqlarımızı azad edək.Bu şərtlə ki,Böyük Vətən Müharibəsində olduğu kimi öndə Stalinin,M.Bağırovun və digər SSRİ rəhbərlərinin uşaqları kimi bizim dövlət və hökümət başçılarının uşaqları və qohum-əqrabası getsin.

GRaz 2019-08-06 23:05:50

Biz aldig rus goymadi))),yene coxu gacacag.indi lap coxdu pul.dunyada inkishaf edor.kef.damag. yaltag sagliglar. kef edek. Garabag gundemden dusmeli deil.belke onlarda bileki biz narahatig.

Yengibar 2019-08-06 23:05:50

Hörmetli , hem de cesaretli Celal Beyi bu günden etibaren Ermenistan kelmesinden istifade etmemeye çağırıram.Ermenistan evezine Rusiya Federasiyasının Ermenistan yarımavtonom respublikası yazmağa devet edir, qeyreti olan bütün KİV ehlini de bu teşebbüse qoşulmağa sesleyirem.

Mux 2019-08-06 23:05:50

Cəlal bəy mən söz vermişdim ki,bir daha rəy yazmayacaqam.Ona görə ki,AzPolitika da oyun oynayır.Kefi istəyənlərin (özünə sərf edənlərin) rəyini dərc etdir,istəməyənlərin isə yox.Qaldı Qarabağ məsələsinə?Mən dəfələrlə öz fikrimi bildirmişəm.Dünya dövlətləri üzrə milyarderlər sirasında Azərbaycanın milyarderləri 1-ci sırada durur.Sayı isə təqribən 10000 nərər olar.Hər bir milyarder qeyrətə gəlsə,hərəsi 1000000(bir milyon) ABŞ dolları nayomniklərə xərcləsə 1(bir)həftənin içində QARABAĞ da azad edilər,hələm üstəlik ermənistan deyilən balaca respublikanı da yerlə-yeksan edər. Yaxşı olar ki,Sizlər bu təklifimin reallaşmasına can atasınız.

Etibar 2019-08-06 23:05:50

Yengibar,istər rus və ya digər faktor,müstəqil dövlətiə təsir edə bilməz.Sizə və ya hər hansı bir şəxsə mən zorla nəsə sata bilərəmmi? Əlbəttə yox.Deməli bizim hakimiyyətin rusiyanın köhnə silahlarını almaqda maddi marağı var.

kasıb 2019-08-06 23:05:50

Düşmən qarşısında hakimyətin susqunluğu müəmmalıdır.

Yengibar 2019-08-06 23:05:50

Ortada bir rus faktoru var. Torpaqlarımızı işğal etmekle yanaşı köhne silahları bize sırımaqla iqtisadiyyatımızı da çökdürür.Rusiya sovet vaxtı olduğu kimi bu gün de Azerbaycanı talayır.Bu hemin Rusiyadır ki, günün günorta çağı Ukraynanı, Gürcüstanı bütün dünyanın gözü qarşısında işğal edib. Bu heyvere ile döyüşmek de ...Odur ki, yeni mübarize texnologiyaları düşünmek gerekdir. Her kesin başının pula qarışdığı bir ölkede de bu çox çetindir..

patriot 2019-08-06 23:05:50

rahat yatin yuxunuz şirin olsun müharibə olmayacaq niyə ?nə qədərki neft qaz var evro dollar ğəlir müharibə olmayacaq sanksiyadan qorxurlar bakida oturanlar ona ğörə

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price