“ÖLKƏNİ DÜŞMƏNCƏSİNƏ TALAYAN…” – Tanınmış YAP-çıdan şok xəyanət xəbərdarlığı

Prezident İlham Əliyevin 15 oktyabr müşavirəsində, hakim komanda daxilində islahatlara mane olmaq cəhdi göstərənlərin olduğu ilə bağlı səsləndirdiyi sensasiyalı bəyanatının əks-sədası davam edir.

Prezidentin bu bəyanatı komanda daxilində xəyanətkarların olduğu ehtimalını daha da gücləndirib, eyni zamanda ictimai diqqəti bu mövzuya yönəldib.

“AzPolitika.info”nun məlumatına görə, tanınmış YAP-çı, sabiq millət vəkili Alqış Həsənoğlu özünün “Facebook” statusunda iqtidarda xəyanətkarların olduğunu çox sərt bir üslub və əminliklə bildirib.

A.Həsənoğlu yazır: “Vaxtilə Heydər Əliyevin şəklini başının üstündən asıb, ona xəyanət edən məmurlar vardı.

Bu gün də Ulu Öndərimizin heykəlinin arxasında və kölgəsində gizlənib, ölkənin iqtisadi resurslarını düşməncəsinə talayan, mənəvi dəyərlərimizi tapdayan, onun qoyduğu demokratik dövlətçilik irsinə, cənab Prezidentə xəyanət edən məmurlar var...”

A.Həsənoğlu fikirlərinin davamında isə belə məmurların Azərbaycana vurduqları zərbənin miqyasını erməni təcavüzünün nəticələrilə eyniləşdirir. Sitat: “Bu gün Azərbaycan cəmiyyəti və dövlət idarəçiliyi ən çox nədən əziyyət çəkir? Mən belə deyərdim: şəxsi hisslərin dövlət idarəçiliyinə daşınmasından!

Söhbət nədən gedir? Çox təəssüf ki, bəzi, özü də adi deyil, yüksək çinli məmurlar vəzifə səlahiyyətlərindən Prezidentin və dövlətin tapşırıqlarını yerinə yetirmək üçün yox, ayrı-ayrı adamlarla öz şəxsi münasibətlərini ayırd etmək məqsədilə yararlanırlar.

Daha doğrusu, öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər. Bu da erməni təcavüzündən, korrupsiyadan, rüşvətdən daha böyük bəladır!”

Günün sualı isə budur: KİMLƏRDİR BU XƏYANƏTKARLAR?...

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

mübariz 2019-11-27 20:49:47

Alqış ....

Vətəndaş 2019-10-21 09:22:07

Vətənə,öz millətinə xəyanətin biri də öz millətinə vətəninə atmaqdır. Talançılar, böyük atanşiklər bu millətə ən böyük xəyanətkar və vətən xainlərdirlər. Talançılardan hökumətimiz atdıqları milyardları qanun tətbiq edib zorla da olsa alıb qaytarmalıdır dövlətə millətə. Əhali ehtiyac içindədir. Bu quldarlar isə karollar kimi yaşayırlar.

O.B.N 2019-10-21 09:22:07

Nə vaxta kimi Müstəqilliyin əlehinə səs verənlər hakimiyyətdədir,5-ci kolon demokratik cəmiyyətin qurulmasına imkan verilməyəcək.Müstəqillik aktının lehinə səs verənlər İxtiyar Şirinov - keçmiş baş prokuror, MKP sədri Firudin Cəlilov - keçmiş Təhsil naziri Dilarə Əliyeva - mərhum jurnalist Füzuli Axundov Aydın Məmmədov - mərhum publisist Əyyam Musayev Vaqif Novruzov Vahid Əhmədov - millət vəkili Ramiz Fətəliyev Cümşüd Nuriyev - VHP Ali Məclisinin keçmiş sədri Məmməd Xələfov Etibar Məmmədov - AMİP sədri Nəriman Həsənzadə - xalq şairi İsa Qəmbər - Müsavat başqanı Sabir Rüstəmxanlı- VHP sədri Tofiq Bağırov Mürşüd Məmmədli - Gəncənin keçmiş (mərhum) icra başçısı Şadman Hüseynov - mərhum AMİP-çi Faiq Baxşəliyev Mirmahmud Fəttayev- KXCP sədri Ədalət Rəhimov - mərhum İsgəndər Həmidov -keçmiş Daxili İşlər naziri Mətləb Mütəllimov- Sosial Ədalət Partiyasının sədri Tahir Əliyev Rəhim Qazıyev- keçmiş Müdafiə naziri Tamerlan Qarayev- İndoneziyadakı səfir Eldar Bağırov Tofiq Qasımov- keçmiş Xarici işlər naziri, mühacirətdə yaşayır Məryəm Həsənova- təqaüdçü, (evi də yoxdur-yataqxanada qalır) Arif Hacılı- siyasi məhbus Tahir Kərimli- Vəhdət Partiyasının sədri İsmayıl Şıxlı - mərhum yazıçı Yusif Səmədoğlu - mərhum yazıçı Maşallah Abdullayev Hacıbaba Əzimov- VAMBP sədri Bayram Bayramov Hicran Kərimli Heydər Əliyev- Eks prezident İbrahim İbrahimli Allahverdi Həsənov Sülhəddin Əkbər Şahmərdan Cəfərov - mərhum AXC fəalı Fərəc Quliyev - millət vəkili Bitərəflər Arif Əliyev Rəsul Quliyev – Eks spiker, ACP sədri Kamilə Həsənəliyeva Mübariz Abbasov Xudaverdi Hənifəyev. Müstəqilliyin əleyhinə səs verənlər Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri, Yaşar Əliyev – Azərbaycanın BMT-dəki nümayəndəsi, Abbas Abbasov – baş nazirin sabiq birinci müavini, Fikrət Sadıqov – “Azərkimya” DŞ-nin keçmiş prezidenti Samur Novruzov – sabiq nazir, vəfat edib Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur Zeynəb Xanlarova – xalq artisti, deputat Madər Musayev – iş adamı, Binəqədi rayonunun “əbədi” deputatı Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı Gennadi Timoşenko – sabiq deputat Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir Əli Həsənov – Baş nazirin müavini,”Qaçkınkom”un sədri Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri, Beyləqanın İcra başçısı Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri Aslan Süleymanov – işsiz Arif Ağayev – Yasamalın keçmiş icra başçısı Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı Sahib Əkbərov – Kəlbəcərin icra başçısı Tapdıq Kamalov – sabiq deputat Rüfət Əsədov – NK-da şöbə müdiri Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı Arif Mövsümov – NK-da şöbə müdiri, vəfat edib Cahangir Hüseynov – deputat Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir Telman Orucov – ADP-nin keçmiş katibi Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri

EJDER 2019-10-21 09:22:07

CAMAAT ZIBILLIKDE EWELENIR, AY ALQIW BUNDAN YAZ.YAP BUNA GORE HAKIMIYYETE GELMIWDI KI,BOW BOW REQEMLERI CAMAATA SIRASIN.FIRAVAN DOLANAN EHTIRAZ EDER.,,UWAQ PULU,,BERPA OLUNMALIDI.TALANCI NAZIRLERI CEZALANDIRMAQ GEREK,LUKAWENKO CANI.QUSAJAQLAR,MUTLEQ HEQIQET BIR ZAMAN PARILDAYAJAQ

Əli 2019-10-21 09:22:07

Ortabab müxalifətçinin cıxışından qeydlərdir.Yeni heçnə görmədim ..Ancaq onu deyə bilirəm ki qusurlu adamları vəzifəyə qoyurlar ki onlarla manipulyasiya edə bilsinlər .Misal üçün müstəqilliyimizin əksinə səs verib.Başqa misallarda var və indi vəzifədə olanlar .Alqış niyə konkret ad çəkmirsən səndə yazdığın kimi səxsi münasibətini nəzərə alırsan?.Mənasız dişsiz yazıdır

Alı 2019-10-21 09:22:07

Bu gün isə "YENİ İŞ ÜSLÜB VƏ METODU" müəyyən ediblər.Kimi isə Nazir, İcra başçısı və s. təyin edirlər və ona bütün səlahiyyətləri verirlər ki, "GET ÖZÜNƏ KOMANDA TOPLA" Bunlar da varlanmaq və talamaq üçün 1-ci növbədə öz qohum əqrabasını, ogru,dələduz döst tanışını, həttda gözəl sevgililərini də "yeni komanda" adı altinda toplayır başına və bilir ki, onu HƏBS ETMƏYƏCƏKLƏR, UZAGI ƏLİNDƏKİNDƏN BİR HİSSƏSİN ALACAQLAR, odur ki, nə mümkündür TALAYIR.NİYƏ HƏTTA polis rəsi belə hara gedir işçiləri özü ilə aparır?

Alı 2019-10-21 09:22:07

2004-ci ildən böyük səhv edərək Regionları "Qubernator"lara böldülər, CƏZASIZLIQ MÜHİTİ YARADIB milyonlarla insanların taleyini onlara bagışladılar və onlar da bütün ogru, quldur qohum əqrabalarını hakimiyyətdə yerləşdirib canavar kimi 15 il DARIŞDILAR DÖVLƏTİN VƏ MİLLƏTİN CANINA.İndi bu OGRU QULDURLAR TƏHLÜKƏLİ İQTİSAD və SİYASİ GÜCƏ ÇEVRİLƏRƏK DÖVLƏTƏ DƏ HAKİMİYYƏTƏ meydan oxuyurlar.HEÇ OLMASA AGILLARI,CƏSARƏTLƏRİ çatmadı ki, ogurladıqlarını əllərindən alsınlar ki, onlar belə TƏHLÜKƏYƏ ÇEVRİLMƏSİNLƏR.

miri 2019-10-21 09:22:07

el deyəmi kimi "yalan və talan" ilə olan işlərin nəticələri göz qabağında. Bu irarxiyanin yapışdırıcı elementlərini götürmək elə bu irarxiyanin dağılması deməkdir. Bu mümkünsüz olanı heç kəs etməz və etməyəcək.

Yengibar 2019-10-21 09:22:07

Alqışlar sənə, ay Alqış! Vəzifədə olsa idin səsin çıxmazdı.Guya bilmirsən kimlər talayır ölkəni? Adlarını çəkməyə cəsarətin çatmır yoxsa? Hafiz Hacıyev hamısının adını çəkir, nə olsun? Özün yaxşı jurnailstsən, niyə Beynəlxalq Bankda yoxa çıxan on milyardlar barədə 1 səhifəlik də olsa jurnalist tədqiqatı aparmamısan? Cənab Prezident məsələ qaldırır, sizin borcunuz ən azı jurnalist kimi həmin məsəslələri faktlarla işıqlandırmaq, ictimailəşdirməkdir. Yoxsa yenə də hamı o həmin, "Fətiş" kişini axtarır.

t.ədalət 2019-10-21 09:22:07

Alqış müəllim,Sizin Heydər Əliyev haqqındakı fikirlərinizlə tam razıyam.Ancaq,istəyirəm biləm ki,YAP-çı olanda anası,arvadı ,nənəsi və bacısı erməni olanları da nazir qoymaq olur?Bax,buna da bir aydınlıq gətirməyinizi,xahiş edirəm.Hətta müd.nazirliyində anası erməni olan generallar da var idi və var."erməniçiliklə"--deyin, görüm, talanmış və işğal olunmuş torpaqlarımızı geri qaytara bilərikmi?

YAP-cı 2019-10-21 09:22:07

Alqış Müəl.tam razıyam vaxtiylə ulu öndərə təlxəklik edənlər tez bir zamanda mövqeyin dəyişdi.O nkinci dəfə hakimiyətə ğələndən bir müddət sonra yaqışdan sonra ğöbələk kimi zühr edib peyda oldular.İKİ stol tutan yaltaq adamlar həmişə SİZ deyən kimi olur Alqış Müəl.Onların əqidəsi,mənəviyatı hər şeyi pul-var dövlətdir.İndidə o əqidədirlər olmadı belə oldu elə.

Ardı 2019-10-21 09:22:07

tələbləri pozularaq xitam verilib.Rabitə Nazirliyi DƏMX-nin məktubunu nəzərə almayır,öz qanunsuz əməllərindən əl kəçmək istəmirlər.Məhkəməyə İddia ərizəsi ilə müraciət etdik, məhkəməyə 2-nəfər səlahiyyətli nümayəndə göndərməsinə baxmayaraq nazirin 1-ci müavini Əli Abdullayev Məhkəməyə Etiraz məktubu yazaraq həyat yoldaşımın tələbinin yerinə yetirilməməsini Məhkəmədən xahiş etmişdir..Bu Məhkəməyə müdaxilə etməsindən xəbər vermirmi? Ölkəmizin inkişafı naminə belə məmurlar haqqında ciddi tədbirlər görülməlidir

S.Ənvərqızı 2019-10-21 09:22:07

Alqış müəllim,ölkəni talayanların adlarını açıqlamırsan?Bir Nazirikdə vətəndaşların şikayətlərinə baxılmırsa,deməli cənab Prezidentə xəyanət edirlər..Belə nazirlikdən biri Rabitə Nazirliyidir.Nazirliyin 1-ci müavini Əli Abdullayev və müavin Elmir Vəlizadə elə bilki Rabitəni dədələrinin malı kimi özəlləşdiriblər?Peşəkar Rabitəçini qanunsuz işdən azad ediblər,hər dəfə müraciət etdikdə bildirirlər ki, ərizəsi əsasında işdən azad edilib,ancaq DƏM-i tərəfindən Əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri pozulur

NURəddin 2019-10-21 09:22:07

ƏGƏR MƏNİM YAZIMIN ALTINDA BU CÜR ŞƏRHLƏR YAZILSA DƏNİZƏ HOPPANAR VƏ BİR DAHA SAHİL HAQQINDA DÜŞÜNMƏRƏM.

Son yazılar