Menu

Goranboyda azyaşlını maşın vurub

15.08.2019, 18:46
Goranboyda azyaşlını maşın vurub

Goranboyda piyadanı maşın vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən 8 yaşlı Abışova Fatimə Samir qızını vurub. Azyaşlı sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol