Menu

AZAL əməkdaşları təyyarədə 20-ə yaxın "iPhone" tapıb

06.08.2019, 23:40
AZAL əməkdaşları təyyarədə 20-ə yaxın "iPhone" tapıb

“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin ekipaj üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş öncəsi yoxlanış zamanı təyyarənin tualetində 20-ə yaxın “iPhone” markalı mobil telefon tapıblar.

Bu barədə Trend-ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, hazırda AZAL və Dövlət Gömrük Komitəsinin əməkdaşları faktla bağlı birgə araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol