METROPOLİTEN RƏSMİSİNİN DƏ PRAQADA BİZNESİ TAPILDI - Fotolar

"Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlu Çexiyaya yolunu 2010-cu ildən salıb. 25 noyabr 2010-cu ildə Praqada FAM JONAD sro. şirkətini təsis edəndə cənab Mərdanov "Azərsu" ASC-dəki işindən təzəcə ayrılmışdı..."

"AzPolitika.info"nun məlumatına görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün "facebook" səhifəsindən paylaşdığı yazısında bildirib.

Onun yazdığına görə, Arif Mərdanov  2014-cü ilin sentyabrından Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədridir. Prezidentin sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub: "Çexiyadakı şirkət (qeydiyyat nömrəsi: 24769991) istehsaldan tutmuş, ticarət, daşınmaz əmlak biznesinə qədər geniş fəaliyyət sahələrini əhatə edir.

200 min çex kronu nizamnamə kapitalı olan şirkətin icraçı rəhbəri Arif Mərdanovun Bakıxanov 62 ünvanında qeydiyyatda olan həyat yoldaşı Nərgiz Mərdanovadır. Şirkətin 50 faizlik payı ona, qalan 50 faizlik hissəsi isə Əhməd Cavad küçəsi 1 ünvanında qeydiyyatda olan 24 aprel 1970-ci il təvəllüdlü Arif Mərdanova məxsusdur".

Yazılanlarla bağlı  Arif Mərdanovun da mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Zaza 2019-08-20 19:20:24

Hormetli Azpolitika yalanci reklam vasitelerini varikoz ve s gorxunc xesteliklerle bagli reklamlari saytnizda yerlesdirmeyin xahis edirem. acirsan sizin sayti ya ya iyrrnc gurdlar ya da diger iyrenc xesteliklerin reklami cixir.

EJDER 2019-08-20 19:20:24

,,BRAVO,,KAPITAL,,MALADES.BUNA ANALOQU OLMAYAN INKIWAF DEYILIR.YAP IN BERKGEDENI METRO TAQININ UC MILYONUNU TOXULMAZ NAZIRIMIZ ,KQBEWNIK ELDAR NECE MENIMSIYIFSE,LUKAWENKO CANI,HEC BURCUDMAQA IMKAN VERMEYIF.HESAB EDIREM KI,BU ANALOQU OLMAYAN NATEMIZ MEMURLARIMIZ,,VETEN QARWISINDA XIDMETLERINE,,GORE ORDENINE LAYIQDIRLER.,,HORMETLI,,WEYXMIZINDE FIKRINI BILMEK MARAQLI OLARDI KI,VICDANI TAPDI YA YOX.XOWQEDEME MURACIET ETMEK LAZIMDIR KI...

Kazim 2019-08-20 19:20:24

Metroda chalishan her kasib mashinistin maashlarinnan tutulan 5-10 manat profsoyuz pulu ile de xarigeler yaratmag mumkundur.

Kasıb 2019-08-20 19:20:24

Talançı məmurlar hamısı millətin xalqın pulunu, milli sərvəti daşıyırlar xarici ölkələr. Çətin ki elə bir məmur olar ki xalqı talan-qarət etməsin. Ola bilər belə şey?

Elli 2019-08-20 19:20:24

malades

Kərim 2019-08-20 19:20:24

Görəsən bunun əsl adı,soyadı necədir? Yoxsa...

Son yazılar