Menu

Ali Məhkəmə “Meydan TV”nin şikayəti ilə bağlı qərar çıxarıb

26.09.2019, 13:07
Ali Məhkəmə “Meydan TV”nin şikayəti ilə bağlı qərar çıxarıb

Ali Məhkəmədə “Meydan TV”nin saytının bloklanması ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O deyib ki, Ali Məhkəmə kassasiya şikayətini təmin edib, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq" qəzetinin "Azadlıq.info", "Azadlıq" radiosunun "Azadlıq.org", "Azərbaycansaatı.com", "Meydan.tv" saytlarını və "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə saytların bloklanması ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol