"DEDİLƏR Kİ, YERİNİZƏ ENERJİLİ GƏNCLƏR TƏYİN EDƏRİK, RAZILAŞMADIM..." - 92 yaşlı rektor

"Yerimə gələcək insanlar buranı dəyişəcəklər. Ona görə də getməməyi qərara aldım"

“Rektor vəzifəsindən istefa verəcəyimi sözlə demişdim, amma ərizə yazmamışdım. Sonra kollektiv mənim getməməyim üçün müraciət etdi. Qərara gəldim ki, rektor kimi fəaliyyətimi davam etdirim”. Bunu Azvision.az -a açıqlamasında Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının 92 yaşlı rektoru Ömər Eldarov deyib.

Rektor istefa verməməyinin səbəbini yerinə təyin olunacaq şəxslərin Akademiyanı dəyişə biləcəyi ilə əlaqələndirib: “Mən gedə bilərdim. Lakin buranın yaranışına necə başlamışıqsa, elə də davam etməsini istəyərdim. Sonra gördüm ki, yerimə gələcək insanlar buranı dəyişəcəklər. Ona görə də getməməyi qərara aldım. Yeni rəhbərin gəlib qurduğumuz işi apara bilməməsindən narahat idim. Mənim yerimə göstərilən namizədlərlə danışanda onların məni əvəzləyə biləcək insanlar olmadığını gördüm. Hər şeyi başqa cür edən insanlardır. Bu isə məni qane etmədi. Buna görə də kollektiv mənim qalmağımı istədi”.

Ö.Eldarov öz yerinə prorektorlardan birinin təyin edilməsinə razı olduğunu söyləyib: “Rektorluqdan getməyim barədə ərizə verməmişdən öncə müvafiq instansiyaya müraciət etmişdim. Onlara demişdim ki, yarı gün Akademiyaya, yarı gün elmalatxanaya getmək istəmirəm. Son illərimi yaradıcılığa həsr etməyi düşünürəm. Mənə dedilər ki, gedə bilərsiniz və biz sizin yerinizə cavan, enerjili gənclər təyin edərik. Bununla razılaşmadım. Dedim ki, hazırda Akademiyada mövcud olan rəhbərlikdən seçsinlər və işlərini davam etdirsinlər. Digərləri gəlsə, burada öz ambisiyasını göstərəcək. Bu isə bizə lazım deyil. Kollektiv yekdilliklə, hətta mənim vəzifəmdə olmaq istəyənlər də getməməyim üçün imza topladı və mən də hələlik getmirəm”.

Maraqlıdır, gənclər dəyişiklik etməyəcksə, onda onlar niyə vəzifəyə gətirilir? 92 yaşlı rektor nə bilir ki, vəzifəyə qoyulan gənc Akdamiyanı ondan pis idarə edəcək?  

AzPolitika.info

635x100

Şərhlər

mühəndis-ə (dr.Amirov-dan) 2019-10-25 18:18:18

Mövqeyiniz haqlıların çoxluğundadır (lakin , kolxoz zəhmət-fədakarlığı hündürlükləri kiçik görsənməsin); Bəzi dostlarınsa ekstremistlik, digərinin dükanlı mövqeləri təəssübedicidir...

dr.Amirov 2019-10-25 18:18:18

Bəli, cənab AKADEMİK Ömər müəllim--S.Bəhlulzadə, maestro Niyazi timsallı canlı KORİFEYimizdir; KOLLEKTİVin haqlı tələbi və Cənab AKADEMİKin haqlı qərarlar ilə (biz də razıyıq !) antoqonist-əksqütblü mövqelərin psixo-patik kriteriyalanması təəssübedicidir!...

tahir 2019-10-25 18:18:18

Nazim qardash azpolitika ancaq t.edalet kimi bosh sozler sherhler yazanlari rusiyani soyenleri derc etdirir.bilmek olmur bu t.edalet kimdir butun sherlerde rusiyani soyur azpolitikada derc edir.deyesen emekdashlaridir.

Köhnə azəbaycanlı 2019-10-25 18:18:18

Ömər baba, yəqin bilirsiniz ki dünyada əvəz edilməz insan yoxdur. Sizin Azərbaycan xalqı qarşısında xidmətləriniz var, amma Sizə elə gəlir ki rektorluqdan getsəniz sanki dünya dağılacaq. Əgər 92 yaşlı bir insan bu vaxta kimi öz yerinə varis hazırlalaya bilməyibsə qoy onda dünya dağilsın ...

Əli 2019-10-25 18:18:18

2. yaradacaq. Məgər K Abndulla, S. Seyidov pedaqoji, dil profilli ali məktəblərdə tamamilə yad əcaib fakültələr açmadılarmı? Bircə tibb fakültəsi qaldı ki, açmasınlar. O ki, qaldı T. Salahova, siz harada gördünüz ki, Tahir Salahovun yaradıcılığında Azərbaycan Rusiyanın bir əyaləti kimi təsvir olunur. Bunu onun hansı əsərində görmüsünü, deyin camaat da bilsin! Bilkə bəyan edəsiniz ki, T. salahov düşmən qalaktikanın casusudur? Əsl paranoyadır bu fikirlər.

Ali 2019-10-25 18:18:18

1.Hörmətli Ədalət bəy! Siz vaxtaşırı qəribə,fantastik bəyanatlarla diqqəti cəlb edirsiniz. Bir iki il əvəl cənab Ramiz Mehtiyev də ölkədə bilikli, savadlı, yüksək mənəvi keyfiyyətli kadrların qıt olmasından şikayətlənirdi.Çünki ölkədə kadrların seçilib inkişaf etdirilib hazırlanmasının işlək sistemi yoxdur. Bu səbəbdən mən korifey sənətkarın narahatlığını anlayıram. Bu kişi həmin Akademiyanı yaradıb ərsəyə gəyiənə kimi nə əziyyət çəkib.Yeni pulpərəst rektor gəlib burada hüquq fakültəsi(!) gömrük fakültəsi

Vilayət isazadə 2019-10-25 18:18:18

Sizə hörmətim çox böyuk idi! Çox əsələr yaratmısan! Ancaq Koroğlunun beykəlini elə ğünə saldlğın üçün ,bütün tutduğun işləri hamsını öldürdü ! Çünki səndə milli his milli qürur yoxdu ! Sən yalnız insana baXıb onun heykəlini qura bilərsən ! İstefa ver qoy milli qururu olan insan ğəlsin yerinə !

Özgürr 2019-10-25 18:18:18

Bu problemin həlli çox asandır. Əgər bu kişini kollektiv istəyirsə seçki keçirilsin alternativ variantlarla birgə. Seçkidə kim qalib gəlsə o da Rəssamlıq Akademiyasının Rektoru olsun.

dadaşyev 2019-10-25 18:18:18

"Yerimə gələcək adam" nə deməkdir?Rəssamlıq Akademiyası sənin özəl şirkətindir,a kişi?Sənin,onun,bunun,o birinin özəl yeri deyil vəzifələr.Uzaqbaşı dövlətin verdiyi kreslo narahat olarsa,evdən,ya da dükandan başqa kreslo alıb gətirə bilərsən rektor otağına,bax o kreslo sənin ola bilər,başqa adamın o kresloda oturmağına razı olmaya bilərsən ki,mənimdi,mən almışam.O zaman da o adam deyər ki,o halda dövlətin kreslosunu qaytar gətir,öz kreslonu apar get.Sözə bax haa!Yerinə gələcək adam.

Nazim 2019-10-25 18:18:18

1. Azpolitika şərhlərimi qəbul etmir... 2. Azərbaycanda normal deyəcəyimiz 1-2 yaşlı vəzifəli şəxs varsa biri də bu Ömər kişidir. O qədər sadə və xoş niyyətli insandır ki, qapısı həmişə tələbə, işçi və müəllimlərə açıqdır. Özü də işinin ustasıdır...

yalçın 2019-10-25 18:18:18

onu orada tutub saxlayan adam dayısıdı..onunsa hər yerdə adamları var..

Mühəndis 2019-10-25 18:18:18

Məsələ dəyişməkdə deyil-Hər işin daha səmərəli qurulmasındadır! Heç bir müəssisədə bilgi ilə çalışmamış adam nəinki nazirlik, ən kiçik kolxozu belə mükəmməl idarə edə bilməz.

turan 2019-10-25 18:18:18

dünən sosial şəbəkədə 92 yaşlı bir məmur tapmışdılar,alın biri də bu ..sözə bax, yerimə gələcək insan buranı dəyişəcək .düşüncəyə baxın..əlbətdə ki,dəyişməlidir,dəyişməyə gəlir də..

t.ədalət 2019-10-25 18:18:18

Bu qocalar Rusiya sevdalılarıdır.Onlar , hələ də imperiyanın qayıdacağına inanırlar."Beşinci kolon" kimi onları da Rusiya saxlatdırır.Bizdə yaradıcı adamların da əsərləri öləcək.Onların hamısı sovet imperiyasının təbliğatı ilə yaradılıb.Məsələn,Tahir Salahovun yaradıcılığında Azərbaycan Rusiyanın bir əyaləti kimi təsvir olunur.Mövzu tapmayanda da "qaşığı stəkandan böyük çəkib".Təki,Rusiyadan "spasibo!" alsınlar.

Hafiz 2019-10-25 18:18:18

Bu qurulanları bəs necə dağıtmaq olar? Cavab: -Kənardan gələn "cavan"larla.

Misgər 2019-10-25 18:18:18

Az politika.Akdamiya nə olan şeydir? Bu bir. İkinçisi və vaçibi odur ki Rəssamlıq Akademiyası nazirlik və ya çöbə deyil ki istədikləri nər hansı deputatın oğlunu gənç kadr kimi təyin eləsinlər. Bu məsələni buraxın rəssamların və heykəltəraşların öz ixtiyarına. Ömər Eldarovu inçəsənət adamları siyasətcilərdən daha yaxşı taniyır.

sual 2019-10-25 18:18:18

belələri rəsm əsəri kimi qurumamışşş gedən dəyil ki ya...

Son yazılar