“ƏLİ ƏSƏDOV ƏN UĞURLU BAŞ NAZİR OLACAQ...” – “Hamı başa düşdü ki, etimadı doğrultmayanlar...”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ilə bağlı partiyanın mətbuat xidmətinə qısa müsahibə verib.

“AzPolitika” həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Baş Nazirin dəyişdirilməsinə münasibətinizi bilmək istərdik.

- Hər dəyişiklik bir ümiddir. Ona görə də kadrların yerlərinin dəyişdirilməsi və əvəz olunması mütəmadi olmalıdır. Məsələnin müsbət tərəfi həm də ondan ibarətdir ki, hər kəs başa düşdü ki, o, təşəbbüskar olub müsbət dəyişikliklərə yol aça bilməsə və etimadı doğrultmasa, işlədiyi müddətdən asılı olmayaraq, dəyişdirilə bilər.

Əli Əsədovun təyinatına gəldikdə isə, o, peşəkar iqtisadçı olması ilə yanaşı yaxından tanıyanlar tərəfindən işgüzar və müsbət bir insan kimi xarakterizə olunur. İlham Əliyev istisna olmaqla – o, çox qısa zaman kəsiyində baş nazir olub - müstəqillik illərində baş nazir təyin olunmuş insanlar arasında, düşünürəm ki, Əli Əsədov ən uğurlusu olacaq. Əli Əsədova müəyyən fəaliyyət azadlığı verilsə, o, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verə bilər. Amma mən ümumən Nazirlər Kabinetinin ləğv olunmasının tərəfdarıyam.

- Qüdrət bəy, İstanbulda keçirilən və Sizin də qatıldığınız konfrans barədə nə deyə bilərsiniz?

- Konfrans NATO-nun 70, Sülh Naminə Tərəfdaşlıq proqramının 25 illiyinə həsr olunmuşdu. Mən də çıxış etdim. NATO üzvü olan dünyanın aparıcı ölkələrinin Azərbaycanın torpaqlarının işğalına, Xocalı soyqırımına, BMT TŞ-nin torpaqlarımızın qeyd-şərtsiz azad olunmasına dair qətnamələrinin icra olunmamasına dair ədalətsiz mövqelərini kəskin tənqid etdim, bunun erməni diasporasının Qərb siyasətçilərini ələ alması səbəbindən, həm də bizim müsəlman ölkəsi olmamızdan qanaqlandığını vurğuladım. Qərbin Azərbaycana bu münasibətinin onun təbliğ etdiyi dəyərlərə ölkəmizdə ciddi zərbə vurduğunu da söylədim. ATƏT-in Minsk Qrupunun münaqişəni həll etmək yox, onu dondurulmuş vəziyyətdə saxlamaq üçün fəaliyyət göstərdiyini qeyd etdim.

Doğrudur, buna etiraz edənlər də oldu, amma fakt faktlığında qalır. Bildirdim ki, Azərbaycan nə qədər güclü orduya sahib olsa da, Rusiya Azərbaycana təcəvüz edərsə, bizim müqavimət imkanlarımız məhduddur. Həm birinci Qarabağ savaşı zamanı işğala məruz qalan ölkə olsaq da, ABŞ-ın bizə sanksiya tətbiq etməsi, həm Krımın işğalı zamanı Ukraynanın ərazi bütövlüyünə qarant ölkələrin işğalı qorxaqcasına kənardan seyr etməsi bizi “kimsə bizə kömək edə bilər” kimi illüziyadan uzaq etmişdir. Rusiyadan çəkindiyimizdən və NATO-da bizi heç kimin gözləmədiyinə əmin olduğumuzdan, Gürcüstan və Ukraynadan fərqli olaraq, NATO-ya can atmırıq və Qoşulmayanlar Hərəkatına üzv olmuşuq. Hansı ki, təşkilatın növbəti zirvə toplantısı ayın sonunda Bakıda keçiriləcək və Azərbaycan 3 il müddətinə həmin təşkilata sədrlik edəcək.

635x100

Şərhlər

veten dashı 2019-10-09 17:51:13

.Bizim Ağazadə familiyalı bir universitet müəllimimiz var idi(yashayırsa uzun omur,rəhmətə gedibsəməzarı nurla dolsun) tələbə qarşısında təzim edərdi. O təzimin özündə bir ziyallılıq ,bir ucalıq vardı.Bu dərəcədə olmaz yaa..

cəngərlik sakini 2019-10-09 17:51:13

lenin sübüt etdi ki,savadsız fəhlə və kəndli höküməti birlikdə idarə edə bilər,stalin sübut etdi ki.höküməti 1 nəfər idarə edə bilər,qarbaçov sübut etdi ki,höküməti idarə edən olmasa da işlər gedir.NƏTİCƏ.o postda kimin oturmasının heç bir fərqi yoxdur.ƏLBƏTTƏ XALQI NƏZƏRDƏ TUTURAM.

mehdi 2019-10-09 17:51:13

Etimadi doğrultmayanlar başşlıği ilə raziyam.Məsələn Zakir Həsənov qardaş .sən etimadi doğrultmadin.Apreldə Fuzilini Agdərəni ən azindan Agdami almali idin.

Məhəbbət 2019-10-09 17:51:13

Qüdrət bəy,bir zamanlar Novruz Məmmədov Baş nazir təyin ediləndə onu eninə-uzununa təriflədin.İndi də Əli bəyi tərifləyirsə.Axı bu qədər nəyə lazım.Baş nazır kim olur olsun,onun bacarıq qabiliyyətini zaman göztərər.

coni 2019-10-09 17:51:13

sən ən ugurlu müxalifət olanda o da ən ugurlu baş nazir olacaq. bəs necə sən naxçıvanlı o naxçıvanlı....

Valeh 2019-10-09 17:51:13

-------------

Azəri 2019-10-09 17:51:13

Burada əsas məsələ odur ki, başqa regiyonlardan heç kimi hətda kiçik dövlət işinə də götürməməkdir. Baş açmaq olmur bu nə deməkdir? Bu olkədə biz əsas əhali gəlməyikmi? Bununla nə etmək fikrindədirlər? Bu ayrı-seçkilik nədəndir, hansı səbəblərdəndir? Millətə nifrətdəndirmi? Yoxsa millətə inanmamaq, güvənməməkdir bu? Əgər millətə inam olsa onda başqa regiyonlardan olanlara imkan verilər işləməyə, dolanmağa, çörək pulu qazanmağa.Yığılıb milyardları ancaq özləri yeyir-atır. Budurmu ədalət,budurmu xalq sevgisi?

EJDER 2019-10-09 17:51:13

ELI MALIM CAMAATI ANALOQU OLMAYAN INKWAFA,DAYANMADAN ,YAVAWDAMADAN APARAJAQ.NEJE DEYERLER,MALADES,,BRAVO,,

Vətəndaş 2019-10-09 17:51:13

Bu Haralıdır? Deyəsən Hacıqabuldandır.

Əli 2019-10-09 17:51:13

Azərbaycan böyükdür ancaq rəhbərlər yalnız Naxçıvanlı ola bilər.NİYƏ?

alı 2019-10-09 17:51:13

Əli Əsədovun əvvəlki Baş Nazirlərdən fərqi ancaq o olacaq ki, görkəmcə ayrı ayrı adamlardır. O ki, qaldı vəzifələrinin icrasına: Heç bir fərqləri olmayacaq.. Yəni "Fatı qalx, Fatı otur".

Azad Şuşalı 2019-10-09 17:51:13

Güman ki, ilin sonuna qədər "Daha uca bayraları Qarabağda dalğalanacaq!" demək istəyirsiniz? Azərbaycan TŞ yə də sədrlik edib və işğalçıya qarşı heç bir sanksiya belə ortaya qoya bilməyib. Eləcə də Sizin şəxsi partiyanız daşnaqların Qarabağ genosidinə qarşı heç cınqırınızı çıxarmırsınız?

Mirzə AĞ 2019-10-09 17:51:13

Mövcud Konstitusiya ilə Azərbaycanda heç kim uğurlu Baş nazir ola bilməz!

t.ədalət 2019-10-09 17:51:13

"Etimadı doğrultmayanlar"a heç nə edilmir.Taladıqları milli sərvəti xaricdə biznesə,Bakıda topdağıtmaz mülklərə çevirib bala-bala yeyir,əllərindəki kapitalın hesabına xaricdəki "söyüş kampaniyası"nı alovlandırırlar.Elə Fazil Məmmədovu götürək.Şəxsi kapitalı o q

Son yazılar