Menu

Naxçıvan Şahmat Federasiyası fəaliyyətini dayandırıb

26.11.2024, 09:22
Naxçıvan Şahmat Federasiyası fəaliyyətini dayandırıb

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

"Report"un yerli bürosu xəbər verir ki, əsası 2002-ci ildə qoyulan federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Bununla bağlı qurumun rəsmi feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyanın sədri Seymur Talıbov idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol