ELM SAHƏSİNDƏ DƏ “YAŞ İSLAHATI” APARILACAQMI? -  Ekspert siyahını açıqladı

Ölkə başçısının vəzifədən azad etdiyi baş nazirin müavinlərilə görüşləri zamanı hakim komandanın pensiya yaşına çatmış üzvlərinə etdiyi çağırış və yeni, gənc nəslə yol açılmasına dair səsləndirdiyi fikirlər cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib.

Gəncləşməyə, müasir yanaşmaya tələbat isə təkcə siyasi hakimiyyətdə deyil, cəmiyyətin, idarəetmənin digər sahələrində də ehtiyac duyulur. Və bunların sırasında elm sahəsinin xüsusi rolu var. Tanınmış təhsil eksperti Etibar Əliyev öz sosial şəbəkə səhifəsində bu məsələ ilə bağlı maraqlı fikir paylaşıb.  

“AzPolitika.info" həmin yazını  təqdim edir: “Elmdəki qocalmadan başqa bütün sahələrdən danışırıq. AMEA prezidenti Akif Əlizadənin 85, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyevin 80, Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyevin 72, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun 73, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun 73 yaşı var.

71 yaşının 23 ilini Tibb Universitetinə həsr etmiş Əhliman Əmiraslanov isə görün nə deyib: “Bu gün dünyada orta yaş həddi 70 və ondan yuxarı hesab olunur. Lakin bir sıra ölkələr var ki, orada orta ömür 84 yaş həddindədir, yaxın onilliklərdə həmin rəqəmin 90-a çatacağı güman edilir. Herontoloqlar dünyaya gələn hər üç uşaqdan birinin 100 il yaşamaq ehtimalı olduğunu söyləyirlər.”

Bir sözlə, vəziyyət sabit ağır olaraq qalır!

P.S. Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun da 80 yaşı var...”

AzPolitika.info

635x100

Şərhlər

İ.İmamov 2019-10-23 08:35:54

Ağsaqqal ziyalılarımıza böyük ehtiyacımız var. Elə ağsaqqal ziyalılarımız varki,onların iş enerjisi cavanlardan qat-qat çoxdur.Belə ağsaqqal ziyalılarımızdan biri deputat Yaqub Mahmudovdur.Yaqub müəllim dövlətimizi və xalqımızı qəlbən sevən dəyərli ziyalılarımızdan,deputatlarımızdan biridir.Yaqub müəllimin yaş həddi çox olmasına baxmayaraq,çox enerjilidir, çünki dövlətimizi,xalqımızı qəlbən sevən insanları Ulu Tanrı hər tərəfli qoruyur.Yaqub müəllimin Milli Məclisdə təmsil olunması olduqca vacibdir.Uğurlar!

miri 2019-10-23 08:35:54

Bu günki vəziyyətin çətinliyi kiminsə yaşi, kiminsə təhsili, kiminsə hansı regiondan olması, qadın-kişi və s. faktorlardan on dəfələrlə çox sahələr üzrə siyasətin olmamasıdır. "Narahat yol"u kimlə, nə ilə, kişi-qadın ilə getmək məsələsi yox,bu "düzgün yol" məsələsidir..Bu yol isə halal: azad, demokratik, seçkili, qayda-qanunlu hakimiyyətdən keçir. Vəssalam.

Məmmədov 2019-10-23 08:35:54

Cavan kadrların vezifeye getirilmesi tapşırıqla deyil,zeruret olduqda baş vermelidir. Ve hemin kadr lazımi seviyyede bilik və bacarığa malik olmalıdır. Yoxsa yağışdan çıxıb yağmura düşerik k

Son yazılar