Millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borcunun yaranması qardaşı Elşən Cəbrayılovun Türkiyədə tikinti biznesi qurması ilə bağlıdır.
"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı Yenisabah.az-a Rafael Cəbrayılovdan şikayətçi olanlardan biri verib. Adının açıqlanmasını istəməyən şikayətçi bildirib ki, Elşən Cəbrayılov Türkiyənin İstanbul şəhərində Bəydüzü adlanan ərazidə hündürmərtəbəli binalar tikir.
Məlumatda deyilir ki, tikinti biznesinə yatırılan pullar Azərbaycandan ayrı-ayrı vətəndaşlardan alınan borclar və banklardan götürülən kreditlərdir. Elşən Cəbrayılovun Türkiyədə işlərinin necə getdiyi barədə dəqiq məlumat yoxdur. Lakin iddialara görə, Rafael Cəbrayılov borclularla danışarkən qardaşını ittiham edirmiş. Bildirimiş ki, bu oyunları onun başına qardaşı açıb.
Rafael Cəbrayılovla bağlı borc qalmaqalı bir həftədən artıqdır davam edir. “Yeni Sabah” dəfələrlə deputatla əlaqə saxlamağa cəhd etsə də, onun telefonu qapalı olub. Ümumiyyətlə, müşahidələr göstərir ki, deputat bu məsələ barədə danışmağa həvəsli deyil. Çünki Rafael Cəbrayılovla təmas qurmağa nail olan media quruluşları da onunla məsələ barədə müfəssəl danışa bilməyiblər. Rafael Cəbrayılov ilk açıqlamasında “susuram” deyərək heç nə danışmamışdı, dünən isə “Real TV”yə “mətbuat konfransı keçirəcəm” deyib.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan toplam 840 min ABŞ dolları (Təranə Fətəliyeva 300 min, Xatirə Nəcəfova 300 min, Yusif Orucov 240 min) məbləğində pul alıb. Bu pullar deputata Binəqədidə inşa etdiyi binalardan mənzil alınması üçün verilib. Lakin indiyə həmin şəxslərə nə mənzil verilib, nə də pulları geri qaytarılıb.
Rafael Cəbrayılovu ictimai hədəfə gətirən təkcə külli miqdarda borcu olması deyil. Məsələ burasındadır ki, o, bu pulları qaytaracağına əminlik yaratmaq III və IV çağırış deputat vəsiqələrini girov qoyub.

Şərhlər
Bəzi adamlara (çox ehtimal milli qarışıq) qarçı sorumluluq olmaması belə hallara rəvac verir.Ən pisi isə odur ki, bu cür adamlar tərifi yerə-göyə sığmayan YAP partiyasının öndəgedənləri və yüksək vəzifəlilərdir (deputat,nazir,icra başçısı və onların müavinləri...dir)Bu isə Yeni Azərbaycanlılardır.
Mən bir şeyləri, yaxud kəsləri başa düşə bilmirəm: şəxsiyyət vəsiqəsi ilə kredit götürmək olur, deputat vəsiqəsi ilə borc götürmək olmur? Bir də o vəsiqəni "girov" götürənin hansı məsuliyyəti var? Bəlkə elə kimsə, çukça misalı, ulduzları girov qoyacaq, bəs onun məsuliyyəti nədir? Mən bu deputatın adını indi-indi eşidirəm. Allah köməyi olsun, bəlkə borcunu özü qaytar bildi. Vəsiqənin günahı yoxdur.
SƏN DƏ GEDƏRDİN QARDAŞININ DALINCA.BURDA KİMƏ LAZIMSAN.GÖTÜR ...