Menu

"Taliban" liderinin qardaşı Pakistanda törədilən partlayışda ölüb

16.08.2019, 21:59
"Taliban" liderinin qardaşı Pakistanda törədilən partlayışda ölüb

“Taliban” hərəkatının lideri Maulavi Haybatulla Axundzadənin qardaşı bu gün Pakistanın Kvetta şəhərində baş verən partlayışda ölüb.

APA-nın “RİA Novosti”yə istinadla xəbərinə görə, M. H. Axundzadənin qardaşı Hafiz Əhməd Pakistanın Kasım Abad kəndində baş verən partlayışda ölüb.

Qeyd edək ki, bu gün Pakistanın cənub-qərbində Kvetta şəhərindən 25 km məsafədə yerləşən məsciddə terror aktı törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb. Partlayış nəticəsində məscidin imamı da həlak olub. Şəhər polisi bildirib ki, partlayıcı məscidin imamının oturacağının altına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol