DYP “ON” SERİYALI NÖMRƏLƏRİ VERMƏYƏ BAŞLAYIB, YOXSA?... – Tanınmış vəkildən maraqlı paylaşım (FOTO)

“Maraqlıdır, dövlət nömrəsi hələ dövlət yol polisində qeydiyyatdan keçməmiş bu retro avtomobilin xoşbəxt sahibi kimdir?”

“AzPolitika.info”-nun məlumatına görə, bunu tanınmış vəkil Kamandar Nəsibov retro avtomobilin Bakı küçələrində evakuatorun üstündə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşaraq yazıb.

Vəkil daha sonra qeyd edib ki, Bakıda Bayıl istiqamətinə aparılarkən fotosunu çəkdiyi 99-ON-999 dövlət nömrə nişanlı bu avtomobil yol polisində ona görə qeydiyyatda ola bilməz ki, avtomobillərə “ON” seriyalı nömrələrin verilməsinə hələ başlanmayıb.

Fotolardan göründüyü kimi, yəqin elə bu səbəbdəndir ki, avtomobilin arxa və görünən nömrəsinin üstünü bağlayıblar. K.Nəsibov qeyd edib ki, maraq onlara güc gəlib və avtomobilin ön tərəfinə boylanaraq, üstü açıq nömrənin fotosunu çəkiblər.

Maraqlıdır, DYP “ON” seriyası ilə nömrələrin verilməsinə başlayıb, ya bu avtomobilin sahibinə “xüsusi münasibət” göstərilib?...

“AzPolitka”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar