İQTİDARIN SİYASƏTİ SABOTAJ OLUNUR, YOXSA...? – Əhalinin sağlamlığı ciddi təhlükə altındadır! (Araşdırma)
Apteklərdə xaricdən gətirilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli şprislər kütləvi satışda olduğu halda, yerli şpris niyə tapılmır?
Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru: “Ölkəmizə daxil olan şprislərin mənşəyi belə bilinmir. Bu şprislərdən insanlara tibbi xidmətdə istifadə yolverilməzdir!”
Azərbaycanda dərmanların keyfiyyətinin aşağı olması uzun illərdir müzakirə mövzusudur. Ancaq yalnız dərmanların deyil, idxal olunan tibbi ləvazimatların da bir çoxunun keyfiyyəti nəinki beynəlxalq tələblərə cavab verir, hətta insan sağlamlığına təhlükə yaradır.
Belə ki, mütəxəssislərin məlumatlarına əsasən uzun illərdir Azərbaycana xaricdən, əsasən, Çində qeyri-rəsmi sexlərdə hazırlanan ucuz, keyfiyyətsiz şprislər gətirilir. Bu şprislərin ümumiyyətlə mənşəyi bilinmir və inkişaf etmiş ölkələrdə heç bir halda istifadə olunmasına yol verilmir. Ölkəmizdə müvafiq qurumlar tərəfindən ciddi nəzarət edilmədiyindən, eləcə də, tibbi ləvazimatların beynəlxalq standartlara cavab verməsini yoxlayan laboratoriyalar olmadığından sahəni öz inhisarında saxlayan şirkətlər bu şprisləri maneəsiz şəkildə Azərbaycana gətirərək satdırırlar.
Prezident "xaricdən şpris idxalına ehtiyac qalmır" demişdi, ancaq...
Bütün bu neqativ halların qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədi ilə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda şpris zavodunun açılmasına göstəriş verildi.
Araşdırmalarımıza görə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə qurulmuş şpris istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir (bu isə ölkənin şprisə olan tələbatıni tam ödəyir). Zavod Almaniya, İsveçrə, İngiltərə və Yaponiya kimi ölkələrin ən müasir texnologiyaları və avadanlıqları ilə təchiz olunub.
Prezident İlham Əliyev bu ilin may ayında Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılışı zamanı müəssisənin kollektivi qarşısında çıxışında söyləmişdi: “Azərbaycanda bu sahədə də idxaldan asılılıq aradan götürülmüş olacaq. Bu zavodda bizim siyasətimiz öz əksini tapır, çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər BİZ ŞPRİSLƏRİ XARİCDƏN ALIRDIQ, İNDİ İSƏ BUNA EHTİYAC QALMIR”.
Göründüyü kimi, ölkə Prezidenti açıq mətnlə bildirmişdi ki, şpris istehsalı zavodunun tikintisində məqsəd bu məhsulun xaricdən idxalını dayandırmaqdır. Ancaq buna baxmayaraq, Azərbaycanda yenə də mənşəyi bilinməyən, Çində sexlərdə qeyri-tibbi (sənaye yönümlü) xammaldan hazırlanan və steril olub-olmadığı bilinməyən şprislər satılmaqda davam edir.
Araşdırmalarımız zamanı əldə etdiyimiz məlumatlardan belə görünür ki, bu işə məsul olan məmurlar dövlətin bu siyasətinə qatılmaq, Prezident qərarlarının icrasında iştirak etmək istəmirlər. Bununla da Azərbaycan əhalisinin mənşəyi bilinməyən, aşağı keyfiyyətli şprislərdən istifadə etməsinə, beləliklə də, sağlamlığının təhlükə altında qalmasına səbəb olurlar. Bunu aidiyyəti qurumların rəhbərləri də “Azpolitika.info”ya açıqlamalarında təsdiqləyiblər.
Apteklərdə “Azərbaycan şprisi” niyə yoxdur: bahadır, yoxsa?...
Bu haqda məlumat verməzdən öncə bəzi suallara aydınlıq gətirmək istərdik. Dövlətin maliyyə dəstəyi ilə qurulmuş bu zavodun istehsal etdiyi şprislər apteklərdə varmı? Bu zavod da bəzi zavodlar kimi açılıb, işləmir, yoxsa istehsal etdikləri məhsullari xaricə ixrac edir?
Araşdırmalara ilk olaraq paytaxt apteklərindən başladıq. Acınacaqlı haldır ki, apteklərin heç birində “Azərbaycan şprisi” tapmadıq. Bu məsələyə aydınlıq gətirmək üçün şpris istehsalı zavodu ilə əlaqə saxladıq.
Zavodun direktoru Samirə Hüseynova bildirdi ki, zavod hal-hazırda işləyir, çox yüksək keyfiyyətdə müxtəlif tutumlu şprislər istehsal edir: "İstehsal etdiyi məhsulların xammalı tibbi yönümlü polimerlər olmaqla, İsveçrənin dünyaca məşhur olan “İNEOS” şirkətindən, iynə ucları isə bu sahədə bir nömrə olan Yaponiyanın məşhur “NİPRO” şirkətindən alınaraq gətirilir. Zavodun istehsal gücü ölkəni şprislərlə tam təmin etməyə imkan verir. Gələcəkdə nəzərdə tutulsa da, hələlik xaricə heç bir məhsul ixrac edilmir”.
Bəlkə yerli məhsulların qiyməti bahadır?
Zavodun direktoru buna cavab olaraq bildirdi ki, zavodun topdansatış qiymətləri 2 və 5 qramlıq şprislər üçün 6-8 qəpik, 10 və 20 qramlıq şprislər üçün isə 10-13 qəpikdir. Eyni zamanda onu da qeyd etdi ki, Azərbaycanda bu keyfiyyətdə məhsul yalnız “Alman aptek”ində satılır, qiyməti isə 2 və 5 qramlıq üçün 50 qəpik, 10 qramlıq üçün isə 70 qəpikdir.
Bəs inhisarçı şirkətlər və klinikalar ölkədə bu cür keyfiyyətli və münasib qiymətlərlə şpris istehsal edən zavod olduğu halda, nədən xaricdən keyfiyyətsiz məhsullar gətirməkdə davam edirlər?
Məsələ ondadır ki, apteklərdəki araşdırmalarımız zamanı satıcılar bildirdilər ki, dərmanları da, şprisləri də “Avromed”, “Azərimed” və başqa topdansatıcılardan alırlar.
Ölkədəki apteklərin böyük hissəsi bir neçə dərman şirkətinin nəzarətindədir. Apteklərin bir çoxuna lisenziyaları Səhiyyə Nazirliyinin müvafiq qurumlarından həmin şirkətlər alıb-verdiyindən (belə bir mexanizm yaradılıb ki, bu da başqa bir mövzudur) onlar satdıqları dərman və tibbi ləvazimatları o şirkətlərdən almaq məcburiyyətindədirlər. Hətta lisenziyalarını özləri alan aptek sahibləri belə bu iri dərman şirkətlərindən asılıdır. Apteklər normal fəaliyyət göstərmək üçün bu şirkətlərlə işləməyə məcburdurlar.
Adının çəkilməsini istəməyən aptek müdirlərindən biri bildirdi ki, "biz də yerli şprislərin çox keyfiyyətli olduğunu eşitmişik, lakin özünü görməmişik, “Azərbaycan şprisləri” bizə verilərsə satarıq".
Məsələyə tam aydınlıq gətirmək niyyəti ilə ölkədəki apteklərin böyük hissəsini dərman və tibbi ləvazimatlarla, o cümlədən, şprislə təmin edən “Avromed”, “Azərimed” və digər şirkətlər, eləcə də, hər ay külli miqdarda birdəfəlik şprislərdən istifadə edən “Xətai Estetik Klinikası”, “Avrasiya”, “Medera”, “Medstyle” kimi böyük klinikaların yeni açılmış zavoddan keyfiyyətli şpris almaq əvəzinə, xaricdən gətirilən və mütəxəssislərin rəyinə görə aşağı keyfiyyətli, hətta mənşəyi bəlli olmayan şprislərindən istifadə etmələrinin səbəbləri ilə maraqlandıq.
“Azərimed”-dən cavab gəlmədi, “Avromed” zavodun məhsullarını alacağını vəd edir...
İlk növbədə həm səslənən ittihamlar, həm də ölkədə şpris zavodu açıldığı halda hələ də idxala üstünlük vermələrinin səbəbləri ilə bağlı dərman bazarında xüsusi mövqedə olan “Avromed” və “Azərimed” şirkətləri ilə əlaqə quraraq, onların da mövqeyini öyrənmək istədik. Hər iki şirkət suallarımızı rəsmi olaraq sorğu şəklində göndərməyimizi istədi. Göndərdik, ancaq yalnız “Avromed”dən cavab ala bildik.
“Avromed” şirkətindən verilən cavabda yerli zavodun məhsulunu almamaları müəsisənin yeni açılması ilə bağlanır(?-müəl.), gələcəkdə belə bir niyyətlərinin olduğu vurgulanır.
Şirkət il ərzində apteklərə nə qədər şpris satdığına, xaricdən şprisin birini neçəyə aldığına dair suallarımızı cavabsız buraxsa da, idxal etdiyi məhsulun keyfiyyətsiz olması ittihamlarını qəbul etməyib. “Satışını həyata keçirdiyimiz bütün növ şprislərin keyfiyyətini təsdiq edən bütün keyfiyyət və uyğunluq sertifikatlarımız var və müştərilərimizə təqdim edirik”, – saytımıza göndərilən cavabda vurğulanır.
Ancaq idxal etdikləri şprislərin hansı şirkətlərin istehsalı olduğu barədə suallarımıza cavab verilməməsi cavabın səmimiliyinə şübhə yaradır.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, Azərbaycanda satılan şprislərin böyük hissəsi Çində və ya başqa bir ölkədə "yeraltı" sexlərdə hazırlanan, təxminən biri 1-2 qəpiyə və ya kiloqramla alınan keyfiyyətsiz məhsullardır. Ola bilsin ki, idxal olunan şprislərin müvafiq sertifikatlara malik olduqlarını göstərmək üçün onların yanında bir az da müvafiq sertifikatı olan məhsul gətirilir. Aidiyyəti qurumlara da bunu təqdim edirlər. Ancaq mütəxəssislər tam məsuliyyətlə deyirlər ki, ölkədə satılan şprislərin böyük əksəriyyəti yararsızdır. Onların insanların üzərində istifadə olunması yolverilməzdir!
Buradan belə anlaşılır ki, apteklər kimi, klinikalar da şpris tələbatını dərman bazarında inhisarcı mövqedə olan şirkətlərdən alırlar.
Digər klinikalara ünvanladığımız sualların cavablandırılmaması onların da bu sahədə inhisarçıların maraqlarına xidmət etdiklərinin sübutudur (onlarla yenidən əlaqə saxlayacağıq-müəll.).
Şpris idxalçıları əhalinin sağlamlığını risk altında qoyaraq böyük qazanc götürürlər!
Maraqlıdır, bu faktlar Səhiyyə Nazirliyinə, Gömrük Komitəsinə və digər dövlət qurumlarına məlum olsa da, nədən tədbir görülmür?
Apteklərdə mütəxəssislərlə apardığımız söhbət zamanı şprislərin qiyməti məsələsində də maraqlı faktları üzə çıxdı. Belə ki, xaricdən gətirilən 2 və 5 qramlıq şprislər apteklərdə əhaliyə 10-15 qəpiyə, 10 və 20 qramlıq şprislər isə 15-20 qəpiyə satılır. Apteklərə isə inhisarçı şirkətlər tərəfindən 2 və 5 qramlıq şprislər 7-10 qəpikdən (zavodun verdiyi məlumata görə, yerli şpris zavodunun topdansatış qiyməti 6-8 qəpikdir), 10 və 20 qramlıq şprislər isə 14-15 qəpikdən (zavodun verdiyi məlumata görə, yerli şpris zavodunun topdansatış qiyməti 10-13 qəpikdir) verilir.
“Diamed” şpris istehsalı zavodunun direktorunun sözlərinə görə, tibbi təyinatlı xammaldan istehsal edilən və insanların istifadəsi üçün nəzərdə tutulan tam steril 2 və 5 qramlıq şprislərin maya dəyərinin 3.5-4 qəpikdən aşağı olması qeyri-mümkündür. Bura nəqliyyat xərcləri, gömrük rüsumu və şprisin idxal qiymətini gəldikdə həmin şprislərin qiyməti zavodun topdansatış firmalarına təklif etdiyi qiymətlərdən xeyli baha başa gəlir. Bu fakt da göstərir ki, idxal edilən şprislərin böyük əksəriyyəti müvafiq keyfiyyət tələblərinə cavab vermir, əhalinin sağlamlığını risk altında qoyur...
Səhiyyə Nazirliyinin rəsmisi: “Şprisləri hələ ekspertizadan keçirə bilmirik...”
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin hələ bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında bildirilib ki, ölkəmizə şprislər əsasən Çindən və bir qədər də Türkiyədən gətirilir. Digər ölkələrin bazarda payı isə simvolik rəqəmlərlə ölçülür.
Bəs Səhiyyə Nazirliyi idxal olunan şprislərin beynəlxalq standartlara cavab vediyini necə müəyyənləşdirir, ekspertizadan keçirirmi? Onların steril olub-olmaması necə müəyyən edilir?
Bununla bağlı suallarımıza cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Nərmin xanım bildirdi ki, şprislər ekspertizadan keçirilmir. Onların mənşə və keyfiyyət sertifikatları əsasında satışına icazə verilir.
Sonra o bizi, suallarımıza daha ətraflı cavab almaq üçün Səhiyyə Nazirliyinin İdxal şöbəsinin müdiri Mahmud Paşayevə yönəltdi. M.Paşayev bildirdi ki, onlar yalnız şirkətlərin təqdim etdikləri sənədlərə əsaslanaraq qərar verirlər. Nazirlik rəsmisi idxal olunan şprisləri hələlik ekspertizadan keçirmək, onların beynəlxalq standartlara uyğunluğunu yoxlamaq imkanının olmadığını bildirdi: “Şprislərin keyfiyyətini yoxlamaq üçün bizdə laboratoriya açılmalıdır. Bunun üçün də tibbi ləvazimatların qeydiyyatı olmalıdır. Ancaq bizdə tibbi texnikanın, tibbi ləvazimatların qeydiyyatı olmadığı üçün hələlik belə bir laboratoriyamız da yoxdur. Hazırda bu istiqamətdə iş gedir, layihə hazırlanır. Ona görə də ölkəyə idxal edilən və apteklərdə satılan şprislərin hansı keyfiyyətdə olduğunun konkret bizim tərəfimizdən yoxlanıldığını söyləyə bilmərəm. Biz yalnız onların təqdim etdiyi sənədlər əsasında həmin məhsulların Azərbaycanda satışına icazə veririk”.
Mahmud Paşayev idxal olunan keyfiyyətsiz məhsulların Səhiyyə Nazirliyinin İdxal şöbəsinin icazəsi olmadan da satışa çıxarılmasını istisna etmədi.
Bəs ölkədə keyfiyyətli şpris istehsal edən müəssisə fəaliyyətə başladığı halda, Səhiyyə Nazirliyi niyə tabeliyindəki xəstəxanalara hələ də özəl şirkətlərdən keyfiyyəti şübhə doğuran şprisləri alır?
Mahmud Paşayev bu sualın ona aid olmadığını, Səhiyyə Nazirliyinin rəhbərliyinin cavab verə biləcəyini söylədi, ancaq gün ərzində Səhiyyə Nazirliyinin mətbuat xidmətinə etdiyimiz zənglərə cavab verən tapılmadı. Buna görə də suallarımızı Səhiyyə Nazirliyi üçün açıq saxlayırıq...
"Yeraltı" sex məhsullarına belə serifikatları alıb verən şirkətlər fəaliyyət göstərir
Qeyd edək ki, “Avromed” şirkəti “Azpolitika.info”ya göndərdiyi məktubda idxal olunan şprislərin müvafiq dövlət qurumları tərəfindən ekspertizaya cəlb olunduğunu iddia etmişdi. Ancaq Səhiyyə Nazirliyinin rəsmisi ölkədə bu cür ekspertizanın aparılmadığını bildirir... Maraqlıdır, şirkət niyə yalan məlumat verir?
Mütəxəssislərin fikrincə, Çin kimi ölkələr xaricə ixrac olunan məhsulların beynəlxalq keyfiyyət standartlarına cavab verməsinə xüsusi diqqət etmədən, onlara mənşə və uyğunluq sertifikatı verir.
Hətta, Çində, Ukraynada "yeraltı" sex məhsullarına belə sertifikatları alıb verən şirkətlər fəaliyyət göstərir. Hal-hazırda Türkiyədən gətirilən şprislərin böyük əksəriyyəti də Çin mənşəlidir. Ona görə də, Çindən və ya başqa ölkələrdən gətirilən dərman məhsullarının, şprislərin yerli laboratoriyalarda ekspertizadan keçirilmədən satışa buraxılması yolverilməzdir.
Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru: “Bu şprislərin istifadəsi yolverilməzdir!”
Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmisindən fərqli olaraq, Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru, professor Namiq Tağıyev ölkəyə idxal olunan və bu gün əksər apteklərdə satılan şprislərlə bağlı konkret danışdı.
N.Tağıyev bu şprislərə insanlara tibbi xidmətdə istifadənin yolverilməz olduğunu bildirdi: “İlk növbədə qeyd edim ki, çox vacib, aktual məsələyə toxunursunuz. Bilirsiniz ki, şprislərin keyfiyyəti Beynəlxalq İSO sertifikatları ilə tənzimlənir. Orada bir neçə məsələ var və biz də onları nəzərə alaraq hazırda beynəlxalq standartlara uyğun Azərbaycanın öz milli standartını hazırlayırıq. Bu sahədə iş gedir. Yaxın zamanlarda milli standartlar hazır olacaq. Ancaq bu, kifayət deyil. Əsas məsələ ondan ibarətdir ki, idxal olunan məhsullar haqqında gərək qanunvericilikdə dəyişiklik edilsin. Qanunla müəyyən edilsin ki, Azərbaycana gətirilən məhsullar ölkədə qüvvədə olan standartlara uyğun gəlməlidir. Bu, ən vacib məsələlərdən biridir. Hələ ki, belə bir qanun yoxdur. Ancaq biz çalışırıq ki, qanunvericilikdə dəyişiklik edilsin və bu tələblər də qanunda əksini tapsın. Yaxın zamanda, hökumətə də müraciət edəcəyik ki, bu məsələyə diqqət yetirsinlər... Ancaq ötən müddətdə də boş dayanmamışıq. Biz institut olaraq, öz vəsaitimiz hesabına ölkədə satılan şprislərin yararlığını yoxlamaq üçün monitorinq keçirdik. Kimisə nə hədələdik, nə də narahat etdik. Cənab Prezidentin tapşırığına əsasən ölkədə satılan məhsulların vətəndaşların sağlamlığına zərər vurmaması üçün biz də öz səylərimizi ortaya qoyduq.
Monitorinqlər zamanı apteklərdən aldığımız şprislərin standartlara nə qədər cavab verdiyini yoxlamaq üçün xaricdə akreditasiya olunmuş laboratoriyalara göndərdik. Bu sınaqlar kifayət qədər baha olsa da, biz öz hesabımıza bunu həyata keçirdik. Təəssüf ki, nəticə heç də ürəkaçan olmadı:
- Şprislərin iynələrinin ölçüləri və qalınlıqları standartlara uyğun deyil. Bu da istifadə zamanı insanlara əziyyət verir.
- Vurulan mayenin bir hissəsi geri qayıdır, insan bədəninə keçmir. Nəticədə xəstələr lazımi dozanı ala bilmirlər.
- Şprislərin şkalası düzgün göstərmir.
- Bundan əlavə, şprislər 2 hissəli və 3 hissəli (bu şprislərdə qara rezin hissə mövcuddur) olurlar. Avropa, habelə qabaqcıl ölkələr artıq 2 hissəli şprislərə keçib. Hissə nə qədər az olarsa, şprisi steril etmək daha asan olur, belə ki, 3 hissəli şprislərdə (yəni porşen üzərində qara rezin hissə olan) sterillik 30-35% risk altına düşür, yəni hər 3 şprisdən biri tam steril olmaya bilər. Bizdə isə hələ də 3 hissədən ibarət keyfiyyətsiz şprislər satılır. Şprisin germetikliyini təmin etmək məqsədi ilə isifadə olunan həmin qara rezin hissə bir çox dərmanla reaksiyaya girərək, insanlarda allergik fəsadlar törədir və bu şprislər çox qaldıqda həmin rezinlər zaman keçdikcə quruyur və ondan qopa biləcək mikrohissəciklər istifadə zamanı insan həyatına təhlükə törədir.
Buna görə də inkişaf etmiş ölkələrdə bu cür şprislərdən istifadə olunması qadağandır. Çox təəssüf ki, sexlərdə hazırlanan və çox ucuz başa gələn belə şprislər hələ də bizim apteklərdə kütləvi şəkildə satılır. Bunu demək lazımdır ki, bizim istehlakçılar nədən istifadə etdiklərini bilsinlər...”
Namiq Tağıyevin fikrincə, keyfiyyətsiz şprislərin apteklərdə satışının qarşısının alınması üçün müvafiq qurumlar məsələni ciddi nəzarətə götürməlidirlər. O, ölkədə satılan şprislərin əksəriyyətinin beynəlxalq standartlara cavab vermədiyini bildirdi: “Bizim ölkəmizə daxil olan şprislərin mənşəyi belə bilinmir. Buna görə də bu məsələ ciddi nəzarətə götürülməlidir”.
Yerli şprislərin keyfiyyətinə gəlincə, mütəxəssis bildirdi ki, zavodda ən müasir texnologiyadan və yüksək keyfiyyətli tibbi xammallardan istifadə olunur, məhsulların keyfiyyəti beynəlxalq standartlara cavab verir və institut tərəfindən onlara bunu təsdiq edən uyğunluq sertifikatları verilib: ”Buna görə də zavodda istehsalın daha da genişlənməsinə dəstək verilməli, apteklərdə yerli məhsulun satışı dəstəklənməlidir. Bu yolla aptekləri insanlar üçün yararsız və keyfiyyətsiz şprislərdən təmizləyə bilərik. Bir daha müvafiq orqanlar bu məsələyə ciddi yanaşmalıdır”.
Bütün bu araşdırmaların nəticəsi təkrar sual doğurur: ZAVOD DİREKTORUNUN DEDİYİ KİMİ, ƏGƏR ZAVOD TAM GÜCÜ İLƏ İŞLƏYİRSƏ (İllik 150 milyon istehsal gücü ilə), İSTEHSAL OLUNAN ŞPRİSLƏR HARA GEDİR?
Bu mənzərə və eyni zamanda, yerli şprislərin ölkədə heç bir aptekdə satılmaması və tibb mərkəzlərində istifadə olunmaması, yuxarıda qeyd etdiyimiz kimi, zavodun açılıb, amma işləmədiyinə və ya istehsal etdiyi keyfiyyətli şprisləri bir çox Azərbaycan məhsulları kimi başqa ölkələrə ixrac etdiyinə dəlalət edir. Bu məsələ ilə bağlı suallarımızı “Diamed Co.” şpris istehsalı zavodu üçün açıq saxlayırıq...
İ.İsmayılbəyli
AzPolitika.info
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
....rüşvət,xəstələrə münasibət,dərmanların bahalığı ilə keyfiyyətsizliyi kimi ciddi məsələlər ilə məşğul olan yoxdur.....
Oqtay Şirəliyevin fəaliyyəti ilə bağlı yazıları oxuyanda,həmişə YADIMA bizim Bakı aptekindən aldıqım dərmanlar yadıma düşür.Bizdə 85-aznə olan dərmah İranda 2-50-qəp,bizdə 147-aznə olan onlarda-35-azn,bizdə qan təziqi ücün olan dərmanlar onlarda bizdən 10-dəfə ucuzdur NİYƏ.Mən bir ayda BAKIDA dərmana verdiyim pula İRANDAN 10-aylıq dərman alıram.KEYFİYYƏT də bizdəkindən yüksək.KİMDİR MÜQƏSSİR onun özü o keyfiyətsiz dərmana möhtac qalsın.
Oktay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda səhiyyənin,dərman təchizatının bərbad hala salındıını və belə fəaliyyətin 10 ildən yuxarı davam etməsi,ölkədə ölüm sayının artması,dövlət xəstəxanalarında rüşvətin tüğyan etməsi,pasiyentlərə yarıtmaz xidmət göstərilməsi,şikayətlərin cavabsız qalması niyə müvafiq orqanları narahat etmir və ya Şirəliyevə qarşı dözümlülük nümayiş etdirilir? ....
Məmurlar əhalinin sağlamlığının.güzəranının yaxşılaşmsına cəhdi görünmür və hiss olunmur.misal:Şirəliyevin səhiyyə naziri kimi bu sahəni məhv etməsi,Abdulla Gözəlin əalini yararsız ərzaqla təmin olunmya məcbur etməsinətıhsilin bərbad vəziyyəti hökumətin əhalinin vəziyyətinə göz yummasını əyani sübut edir.Boş nağıllardan hamı bezib.
Uuzun ilərdir səhiyyə naziri olan Oktay Şirəliyevə kim nə edə bilər?....
...Xalq düşmənləridir bunu edənlər. Vətən xainləri. Vicdanını, ləyaqətini mənfəətə qurban verən əqidəsizlərdir...
Azerpowtda acinacaqli durumdu bugun. Gelin bu durumnan yazin.
Rayon Mərkəzi Xəstəxanalarında Beynəlxalq Universitetinin Biologiyasını qurtaranlar həkim kimi fəaliyyət göstərirlər ? Nəyin hesabına ? Səhiyyə Nazirliyidə belə qanunsuzluqlara göz yummaqdadır ?
Səhiyyədə uzun illərdir Şirəliyev siyasəti yüüdüldüyündən (bu siyasətin bəzi onlara yaxın işbazlarla razılaşdırılmış olmasına dəlalət edir) və bu absurd siyasətə iqtidar tərəfindən diqqət edilmədiyindən belə hallar əhalinin saölamlığına ciddi təsir edib və edir.Bunun səbəbini açıqlamaq istəyən,dövlət xəstəxanalarında, apteklərdə özbaşınlığın qarşısını almalı olan qurumların fəaliyyətsizliyi bu hala gətirib.Burada iqtidarı əslində illərdir narazılıq yaradan nazirliyə diqqət etməməsi təəcüb doğurur.
Təchizat müavininə aiddir. Nazir xaricdə müalicə olunursa, SN etibarsız olur. Sığortalı tibbin də məsuliyyəti sifarişçisinin üzərinə düşür. Biznes maraqları az qala sağlamlığı qazanca qurban versin. İynə ucuzdursa satılacaq! Müstəqil ölkəmiz tibbi vasitələri əsasən xaricdən almırdımı? Şprisin (sterildən keçməli)plastik və iynə materialları xaricdən gətirilmirmi? Məgər, RF və digər ölkələrdən yüz milyonlarla dəyərə qeyri-təbii, yararsız ərzaq və mal yemi idxal edilmirmi?
Oqtay Şirəliyevin fəaliyyəti ilə bağlı yazıları oxuyanda,həmişə N.Gəncəvinin "Sirlər xəzinəsi" poemasındakı "İki bayquşun söhbəti" hekayəsi yada düşür.Doğrudan da,nə qədər ki səhiyyəmizin başında Oqtay Şirəliyev durur vəziyyət bundan da pis olacaq.Böyük gəlirlər əldə etmək aşiqləri ilə nəyəsə nail olmaq mümkünsüzdür..
Həyati əhəmiyyəti olan bu sahədə ortaya çıxan suallar çox və geniş olsa da cavablar qeyrimüəyyən və həqiqətdən kənardır.Odur ki,mən düşünürəm ki,bu problem daha geniş və əhatəli tədqiq olunmalı və sonda çox ciddi müzakirələr aparılması üçün respublika miqyasında müşavirə keçirilməlidir.Bu sahədə fəaliyyət göstərən insanların cavabında soyuqqanlılıq və gördükləri işə görə məsuliyyətsizlik açıq hiss olunur...
Bu şirkətlər haqda niyə tədbir görelmür?